Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

XOLINOSTIM 250MG 4ML N5 AMP

Məhsul Kodu : 111-20769
Reseptlə satılır
16,61 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

XOLİNOSTİM, venadaxili və əzələdaxili yeridilmə üçün məhlul

XOLİNOSTİM tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 250 mq xolin alfosserat hidrat (susuz maddəyə nəzərən) vardır.

İstifadəsinə göstərişlər

- Baş beyində involyusion və degenerativ proseslər fonunda psixoorqanik sindromu; - yaşlı xəstələrdə serebrovaskulyar çatışmazlığın ağırlaşmaları və ya yaddaşın pozulması, huşun dumanlanması, dezorientasiya, motivasiya və təşəbbüskarlığın azalması, diqqət konsentrasiyasının azalması ilə xarakterizə olunan birincili və ikincili koqnitiv pozğunluqlar; - ahıl yaşda davranış və affektiv sferanın pozulması: emosional labillik, yüksək dərəcədə qıcıqlanma, marağın azalması; qocalıq psevdodepressiya.

Əks göstərişlər

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq; - hamiləlik; - laktasiya dövrü; - 18 yaşa qədər uşaqlar (məlumat olmadığına görə);

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi qadağandır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə müddətində transport vasitələrini idarə edərkən və xüsusi diqqət və konsentrasiya tələb edən potensial təhlükəli fəaliyyət zamanı ehtiyyatlı olmaq lazımdır.

XOLİNOSTİM istifadə qaydası və dozası

Əzələdaxili və ya venadaxili istifadə olunur. Əzələdaxili (yavaş) və ya venadaxili (damcı üsulu ilə) 1000 mq/sutka dozasında təyin edilir. Venadaxili yeridilmə zamanı bir ampul (4 ml) 0.9%-li 50 ml fizioloji məhlulda həll edilir, infuziyanın sürəti dəqiqədə 60-80 damcı olmalıdır. Müalicə kursu həkim tərəfindən təyin edilir.

Xəstənin vəziyyəti stabilləşəndən sonra preparatın peroral formaları ilə müalicəni davam etdirmək olar.

Prepared by  T-Soft E-Commerce.