Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda ginkqo biloba yarpaqlarının quru təmizlənmiş ekstraktı 40 mq, 80mq, 120 mq və ya 160 mq.
- Baş beynin üzvü zədələnmələri sindromları ilə əlaqədar pozğunluqlar (koqnitiv pozulmalar, başhərlənmə, qulaqlarda cingilti, başağrıları); - demensiya sindromları (o cümlədən Alsheymer tipli birincili degenerativ demensiya, damar demensiyası və ya qarışıq forma); - koqnitiv pozğunluqlar, yuxunun pozulmaları ilə müşayiət olunan müxtəlif genezli dissirkulyator ensefalopatiya; - periferik qan dövran ı və sirkulyasiyanın pozulmaları, o cümlədən periferik okklüzion arteriopatiya (ümumi fiziki terapiya ilə birlikdə); - damar və ya degenerativ xarakterli başhərlənmə və qulaqlarda küy;
- Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər-hansı birinə qarşı yüksək həssaslıq; - kəllədaxili qansızmalar. - Hamiləlik dövrü.
Kifayət qədər kliniki məlumatlar olmadığı üçün preparatın hamiləlik zamanı və laktasiya dövründə qəbul edilməsi məsləhət görülmür. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik baxımından birbaşa və ya dolayı təsirini göstərməmişdir.
Vobilon preparatı cəld psixomotor reaksiyalar tələb olunan nəqliyyat vas itəsi idarəetmə və mexanizmlərlə işləmə qabiliyyətinə təsir etmir və yaxud cüzi təsir göstərir. Bununla əlaqədar preparatın qəbulu dövründə nəqliyyat vasitələrini idarəetmə və hərəki mexanizmlərlə işləmə zamanı ehtiyatlı olmaq lazımdır. İstifadə qaydası və dozalar Vobilon qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir. Kapsulları bütöv şəkildə udmaq, az miqdarda maye ilə içərək qəbul etmək lazımdır.
Demensiya sindromu (Alsheymer tipli birincili degenerativ demensiya, damar demensiyası və ya qarışıq forma): Böyüklərə gündə 3 dəfə 1-2 kapsul Vobilon 40 mq preparatı və ya gündə 2-3 dəfə 1 kapsul Vobilon 80 mq preparatı və ya gündə 2 dəfə (səhər və axşam)1 kapsul Vobilon 120mq preparatı. Periferik okklüzion arteriopatiya: Böyüklərə gündə 3 dəfə 1 kapsul Vobilon 40mq preparatı və ya gündə 2 dəfə (səhər və axşam)1 kapsul Vobilon 80mq preparatı və ya gündə 1 dəfə (səhər) və ya 2 dəfə (səhər və axşam) 1 kapsul Vobilon 120mq preparatı və ya gündə 1 dəfə (səhər) 1 kapsul Vobilon 160 mq preparatı Başhərlənmə/vertiqo və qulaqlarda küy kimi neyrosensor pozulmalar: Böyüklərə gündə 3 dəfə 1 kapsul Vobilon 40mq preparatı və ya gündə 2 dəfə(səhər və axşam)1 kapsul Vobilon 80 mq preparatı və ya gündə 1 dəfə (səhər) və ya 2 dəfə (səhər və axşam) 1 kapsul Vobilon 120mq preparatı və ya gündə 1 dəfə (səhər)1 kapsul Vobilon 160 mq preparatı Yaxşılaşmanın ilk əlamətləri adətən müalicənin başlanmasından 1 ay sonra yaranır. Uzunmüddətli effekti əldə etmək üçün, bu xüsusən yaşlı xəstələrə tövsiyyə olunur, müalicə kursunu ən azı 3 ay aparmaq lazımdır. Təkrar kurs müalicənin aparılması həkim məsləhətindən sonra mümkündür.
Başhərlənmə və qulaqlarda küyün müalicəsi zamanı 6- 8 həftədən artıq müddətli terapiya əlavə terapevtik effekt vermir. Uşaqlar Bu qrup xəstələrdə istifadənin təhlükəsizliyi barədə məlumatların məhdud olması səbəbindən dərmanın uşaqlarda istifadəsi tövsiyə edilmir.