Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:Bir tabletin tərkibində müvafiq olaraq, 35,12 mq; 70,24 mq; 140,48 mq sildenafil sitrat (25 mq, 50 mq və 100 mq sildenafilə ekvivalent) vardır. Köməkçi maddələr: mikrokristallik sellülloza (avisel PH 101), kalsium hidrofosfat, natrium kroskarmelloza, hipromelloza, mikrokristallik sellülloza (avisel PH 102), maqnezium stearat. Örtük: örtük qarışıq məhluluna daxildir - 28% hipromelloza, 40% laktoza monohidrat, 24%titan dioksid, 8% triasetin.
İstifadəsinə göstərişlər:
Qənaətləndirici cinsi akt üçün kifayət olan cinsi orqanın ereksiyasını əldə etmə və ya saxlanmasına malik olmaması ilə xarakterizə edilən erektil disfunksiyanın müalicəsi. Yalnız seksual stimullaşma zamanı effektivdir.
Əks göstərişlər:
Sildenafilə və preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Sildenafilin NO/sQMF qarşı məlum təsirini nəzərə alaraq sildenafil nitratların hipotenziv təsirini gücləndirə bilər, buna görə NO donatorları ilə (amil nitrat kimi) və ya diqər formalı nitratlar ilə birlikdə onu istifadə etmək əks göstərişdir. Sildenafil daxil olmaqla, erektil disfunksiyanın müalicəsi üçün preparatları seksual aktivlik tövsiyə edilməyən kişilərdə (məsələn, qeyri-sabit stenokardya və ya ağır ürək çatışmazlığı kimi ağır ürək-damar xəstəlikləri olan) istifadə etmək olmaz. Simptomatik hipotoniyaya səbəb ola biləcəyi üçün, sildenafil də daxil olmaqla, PDE5 inhibitorlarının riosiquat kimi quanilatsiklaz stimulyatorları ilə birlikdə qəbulu əks göstərişdir. Vizarsin preparatı qeyri-arterial genezli ön işemik optik neyropatiya (NAİON) nəticəsində FDE5 inhibitorların istifadəsi ilə bağlı olub və ya olmamasından asılı olmadan zəiflədilmiş görmə qabiliyyəti olan xəstələrdə, həmçinin qaraciyər funksiyasının nəzərə çarpalı pozulmalarında, arterial hipotenziyada (AT ˂ 90/50 mm c.s.), yaxın günlərdə keçirilmiş insult və ya miokard infarktlnda, təsdiq olunmuş anadangələn torlu qişanın distrofiyasında (o cümlədən piqmentli retinit (retinitis pigmentosa)), 18 yaşa qədər xəstələrdə istifadə olunmur. Qeydə alınmış göstərişlər üzrə Vizarsin preparat qadınlarda istifadə üçün nəzərdə tutulmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Qeydə alınmış göstərişlər üzrə Vizarsin preparatı qadınlarda istifadə üçün nəzərdə tutulmur.
Daxilə. Tövsiyə edilən doza sutkada 50 mq təşkil etməklə, ehtiyac olduqda ehtimal olunan seksual aktivlikdən təxminən 1 saat əvvəl qəbul edilir. Effektivlikdən və dözümlükdən asılı olaraq Vizarsin preparatının dozasını 100 mq/gün-ə qədər artırmaq və ya 25 mq/gün-ə qədər azaltmaq mümkündür. Tövsiyə edilən maksimal doza 100 mq/gün təşkil edir. Preparatın istifadəsinin tövsiyə edilən maksimal tezliyi gündə 1 dəfə təşkil edir. Vizarsin preparatının qida ilə qəbulu acqarına qəbulu ilə müqayisədə onun təsirinin daha gec baş verməsinə səbəb ola bilər. Yaşlı xəstələrdə istifadəsi Vizarsin preparatının dozasına düzəliş tələb edilmir. Böyrək funksiyasının pozulması: Yüngül və orta ağırlıq dərəcəli böyrək çatışmazlığında (KK 30-80ml/dəq.) dozaya düzəliş tələb edilmir, ağır böyrək çatışmazlığında (KK 30ml/dəq. aşağı) isə - Vizarsin preparatının dozası 25mq/gün-ə qədər azaldılır. Qaraciyər funksiyasının pozulması Qaraciyər çatışmazlığı (məs. sirroz) olan xəstələrdə sildenafilin klirensi azaldığı üçün 25 mqlıq doza nəzərdən keçirilməlidir. Təsirliliyi və dözümlülüyü əsas götürərək, dozanı mərhələli şəkildə 50 mq-a və 100 mq-a qədər artırmaq lazım gələ bilər. Digər dərman vasitələri ilə birlikdə qəbulu Ritonavir ilə birlikdə qəbul etdikdə Vizarsin preparatının maksimal birdəfəlik dozası 25mq/gün-dən çox olmamalıdır, istifadə tezliyi isə - 48 saatda 1dəfə. Ortostatik hipotenziyanın əmələ gəlməsi ehtimalını azaltmaq üçün sildenafil ilə müalicəyə başlamazdan əvvəl alfa-adrenoblikatorlarla müalicə zamanı sabit vəziyyət əldə etmək lazımdır.