Bitib
Stokda olanda mənə xəbər verin.Zoloft tərkibi, 1 tabletin tərkibində 50 mq sertralinə ekvivalent olan 55,95 mq sertralin hidroxlorid vardır. Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, mikrokristallik sellüloza, hidroksipropilsellüloza, natrium nişasta qlikolyatı, maqnezium stearat. Örtük: ağ opadri (hidroksipropilmetilsellüloza, titan dioksid, makroqol, polisorbat 80), şəffaf opadri (hidroksipropilmetilsellüloza, makroqol).
Müxtəlif etiologiyalı depressiyalar (müalicə və profilaktika); obsessiv-kompulsiv pozğunluqlar (OKP); vahimə (həyəcan) pozğunluqları; aqorafobiya ilə və ya onsuz; posttravmatik stressor pozğunluqlar (PTSP); sosial fobiya.
Sertralinə və preparatın digər komponentlərinə qarşı məlum yüksək həssaslıq; 6 yaşa qədər uşaqlar (OKP); digər göstərişlərdə 18 yaşdan aşağı uşaqlarda istifadəsi əks göstərişdir; sertralinin monoaminooksidazanın dönməz təsirli inhibitorları ilə birlikdə istifadəsi; pimozid ilə birgə tətbiqi.
Hamiləlik zamanı yalnız ana üçün gözlənilən faydanın döl üçün riskdən üstün olduğu hallarda istifadə olunmalıdır. Sertralinin anadangəlmə qüsurlara səbəb olduğuna dair sübutlar yoxdur. Yenidoğulmuşlarda ləğv olunma simptomları müşahidə edilə bilər. Laktasiya dövründə ana südünə keçir, lakin təsiri zəifdir; ehtiyac olduqda südvermə dayandırılmalıdır.
Qida qəbulundan asılı olmayaraq gündə 1 dəfə, səhər və ya axşam daxilə qəbul edilir. Depressiya və OKP: 50 mq/sut; vahimə pozğunluğu, PTSP və sosial fobiya: 25 mq/sut başlanır, sonra 50 mq/sut-a artırılır. Maksimal doza: 200 mq/sut. Uşaqlar: OKP üçün 6-12 yaş 25 mq/sut, sonra 50 mq/sut-a qədər artırılır; 13-17 yaş 50 mq/sut. Yaşlılar: ehtiyatla, eyni dozada istifadə olunur. Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə doza azaldılır. Böyrək funksiyası pozulmuş pasiyentlərdə dozaya düzəliş tələb olunmur. Ləğv olunma sindromunun qarşısını almaq üçün doza tədricən azaldılmalıdır.