Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq olanzapin vardır.
Böyüklərdə istifadəsi Olanzapin şizofreniyanın müalicəsi üçün istifadə olunur. Olanzapin müa licənin başlanğıc mərhələsində müalicəyə y axşı cavab verən pasiyentlərdə müalicənin davam etdirilməsi zamanı klinik yaxşılaşmanı dəstəkləmək üçün istifadə zamanı effektivdir. Olanzapin orta və ağır dərəcəli maniakal epizodların müalicəsi üçün göstərişdir. Maniakal epizodun müalicəsi zamanı olanzapinlə müalicəyə yaxşı cavab verən pasiyentlərdə bu preparat bipolyar pozğunluğun residivlərinin profilaktikası üçün göstərişdir
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Bağlıbucaqlı qlaukomanın təsdiq olunmuş inkişaf riski olan pasiyentlər.
Preparatı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır Hamiləlik Hamilə qadınlar üzərində adekvat və yaxşı nəzarət olunan tədqiqatlar aparılmamışdır. Pasiyent qadınlara tövsiyə etilməlidir ki, olanzapinlə müalicə müddətində hamiləlik baş verərsə və ya hamiləlik planlaşdırılarsa, bu barədə həkimə məlumat verilməlidir. B ununla belə, olanzapinin hamilə qadınlarda istifadə təcrübəsinin məhdud olduğunu nəzərə alınaraq, preparat yalnız ana üçün potensial fayda döl üçün mümkün riskdən üstün olduğu halda istifadə olunmalıdır. Hamiləliyin üçüncü trimestrində antipsixotik vasitələrin (o cümlədən olanzapinin) təsirinə məruz qalan yenidoğulmuşlar arzuolunmaz reaksiyaların, o cümlədən ekstrapiramid simptomların və/və ya doğuşdan sonra ağırlıq dərəcəsinə və davametmə müddətinə görə dəyişə bilən ləğvetmə simptomlarının inkişaf riskinə məruz qala bilərlər.
Oyanıqlıq halları, hipertoniya, hipotoniya, tremor, yuxululuq, tənəffüs pozğunluğu və qidalanmanın pozulması qeyd edilmişdir. Ona görə də yenidoğulmuşlar ciddi müşahidə altında olmalıdırlar. Laktasiya Uşaq əmizdirən sağlam qadınlar üzərində aparılan tədqiqat zamanı müəyyən edilmişdir ki, olanzapin ana südünə nüfuz edir. Tarazlıq vəziyyətində südəmər uşağın orta ekspozisiyası (mq/kq) ananın qəbul etdiyi dozanın (mq/kq) 1,8%-ni təşkil edir.
Əgər pasiyentlər olanzapin qəbul edirsə, onlara uşaqlarını ana südü ilə qidalandırmanı dayandırmaları tövsiyə olunur.
Olanzapin yuxuyameyillilik və başgicəllənmə törədə bildiyindən pasiyentlərə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaları barədə xəbərdarlıq etmək lazımdır.
Zolaksa preparatı həkimin tövsiyələrinə uyğun olaraq qəbul edilməlidir. Nəyəsə şübhə olarsa, həkimlə məsləhətləşmək lazımdır. İstifadə qaydası Olanzapin qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər, belə ki, qida qəbulu onun absorbsiyasına təsir göstərmir. Olanzapinlə müalicəni dayandıran zaman dozanı tədricən azaltmaq lazımdır.
Doza Böyüklər Şizofreniya: olanzapinin tövsiyə olunan başlanğıc dozası gündə 10 mq təşkil edir. Maniakal epizod: monoterapiya zamanı başlanğıc birdəfəlik doza gündə 15 mq və ya kombinəolunmuş müalicə zamanı gündə 10 mq təşkil edir. Bipolyar affektiv pozğunluğun residivlərinin profilaktikası: olanzapinin tövsiyə olunan başlanğıc dozası gündə 10 mq təşkil edir. Maniakal epizodların müalicəsi zamanı olanzapin alan pasiyentlərdə resi-divlərin profilaktikası üçün müalicəni həmin dozada davam etdirmək lazımdır.
Yeni maniakal, qarışıq və ya depressiv epizodun baş verdiyi təqdirdə müalicəni olanzapinlə davam etdirmək (lazım gələrsə, dozanı optimallaşdırmaqla) və klinik göstərişlər olduğu zaman əhvalla bağlı simptomların əlavə müalicəsinə başlamaq lazımdır. Şizofreniyanın, maniakal epizodların müalicəsi zamanı və bipolyar pozğunluğun residivlərinin profilaktikası məqsədi ilə gündəlik doza pasiyentin klinik vəziyyətindən asılı olaraq, gündə 5-dən 20 mq-a qədər diapazonda müəyyən edilə bilər. Dozanın tövsiyə olunan başlanğıc dozadan daha yüksək dozaya qədər artırılmasını yalnız klinik vəziyyətin qiymətləndirilməsind ən sonra və 24 saatdan az olmayan intervallarla həyata keçirmək olar. Ahıl yaşlı pasiyentlər 65 yaşlı və ondan böyük pasiyentlərə preparat adətən daha aşağı başlanğıc dozada (5 mq/gün) təyin edilir, baxmayaraq ki, əgər klinik məlumatlar tələb edərsə, dozanın azaldılması nəzərdən keçirilə bilər.
Qaraciyər və/və ya böyrək funksiyası pozulmuş pasiyentlər Belə pasiyentlər üçün preparatın daha aşağı başlanğıc dozada (5 mq) təyin edilməsi məsələsi nəzərdən keçirilməlidir. Qaraciyər funksiyasının orta dərəcəli poğunluğu zamanı (Çayld -Pyu təsnifatına görə qaraciyərin A və B sinif sirrozu) preparatın başlanğıc dozası 5 mq təşkil etməlidir, bu zaman dozanın artırılması ehtiyatla həyata keçirilməlidir. Cins Preparatın başlanğıc dozası və doza diapazonu adətən, pasiyentlərin cinsindən asılı olaraq dəyişmir. Siqaret çəkənlər Preparatın başlanğıc dozası və doza diapazonu adətən, siqaret çəkməyən pasiyentlərlə müqayisədə dəyişmir.
Siqaret çəkmək olanzapinin metabolizmini induksiyalaşdıra bilər. Klinik monitorinq və lazım gələrsə, olanzapinin dozasının yüksəldilməsi tövsiyə olunur. Metabolizmin ləngiməsinə səbəb ola bilən bir neçə faktorun mövcudluğu zamanı (qadın cinsi, ahıl yaş, siqaret çəkməmək) başlanğıc dozanın azaldılması nəzərdən keçirilməlidir. Belə pasiyentlərdə dozanın yüksəldilməsi (lazım gələrsə) ehtiyatla həyata keçirilməlidir.
Uşaq və yeniyetmələrdə istifadəsi Müalicənin təhlükəsizliyinə və effektivliyinə dair məlumatların kifayət qədər olmamasını nəzərə alaraq olanzapinin uşaqlarda və 18 yaşdan aşağı yeniyetmələrdə istifadəsi tövsiyə olunmur. Yeniyetmələrdə qısamüddətli tədqiqat zamanı böyük pasiyentlərdə aparılan tədqiqatlarla müqayisədə bədən kütləsi artımının yüksək ifadəliliyi, lipid və prolaktin səviyyəsində dəyişik lik qeyd edilmişdir. Əgər preparatdan istifadə zamanı pasiyentə elə gələrsə ki, preparatın təsiri həddindən artıq güclü və ya zəifdir, o, həkimə müraciət etməlidir.