Sevimlilərə əlavə edin
Paylaşın

Xelipiko 100 ml Susp

Məhsul Kodu : 111-24635
İstehsalçı ölkə : Polsa
0 Şərh Şərh
7,27 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

HELİPİKO, 27,78 mq/5 ml şərbət

HELİPİKO tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 27,78 mq sarmaşıq yarpaqlarının quru ekstraktı (Hederae helicis folii extractum siccum DER 4-8:1) vardır.

İstifadəsinə göstərişlər

Bəlğəmli (yaş) öskürək zamanı bəlğəmgətirici kimi istifadə edilir.

Əks göstərişlər

Təsiredici maddəyə və ya Araliaceae fəsiləsinə mənsub bitkilərə, həmçinin köməkçi maddə-lərdən hər hansı birinə qarşı yüksək həssaslıq. 2 yaşdan aşağı uşaqlarda istifadəsi (respirator simptmların ağırlaşma riskinə görə). Xüsusi göstərişlər və ehtiyat tədbirləi Helipiko preparatını istifadə edərkən, aşağıdakı xəbərdarlıqları nəzərə almaq lazımdır: Uzunmüddətli və ya təkrarlanan öskürəyi olan 2-4 yaşlı uşaqların müalicəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Təngnəfəslik, qızdırma və irinli bəlğəm zamanı həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Əvvəlcədən həkimlə məsləhətləşmədən tərkibində kodein və dekstrametorfan kimi opiatlar olan öskürəkkəsici dərman vasitələri ilə birlikdə istifadə etmək tövsiyə olunmur. Qastriti və xora xəstəliyi olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Diabet xəstələri üçün məlumat Şərbətin tərkibində şəkər yoxdur və diabet xəstələri tərəfindən istifadə edilə bilər. Preparatın tərkibində kristallaşmayan maye sorbitol vardır.

5 ml preparatın tərkibində 4,2 q kristallaşmayan maye sorbitol (E 420) vardır ki, bu da 2,94 q sorbitə (0,245 Çörək vahidi) müvafiqdir. Preparat fruktozaya qarşı irsi dözümsüzlüyü olan pasiyentlər tərəfindən istifadə edilməməli-dir. Əgər yuxarıda qeyd edilən xəbərdarlıqlar hətta keçmişdə yaranmış hallara aid olsa belə, həkimlə məsləhətləşmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Prepatarın hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyinə dair tədqiqat aparılmamışdır. Həmçinin preparatın dölə təsirinə dair məlumat yoxdur. Preparat hamiləlik və lak-tasiya dövründə yalnız o halda istifadə edilə bilər ki, müalicədən ana üçün gözlənilən fayda döl və ya uşaq üçün potensial riskdən üstün olsun.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə tə -sirinə dair tədqiqat aparılmamışdır.

HELİPİKO istifadə qaydası və dozası

Helipiko preparatını həkimin tövsiyələrinə müvafiq olaraq qəbul etmək lazımdır. Nəyəsə əminlik olmazsa, həkimlə məsləhətləşmək lazımdır. Daxilə qəbul edilir. Dozası Yeniyetmələr, böyüklər və ahıl yaşlı insanlar Gündə 1-3 dəfə 5 ml (tam şpris) şərbət (27,78 mq sarmaşıq yarpaqlarının quru ekstraktına müvafiqdir).

6-12 yaşlı uşaqlar Gündə 2-3 dəfə 2,5 ml (1/2 şpris) şərbət (13,89 mq sarmaşıq yarpaqlarının quru ekstraktına müvafiqdir). 2-5 yaşlı uşaqlar Gündə 2-3 dəfə 1,6 ml (1/3 şpris) şərbət (8,89 mq sarmaşıq yarpaqlarının quru ekstraktına müvafiqdir). 2 yaşdan aşağı uşaqların müalicəsi üçün əks göstərişdir (bax: bölmə “Əks göstərişlər”). İstifadə müddəti Əgər öskürək dərman preparatının istifadəsinə başladıqdan sonra bir həftədən çox davam edərsə, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

Şpris formalı dozatorun istifadəsinə dair təlimat 1. Flakonun qapağını açın (aşağıya doğru sıxaraq və saat əqrəbinin əks istiqamətində fırladaraq). 2. Dozator flakonun boğazında olan dəliyə keçirilməlidir.

3. Dozatoru doldurmaq üçün flakonu başıaşağı çevirmək, sonra isə dozatorun porşenini ehtiyatla aşağı çəkməklə lazım olan miqdarda preparatı şprisə çəkmək lazımdır. 4. Flakonu əvvəlki vəziyyətinə qaytarmaq və dozatoru ehtiyatla buraraq ondan çıxarmaq lazımdır.

5. Dozatorun uc hissəsini uşağın ağız boşluğuna yerləşdirərək, sonra yavaş-yavaş porşeni sıxaraq dozatorun möhtəviyyatını uşağın ağız boşluğuna yeritmək lazımdır. 6. İstifadədən sonra flakonun qapağını kip bağlamaq, dozatoru yumaq və qurutmaq lazımdır.

Helipiko preparatının dozasının qəbulu buraxılarsa Əgər preparat təyin olunmuş vaxtda qəbul edilməzsə, o, mümkün qədər tez qəbul edilməli (əgər növbəti dozanın qəbuluna kifayət qədər çox vaxt qalmışdırsa) və ya preparatın mün-təzəm qəbulu davam etdirilməlidir. Buraxılmış dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz. Əgər preparatdan istifadə zamanı pasiyent preparatın təsirinin həddindən artıq güclü və ya həddindən artıq zəif olduğunu düşünərsə, o, həkimə müraciət etməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24635

Oxşar Məhsullar

Acc 200MG N20 Efv Tb
7,61 AZN -%0
7,61AZN
Alte 125 ml Sirop
2,70 AZN -%0
2,70AZN
Alte 125 Qr 95 ml Sirop
1,50 AZN -%0
1,50AZN
Alteks 25MG 125 ml Srp
1,60 AZN -%0
1,60AZN
Ambroksol 15 Mq 5 ml Sirop
2,90 AZN -%0
2,90AZN
Ambroksol 30 Mq N20 Tablet
1,44 AZN -%0
1,44AZN
Ambrolitin 15MG/5 ml 100 ml Srp
3,26 AZN -%0
3,26AZN
Ansimar 20 Mg 200 ml Sirop
10,50 AZN -%0
10,50AZN
Ansimar 400 Mg N20 Tablet
10,00 AZN -%0
10,00AZN
Asetilo 600 Mg N20 Efv Tab
8,09 AZN -%0
8,09AZN
Asmartin 125 ml Sirop
8,78 AZN -%0
8,78AZN
Ass 200 N20 Paket
7,90 AZN -%0
7,90AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce