Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

VIAGRA 50MG N4 TB

Məhsul Kodu : 111-04098
İstehsalçı ölkə: Fransa
52,18 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VİAQRA, örtüklü tabletlər

VİAQRA tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq, 50 mq və ya 100 mq sildenafilə ekvivalent miqdarda sildenafil sitrat vardır.

İstifadəsinə göstərişlər

Qənaətbəxş cinsi əlaqə üçün cinsiyyə t üzvünd ə ereksiyanın əmələ gəlməsi v ə saxlanılması qabiliyyətinin olmaması ilə xarakterizə olunan ereksiya pozğunluqlarının müalicəsi. Sildenafil yalnız seksual stimullaşma zamanı effektli olur.

Əks göstərişlər

Sildenafilə və ya preparatın istənilən digər komponentinə qarşı yüksək həssaslıq. Sildenafil nitratların hipotenziv tə sirini gücləndirdiyinə görə, daima və ya fasilələrlə azot oksid donatorları, üzvü nitratlar və ya ist ənilən formada nitritl ər q əbul edə n x əstələrdə istifadəsi (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Sildenafil d ə daxil olmaqla FDE5 -in inhibitorlarının riosiquat kimi quanilatsiklaza stimulyatorları ilə birgə istifadəsi, belə ki, bu simptomatik hipotenziyaya gətirib çıxara bilər. Viaqra-nın ereksiya pozğunluqla rında istifad ə olunan digə r preparatlarla birg ə istifadəsinin təhlükəsizliyi v ə effektivliyi öyr ənilməyib, buna gör ə də belə kombinasiyaların istifad əsi məsləhət görülmür (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiyası. Ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu təsnifatına görə C sinifi). Ritonavirin eyni zamanda qəbulu. Ağır ür ək-damar x əstəlikləri (ağır ürə k çatışmazlığı, qeyri -stabil stenokardiya, son 6 ayda keçirilmiş insult v ə ya miokard infarktı, hə yat üçün qorxulu aritmiyalar, hipertenziya (AT >170/100 mm.c.süt) və ya arterial hipotenziya (AT <90/50 mm.c.süt)) (“Xüsusi göst ərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Bir gözdə görmənin itm əsi ilə görmə sinirinin qeyri arteriit ön işemik nevropatiyası nın inkişafının epizodları olan pasiyentlər. İrsi piqmentli retinit (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Qeydiyyata alınmış göst ərişlərə görə Viaqra preparatı 18 yaşdan kiçik ş əxslərdə tətbiq olunmaq üçün nəzərdə tutulmayıb. Qeydiyyata alınmış göst ərişlərə görə Viaqra preparatı qadınlarda t ətbiq olunmaq üçün nəzərdə tutulmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Qeydiyyata alınmış göst ərişlərə görə preparat qadınlarda t ətbiq olunmaq üçün nə zərdə tutulmayıb. Nəqliyyat vasit ələrini v ə digər potensial t əhlükəli mexanizmləri idar əetmə qabiliyyətinə təsiri Sildenafilin qəbulu fonunda avtomobili və ya digər texniki vasitələri idarəetmə qabiliyyətinə hər hansı mənfi təsir aşkar edilməmişdir. Lakin sildenafili qəbul etdikdə başgicəllənmənin inkişafı, AT-nin düşməsi, xromatopsiyanın və dumanlı görm ənin inkişafı və s. əlavə təsirlərin inkişafı mümkünlüyü olduğundan nəqliyyat vasitələrini idarəetmə zamanı və yüksək diqq ət konsentrasiyası və psixomotor reaksiyaların tezliyini tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olduqda ehtiyatlı olmaq lazımdır.

Həmçinin göstərilən vəziyyətlərdə, xüsusən də müalicənin əvvəlində və doza rejimini dəyişən zaman preparatın fərdi təsirinə diqqətlə yanaşmaq lazımdır.

VİAQRA istifadə qaydası və dozası

Daxilə qəbul edilir. Əksər yaşlı pasiyentlə r üçün tövsiyə olunan doza seksual aktivliyində n təxminən 1 saat əvvəl 50 mq təşkil edir. Effektivlik və dözümlülük nəzərə alınmaqla doza 100 mq-a qədər artırıla və ya 25 mq-a q ədər azaldıla bilə r. Maksimal tövsiy ə olunan doza 100 mq t əşkil edir.

Maksimal tövsiyə olunan qəbul tezliyi - gündə 1 dəfə. Böyrək funksiyalarının pozulması Yüngül və orta ağır d ərəcəli böyrək çatışmazlığı zamanı (KK 30 -80 ml/dəq) dozada düz əlişlər etmək t ələb olunmur, ağır böyrək çatışmazlığı zamanı (KK<30 ml/d əq) sildenafilin dozasını 25 mq-a qədər azaltmaq lazımdır. Qaraciyər funksiyalarının pozulması Qaraciyəri zədələnmiş x əstələrdə (xüsusilə, sirroz zamanı) sildenafilin xaric olması pozulduğundan Viaqra preparatının dozasını 25 mq-a qədər azaltmaq lazımdır. Digər dərman vasitələri ilə birlikdə qəbul edilməsi Ritonavirlə birlikdə istifadəsi tövsiy ə edilmir.

İstənilən halda, Viaqra preparatının maksimal dozası heç bir m əqamda 25 mq- dan, qə bulun tezliyi is ə 48 saatda 1 də fədən çox olmamalıdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). CYP3A4 sitoxromunun i zofermentinin inhibitorları ilə (eritromisin, sakvinavir, ketokonazol, itrakonazol) birlikdə qəbul edildikdə Viaqra preparatının başlanğıc dozası 25 mq təşkil etməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). α-Adrenoblokatorlar q əbul edə n xə stələrdə postural hipotenziyanın inkişaf riskini minimuma endirmək üçün Viaqra preparatının qə bulunu bu xə stələrdə yalnız hemodinamikanın stabilləşməsi əldə edildikdən sonra başlamaq lazımdır. Sildenafilin başlanğıc dozasının aşağı salınmasının məqsədəuyğunluğuna da baxmaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax).

Yaşlı pasiyentlər Viaqra preparatının dozasında düzəlişlər etmək tələb olunmur.

Prepared by  T-Soft E-Commerce.