Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Yarina 3/0,03 mq N21 tb

Məhsul Kodu : 111-06007
İstehsalçı ölkə: Almaniya
19,15 AZN
Daha çox Sidik-cinsiyyət
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

YARİNA®, örtüklü tabletlər

Yarina tərkibi

 Təsiredici maddə:  1 tabletin tərkibində 0,030 mq etinilestradiol, 3 mq drospirenon vardır. Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, maqnezium stearat (E470b), povidon K 25,  prejelatinləşdirilmiş nişasta, hipromelloza (E464), makroqol 6000, talk (E553b),  titan dioksid (E171), sarı dəmir oksidi (E172).

İstifadəsinə göstərişlər:

 Antimineralkortikoid və antiandrogenik  təsirlərə malik oral kontraseptiv olub, həmçinin orqanizmində mayenin hormonla bağlı ləngiməsindən və nəticədə meydana çıxan simptomlardan əziyyət çəkən qadınlar üçün faydalıdır. Oral kontraseptivlərdən istifadəyə üstünlük verən qadınlarda  acne vulgaris-in (gənclik çivzəsi) və seboreyanın müalicəsi. 

Əks göstərişlər:

 Kombinəedilmiş oral kontraseptivlər (KOK) aşağıda sadalanan halların  hər hansı biri mövcud olduqda  istifadə olunmamalıdır. Əgər KOK-un ilk istifadəsi zamanı aşağıdakı hallardan hər hansı biri meydana çıxarsa, preparatın istifadəsi dərhal dayandırılmalıdır:  Hazırda və ya anamnezdə venoz və ya arterial tromboz/ tromboemboliya halları; (məsələn, dərin venaların trombozu, ağciyər emboliyası, miokard infarktı) və ya beyin-damar travmaları.  Anamnezdə trombozun olması və ya trombozun baş verəcəyini göstərən əlamətlərin mövcudluğu (məsələn, qısamüddətli işemik tutma, stenokardiya). Venoz və ya arterial trombozun yüksək riski (bax:’Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri’).  Anamnezdə fokal nevroloji simptomlarla müşayiət olunan miqren.  Prosesə damarların cəlb edilməsi ilə şəkərli diabet. Qaraciyər funksiyası normal vəziyyətə qayıdanadək ağır hepatit xəstəliyi. Tərkibində ombitasvir, paritaprevir və ya dasabuvir və onların kombinasiyası olan birbaşa təsirli virus əleyhinə dərman preparatlarının istifadəsi (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”). Ağır böyrək çatışmazlığı və ya kəskin böyrək çatışmazlığı. Hazırda və ya anamnezdə qaraciyərdə şişlərin mövcudluğu (xoşxassəli və ya bədxassəli). Cinsi-steroidin təsiri altında olan, məlum və ya ehtimal edilən bədxassəli şişlər (məsələn, cinsi orqanların və ya süd vəzilərinin). Diaqnozlaşdırılmamış uşaqlıq yolu qanaxması. Məlum və ya ehtimal olunan hamiləlik. Təsiredici maddələrə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və  laktasiya dövründə istifadəsi:

 Hamiləlik Yarina hamiləlik dövründə təyin edilmir. Əgər hamiləlik Yarina ilə müalicə dövründə baş verərsə, onun sonrakı qəbulu dayandırılmalıdır. Lakin, geniş epidemioloji tədqiqatlar zamanı hamiləlikdən əvvəl KOK istifadə etmiş qadınların doğduğu uşaqlarda nə doğuş qüsurlarının artması, nə də erkən hamiləlik ərzində bilmədən qəbul edilən KOK-ların teratogen təsiri aşkar olunmamışdır. Yarinanın hamiləliyə, dölün və ya yeni doğulmuş uşağın sağlamlığına mənfi təsiri ilə bağlı hər hansı nəticəyə gəlmək üçün, hamiləlik dövründə Yarinanın istifadəsi ilə bağlı məlumatlar çox məhduddur.  Hələ ki, hər hansı müvafiq epidemioloji məlumat yoxdur. Laktasiya KOK-lar laktasiyaya təsir edə bilər, belə ki, onlar ana südünün miqdarını azalda və tərkibini dəyişə bilər. Ona görə də, uşaq əmizdirən ana uşağı süddən tam kəsənədək onlara KOK-ların istifadəsi ümumiyyətlə məsləhət görülmür. Südlə birlikdə cüzi miqdarda kontraseptiv steroidlər və/ və ya onların metabolitləri ifraz oluna bilər 

Yarina istifadə qaydası, dozası

 Daxilə qəbul edilir. Doza rejimi Düzgün qəbul edildikdə, kombinəolunmuş oral kontraseptivlər ildə təxminən 1% uğursuzluq dərəcəsinə malikdirlər. Tabletlərin qəbulu unudulduqda və ya düzgün qəbul edilmədikdə, uğursuzluq dərəcəsi arta bilər.  Tabletlər qablaşdırmanın üzərində göstərilən qaydada, hər gün təxminən eyni vaxtda bir qədər maye ilə qəbul edilməlidir.   Tabletlər ardıcıl qəbul edilir. 21 ardıcıl gün ərzində gündə bir tablet qəbul edilir. Hər növbəti qablamanın qəbuluna 7-günlük dərmansız fasilədən sonra başlanılmalıdır; adətən həmin dövrdə qanaxma baş verir. Aybaşı adətən, nazik təbəqə ilə örtülmüş sonuncu tablet qəbul olunduqdan 2-3 gün sonra baş verir və növbəti qablamadan tabletlərin qəbuluna başlayanadək qurtarmaya bilər. Yarinanın qəbuluna necə başlamalı Əvvəllər hormonal kontraseptiv vasitə  istifadə olunmadıqda (keçən ayda) Tabletin qəbulu qadının təbii aybaşı dövrünün 1-ci günündə (yəni onun menstrual qanaxmasının birinci günündə) başlamalıdır. 2-5-ci günlər də başlamaq olar, lakin bu halda birinci dövr ərzində tablet qəbulunun ilk 7 günü ərzində əlavə olaraq kontrasepsiyanın baryer metodundan istifadə etmək məsləhət görülür. Kombinəolunmuş hormonal kontraseptiv vasitədən (kombinəolunmuş oral kontraseptiv/KOK) uşaqlıq yolu halqasına və ya transdermal plastra keçid  Yaxşı olar ki, qadın Yarinanın qəbuluna, onun əvvəlki KOK-un hormon tərkibli sonuncu tabletinin qəbulundan sonrakı gündə, lakin adi tabletsiz və ya onun əvvəlki KOK-un hormonsuz tablet qablaşdırmasından sonrakı gündən gec olmayaraq başlasın. Uşaqlıq yolu halqası və ya transdermal plastr istifadə olunduğu hallarda, qadın Yarinanı bunların çıxarıldığı gündə, lakin ən geci növbəti applikasiya icra edilməli olduğu  zaman istifadə etməyə başlamalıdır.  Yalnız progestagen metodundan (mini-tablet, inyeksiya, implant) və ya progestagen azadedici uşaqlıqdaxili sistemdən (UDS) keçid   Qadın istənilən gün mini-tabletdən (çıxarıldığı tarixdə implantdan və ya UDS-dən, növbəti inyeksiyanın tələb olunduğu zaman inyeksiyadan) başqa metoda keçə bilər, lakin bütün bu hallarda tabletin qəbulunun ilk 7 günü ərzində əlavə olaraq kontrasepsiyanın baryer metodundan istifadə etməsi tövsiyə olunur. İlk trimesterdə baş verən abortdan sonra Qadın dərhal başlaya bilər. Bunu edərkən, ona əlavə kontraseptiv tədbirlər görməsi tələb olunmur. Doğuşdan və ya ikinci trimesterdə baş verən abortdan sonra  Uşaq əmizdirən qadınlar üçün “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə baxın  Qadınlara, doğuşdan və ya ikinci trimestrdəki abortdan sonrakı 21-28-ci günlərdə başlaması məsləhət görülməlidir. Gec başladıqda, qadınlara, əlavə olaraq, tablet qəbulunun ilk 7 günü ərzində əlavə olaraq baryer metodundan istifadə etmələri  məsləhət görülməlidir. Lakin, əgər artıq cinsi əlaqə baş vermişdirsə, kombinəolunmuş oral kontraseptiv vasitənin istifadəsinin faktiki başlanmasından əvvəl hamiləlik istisna edilməli, yaxud qadın özünün ilk menstrual siklini gözləməlidir.  Əgər tabletin qəbulu unudularsa  Əgər istifadəçi hər hansı tabletin qəbulunu 24 saat gecikdirmişdirsə, kontraseptiv müdafiə azalmır. Qadın unudulmuş tabletləri yadına düşən kimi dərhal, digər tabletləri isə öz adi vaxtında qəbul etməlidir.  Əgər o, hormontərkibli tabletin qəbulunu 24 saatdan çox gecikdirmişdirsə, o zaman kontraseptiv müdafiə zəifləyə bilər. Ötürülmüş tabletlərin istifadəsi aşağıdakı iki qaydaya əsaslana bilər: 1. Tabletin qəbulu heç vaxt 7 gündən artıq müddətə dayandırılmamalıdır (lütfən, nəzərə alın ki, tövsiyə olunan hormonsuz tabletlərin qəbulu arasındakı interval 4 gün təşkil edir). 2. Hipotalamus-hipofizar-yumurtalıq oxunun adekvat tormozlanması üçün tabletlərin 7 gün fasiləsiz qəbulu tələb olunur. Əgər qadın tabletlərin qəbulunu unutmuşdursa və tabletsiz fasilə zamanı ləğvetmə qanaxması baş verməmişdirsə, hamiləliyin mümkünlüyü məsələsinə baxmaq lazımdır.  Mədə-bağırsaq pozğunluğu zamanı üçün tövsiyələr Ağır mədə-bağırsaq pozğunluğu zamanı absorbsiya tam olmaya bilər və kontrasepsiyanın əlavə metodlarından istifadə etmək lazımdır. Əgər qusma tabletin qəbulundan sonra 3-4 saat ərzində baş verərsə, “Əgər tabletin qəbulu unudularsa” bölməsindəki tövsiyələrə əməl etmək lazımdır. Əgər qadın özünün adi tablet qəbulu rejimini dəyişmək istəmirsə, o, digər qablaşdırmadan lazım olan əlavə tablet(lər)i qəbul etməlidir.  Dövrləri necə dəyişməli və ya dövrü necə gecikdirməli Dövrü gecikdirmək üçün, qadın cari qablaşdırmadan tabletsiz interval olmadan, Yarinanın daha bir qablaşdırmadan qəbulunu davam etdirməlidir. Müddəti ikinci qablaşdırmada tabletlər qurtaranadək istənilən qədər uzatmaq olar. Müddətin uzadıldığı dövrdə, qadında qanaxma və ya yaxıntıların əmələ gəlməsi baş verə bilər. Yarinanın müntəzəm qəbulu tabletsiz intervaldan sonra bərpa olunur. Qadının dövrlərini, onun öz cari sxemi ilə vərdiş etdiyi gündən həftənin başqa gününə keçirmək üçün, ona qarşıdan tabletsiz interval fazasını istədiyi qədər qısaltması məsləhət görülə bilər. İnterval nə qədər qısa olarsa, onun qanaxmasının olması və ikinci qablaşdırmanın istifadə dövründə (dövrü gecikdirərkən olduğu kimi) qanaxma və ifrazatın gəlmə riski daha yüksək olur. Pasiyentlərin xüsusi kateqoriyası üçün əlavə informasiya Pediatrik pasiyentlər Yarina yalnız menarxdan (aybaşının ilk əlamətindən) sonra istifadə olunur. Dozanın tənzimlənməsinə ehtiyac olduğunu nəzərdə tutan hər hansı məlumat yoxdur.  Yaşlı pasiyentlər Aid deyildir. Yarina menopauzadan sonra istifadə olunmur.  Qaraciyərin funksional pozğunluğui olan pasiyentlər Yarina ciddi qaraciyər xəstəliyi olan qadınlarda əks göstərişdir. Həmçinin, “Əks göstərişlər” və “Farmakokinetik xüsusiyyətləri” bölmələrinə baxın. Böyrək çatışmazlığı olan pasiyentlər  Yarina kəskin böyrək çatışmazlığı olan qadınlar üçün əks-göstərişdir. Həmçinin, “Əks göstərişlər” və “Farmakokinetik xüsusiyyətləri” bölmələrinə baxın.

Prepared by  T-Soft E-Commerce.