Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tаblеtin tərkibində 5 mq və yа 10 mq оlаnzаpin vаrdır. Köməkçi mаddələr: lаktоzа monohidrat, krospovidon, mikrokristallin sellüloza (Avicel PH 102), hidroksipropil sellüloza, maqnezium stearat. Alt örtük: ağ opadri 15B28388 (titan dioksid, hidroksipropil metil sellüloza 6, hidroksipropilmetilsellüloza 3, polietilenqlikol 400, polisorbat 80). Üst örtük: II ağ opadr 85F18422 (PVA, GL-05FS, polietilen qlikol 3350, titan dioksid, talk).
İstifadəsinə göstərişlər:
Zapifar şizofreniyanın, bipolyar pozğunluqların müalicəsində istifadə olunur. Olanzapin, müalicə davam edən müddətdə əldə edilən klinik yaxşılaşmanı saxlamaq məqsədilə çox effektivdir.
Əks göstərişlər:
Olanzapinə qarşı hiperhəssaslıq, bağlıbucaqlı qlaukoma.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamilələrdə tam tədqiqat aparılmamışdır. Əgər olanzapinlə müalicə dövründə qadın hamilə qalarsa və ya hamilə qalma ehtimalı varsa, o həkimlə məsləhətləşməlidir. Ümumiyyətlə, hamilə qadınlara o vaxt bu preaparat təyin olunur ki, ana üçün aparılan bu müalicənin gözlənilən faydası, döl üçün potensial riskdən artıq olsun. Olanzapinin ana südü ilə keçməsi haqda məlumat yoxdur. Zapifar qəbul edən qadınlar körpələrini südlə əmizdirməməlidirlər.
Zapifarı həkimin təyin etdiyi dozada istifadə edin. Zapifar 5-10 mq dozada gündə 1 dəfə qidadan asılı olmayaraq, bir neçə gün ərzində gündəlik dozanı 10 mq saxlamaq şərti ilə təyin olunur. Sutkalıq doza fərdi klinik status əsasında təyin olunur. Gündəlik 5-20 mq təşkil edir. Uşaqlar: 18 yaşdan aşağı şəxslərdə olanzapin istifadəsi ilə bağlı tədqiqat aparılmayıb. Yaşlı xəstələr: 65 yaşdan yuxarı klinik faktorları təsdiqlənmiş xəstələrə azaldılmış başlanğıc doza (5 mq gündəlik) təyin olunur. Qaraciyər və böyrək çatışmazlığı olan xəstələr: Bəzi xəstələrə kiçik başlanğıc doza 5 mq verilir. Qadın və kişi şəxslərin müqayisəsi Başlanğıc doza və dozanın diapazonu qadınlarda kişi xəstələrdən fərqli olaraq dəyişilməlidir. Siqaret çəkməyən şəxslər çəkənlərlə müqayisədə: Siqaret çəkməyən şəxslərdə çəkənlərdən fərqli olaraq başlanğıc doza və dozanın diapazonu dəyişdirilir. Ləng metabolizm nəticəsində yaranan bir faktordan artıq hallarda başlanğıc doza azaldılmalıdır. Bəzi xəstələrdə dozanı diqqətlə artırmaq olar.