Sevimlilərə əlavə edin
Paylaşın

Xaliksol 30MG N20 Tb

Məhsul Kodu : 111-00468
İstehsalçı ölkə : Macaristan
0 Şərh Şərh
3,80 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

HALİKSOL, 30 mq tabletlər

HALİKSOL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 30 mq ambroksol hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Preparat patoloji qatılaşmış selik və bəlğəm olan tənəffüs orqanlarının kəskin və xroniki obstruktiv xəstəlikləri zamanı, məsələn, bronxial astma, bronxit, bronxoektaziya zamanı istifadə olunur. Preparat burun və udlağın iltihabi xəstəlikləri zamanı seliyin durulaşdırılmasına səbəb olur. Preparat böyüklərin və 6 yaşdan yuxarı uşaqların müalicəsi üçün nəzərdə tutulub.

Əks göstərişlər

Təsiredici maddə ambroksola, bromheksinə və ya “Tərkibi” bölməsində sadalanan preparatın hər hansı köməkçi maddəsinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Ambroksol hidroxlorid plasentar baryerdən keçə bilir. Heyvanlarda ambroksolun hamiləliyin gedişinə, embrion/dölün inkişafına, doğuşa və ya postnatal inkişafa birbaşa və ya dolayı təsir göstərmədiyi aşkar edilmişdir. Geniş klinik tədqiqatlarda hamiləliyin 28-ci həftəsindən sonra dölə heç bir mənfi təsiri müşahidə edilməmişdir. Buna baxmayaraq, hamiləlik dövründə digər preparatların istifadəsi kimi, bu preparatı da ehtiyatla istifadə etmək tövsiyə olunur.

Birinci trimestrdə Haliksol® preparatının istifadəsi tövsiyə edilmir. Laktasiya Ambroksol ana südünə nüfuz edir. Ambroksolun ana südü ilə qidalanan körpəyə heç bir mənfi təsiri gözlənilməsə də, ana südü ilə qidalandırma zamanı Haliksol® preparatını qəbul etmək tövsiyə edilmir. Fertillik Klinikaya qədər tədqiqatların nəticələri reproduktiv funksiyaya heç bir mənfi təsirini aşkar etməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat və ya mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə bağlı heç bir tədqiqat aparılmamışdır. Haliksol® preparatının yuxarıda göstərilən qabiliyyətlərə mənfi təsirini sübut edən məlumatlar yoxdur.

HALİKSOL istifadə qaydası və dozası

Dozalanma rejimi Böyüklər: tövsiyə olunan sutkalıq doza gündə üç dəfə bir tablet təşkil edir. Terapevtik effekti gündə 2 dəfə 2 tablet qəbul etməklə artırmaq olar. Uşaqlar və yeniyetmələr 12 yaşdan yuxarı uşaqlar: tövsiyə olunan sutkalıq doza gündə üç dəfə bir tablet təşkil edir. Terapevtik effekti gündə 2 dəfə 2 tablet qəbul etməklə artırmaq olar.

6 yaşdan 12 yaşa qədər uşaqlar: ½ tablet gündə iki və ya üç dəfə. 6 yaşdan kiçik uşaqlar: Haliksol® tabletləri tövsiyə edilmir. 6 yaşdan kiçik uşaqlar üçün Haliksol® siropu tövsiyə olunur. Kəskin respirator xəstəliklər zamanı müalicə kursu dövründə simptomlar yaxşılaşmadıqda və ya pisləşdikdə, həkimə müraciət etmək lazımdır.

Böyrək funksiyasının pozğunluğu və ya ağır qaraciyər xəstəliyi halında ambroksol həddindən artıq ehtiyatla istifadə edilməlidir. İstifadə qaydası Daxilə qəbul olunur. Tabletlər qida qəbulundan asılı olmayaraq, çoxlu miqdarda maye ilə qəbul edilməlidir. Çoxlu miqdarda mayenin qəbul edilməsi ambroksolla müalicə zamanı seliyin durulaşmasına kömək edir.

Müalicənin müddəti göstərişdən və xəstəliyin ağırlığından asılı olaraq fərdi şəkildə müəyyən edilir. Haliksol® tabletləri həkimin məsləhəti olmadan 4-5 gündən artıq qəbul edilməməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00468

Oxşar Məhsullar

Acc 200MG N20 Efv Tb
7,61 AZN -%0
7,61AZN
Alte 125 ml Sirop
2,70 AZN -%0
2,70AZN
Alte 125 Qr 95 ml Sirop
1,50 AZN -%0
1,50AZN
Alteks 25MG 125 ml Srp
1,60 AZN -%0
1,60AZN
Ambroksol 15 Mq 5 ml Sirop
2,90 AZN -%0
2,90AZN
Ambroksol 30 Mq N20 Tablet
1,44 AZN -%0
1,44AZN
Ambrolitin 15MG/5 ml 100 ml Srp
3,26 AZN -%0
3,26AZN
Ansimar 20 Mg 200 ml Sirop
10,50 AZN -%0
10,50AZN
Ansimar 400 Mg N20 Tablet
10,00 AZN -%0
10,00AZN
Asetilo 600 Mg N20 Efv Tab
8,09 AZN -%0
8,09AZN
Asmartin 125 ml Sirop
8,78 AZN -%0
8,78AZN
Ass 200 N20 Paket
7,90 AZN -%0
7,90AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce