Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Victogon 5 mq N28 tablet

Məhsul Kodu : 111-28114
İstehsalçı ölkə: Ispaniya
62,40 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Viktoqon, 5 mq örtüklü tabletlər

Viktoqon tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq tadalafil vardır.

Əks göstərişlər  

Aşağıdakı hallarda VIKTOGON qəbul etməyin: 
− əgər tadalafilə və ya bu dərmanın digər maddələrindən (bax: “Tərkibi”) hər hansı birinə qarşı allergiyanız varsa. 
− üzvi nitratlar və ya amilnitrit kimi azot oksidi donorlarının hər hansı bir formasını alırsınızsa. Bu, stenokardiyanın ("sinə ağrısı") müalicəsində istifadə olunan dərmanlar qrupudur ("nitratlar"). Tadalafilin bu dərmanların təsirini gücləndirdiyi qeyd edilmişdir. Əgər Siz hər hansı bir nitrat alırsınızsa və ya əmin deyilsinizsə, həkiminizə danışın. 
− əgər ciddi bir ürək xəstəliyiniz varsa və ya son 90 gün ərzində infarkt keçirtmişsinizsə. 
− son 6 ay ərzində insult keçirtmisinizsə. 
− qeyri-stabil stenokardiya, ürək çatışmazlığınız varsa. 
− əgər aşağı qan təzyiqiniz və ya nəzarət olunmayan yüksək qan təzyiqiniz, aritmiyanız varsa.  
− əgər qeyri-arterial ön işemik optik neyropatiya (NAION) nəticəsində görmə qabiliyyətinizi itirmisinizsə, ("göz insultu" kimi təsvir olunan bir vəziyyət). 
− riosiquat qəbul edirsinizsə. Bu dərman ağciyər arterial hipertenziyasının (yəni ağciyərlərdə yüksək qan təzyiqi) və xroniki tromboembolik ağciyər hipertenziyasının (yəni qan laxtasından sonra ağciyərlərdə yüksək təzyiq) müalicə etmək üçün istifadə olunur. VIKTOGON kimi PDE5 inhibitorlarının bu dərmanın hipotenziv təsirini gücləndirdiyi qeyd edilmişdir. Riosiquat  qəbul edirsinizsə və ya əmin deyilsinizsə, həkiminizlə danışın.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Viktoqon qadınlarda istifadə üçün nəzərdə tutulmamışdır.

İstifadə qaydası və dozası  

Həmişə bu dərmanı həkiminizin dediyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczacınızla dəqiqləşdirin. 
VIKTOGON tabletləri yalnız kişilərdə peroral (daxilə) istifadə üçün nəzərdə tutulub. Tableti bir qədər su ilə udun. Tabletlər yeməklə və ya onsuz qəbul edilə bilər. 
Tövsiyə olunan doza cinsi əlaqədən əvvəl 5 mq tabletdir. Bu dozanın təsiri çox zəifdirsə, həkiminiz dozanı 10 və 20 mq-a qədər artıra bilər. VIKTOGON tabletləri daxilə (peroral)  istifadə üçündür. 
Cinsi əlaqədən ən azı 30 dəqiqə əvvəl bir VIKTOGON tabletini qəbul edə bilərsiniz. Tableti qəbul etdikdən sonra 36 saata qədər VIKTOGON hələ də effektiv ola bilər. 
Gündə bir dəfədən çox VIKTOGON qəbul etməyin. VIKTOGON 5 mq,10 mq və 20 mq, gözlənilən cinsi əlaqədən əvvəl istifadə üçün nəzərdə tutulmuşdur və davamlı gündəlik istifadə üçün tövsiyə edilmir. 
Cinsi stimullaşma olmadıqda VIKTOGONin təsir göstərməyəcəyini qeyd etmək lazımdır. 
Spirtli içki içmək ereksiya qabiliyyətinizə təsir göstərə bilər və qan təzyiqinizi müvəqqəti olaraq aşağı sala bilər. VIKTOGON qəbul etmisinizsə və ya qəbul etməyi planlaşdırırsınızsa, həddindən artıq alkoqol qəbul etməkdən (qanda alkoqolun səviyyəsi 0,08% və daha çox) çəkinin, çünki ayağa qalxanda başgicəllənmə riskini artıra bilər. 
Qreypfrut şirəsi VIKTOGONin effektivliyinə təsir göstərə bilər və onu ehtiyatla qəbul etmək lazımdır. Əlavə məlumat üçün həkiminizlə danışın. 
Əgər VIKTOGONin qəbulunu unutmusunuzsa  
Unutduğunuz dozanı xatırladığınız anda qəbul edin, ancaq unudulmuş bir tableti əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Gündə bir dəfədən çox VIKTOGON qəbul etməməlisiniz. Bu dərmanın istifadəsi ilə bağlı hər hansı bir sualınız varsa, həkiminizdən və ya əczacınızdan soruşun. 
Qaraciyər və böyrək çatışmazlığı  olan  pasiyentlər 
Preparatın  məsləhət  görülən dozası  nəzərdə  tutulan  seksual  aktivlikdən  əvvəl  10 mq  təşkil  edir  və  qida  qəbulundan  asılı  deyil. Ağır  qaraciyər  çatışmazlığı (Çayld-Pyu  şkalasına görə C sinfi) olan pasiyentlərdə preparatın təyin edilməsinin təhlükəsizliyi  məhduddur, bu  qrupdan  olan  pasiyentlərə  preparatı  təyin  edərkən, həkim  “fayda-risk” nisbətini  diqqətlə  qiymətləndirməlidir. 
Ağır  qaraciyər  çatışmazlığı və böyrək çatışmazlığı olan  pasiyentlərdə  preparatın  10 mq-dan  artıq  dozasının  istifadəsi  barədə  məlumat  yoxdur.

Prepared by  T-Soft E-Commerce.