Sevimlilərə əlavə edin
Paylaşın

Zalain 300 Mq N Şam

Məhsul Kodu : 111-02196
İstehsalçı ölkə : Ispaniya
1 Şərh Şərh
9,74 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

ZALAİN, 300 mq vaginal suppozitoriyalar

Zalain tərkibi

 Təsiredici maddə:  1 suppozitoriyanın tərkibində 300 mq sertakonazol nitrat vardır. Köməkçi maddələr:vitepsol və supposir yarımsintetik qliseridləri, susuz kolloidal silisium dioksid.

İstifadəsinə göstərişlər:

 Vaginal kandidozun yerli müalicəsi. Xarakterik klinik əlamətlər olmadıqda, müsbət mikrobioloji nəticə öz-özlüyündə müalicənin başlanması üçün göstəriş deyil.

Əks göstərişlər:

 • Preparatın istənilən komponentinə qarşı və ya imidazol qrupundan istənilən mikrob əleyhinə birləşməyə qarşı hiperhəssaslıq. • Lateks prezervativləri və ya diafraqma ilə eyni vaxtda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Klinikaya qədərki tədqiqatlarda sertakonazolun teratogen effektinin olmadığının göstərilməsi ilə əlaqədar insanda istifadəsi zamanı belə effektlərin təzahürü gözlənilmir. Buna baxmayaraq, sertakonazolun istifadəsinin mümkün fetotoksik və teratogen effekti barədə əsaslı məlumat yoxdur. Onun istifadə qaydasını (birdəfəlik doza ilə müalicə) və sistem absorbsiyasının olmamasını nəzərə alaraq, həkim rəyinə əsasən müalicənin faydasının mümkün riskdən üstün olduğu halda sertakonazol hamiləlik dövründə təyin edilə bilər. Laktasiya Sertakonazolun ana südü ilə xaric olmasını təsdiq və ya istisna edən əsaslı məlumat yoxdur. Preparat laktasiya dövründə, yalnız həkim rəyinə əsasən müalicənin faydasının mümkün riskdən üstün olduğu halda istifadə edilə bilər.

Zalain istifadə qaydası, dozası

 Dozalanma rejimi Kürəyi üstə uzanaraq, yatmazdan əvvəl 1 vaginal suppozitoriya uşaqlıq yoluna dərinə yeritmək məsləhət görülür. Xəstəliyin klinik simptomları aradan qalxmadıqda, 7 gündən sonra daha bir vaginal suppozitorya yeritmək olar.    İstifadə qaydası Praktik tövsiyə Xarici cinsiyyət orqanlarının yuyulması zaman neytral pH-a malik sabundan istifadə etmək məsləhət görülür. İnfeksiyanın saxlanmasına səbəb olan faktorları istisna etmək tövsiyə edilir (məsələn, sintetik geyim əvəzinə pambıq parçalı geyimdən istifadə etmək, uşaqlıq yolunun intensiv yuyulmasından çəkinmək və s.).   Yaxşı olardı ki, əlavə olaraq, vulva və perianal nahiyəyə göbələk əleyhinə kremdən istifadə edilsin.  Cinsi partnyorun hər konkret hal üçün fərdi əsasla paralel müalicəsini nəzərdən keçirmək lazımdır. Menstruasiya suppozitoriyanın istifadəsi üçün əks göstəriş deyil. Uşaqlarda Zalain® vaginal suppozitoriyalarının istifadəsi üçün müvafiq göstəriş yoxdur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-02196

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce