Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq bisoprolol fumarat, 5 mq amlodipin (6,95 mq amlodipin besilat şəklində) vardır.
- Arterial hipertenziyanın monoterapiya şəklində və ya lazım gəldikdə digər antihipertenziv preparatlarla birlikdə müalicəsi. - Xroniki stabil stenokardiyanın monoterapiya şəklində və ya lazım gəldikdə digər antianginal vasitələrlə birlikdə müalicəsi. Alotendin preparatı eyni dozalarda amlodipin və bisoprololun ayrı tablet şəklində birlikdə istifadəsi zamanı qan təzyiqi və/və ya xroniki stabil stenokardiyası adekvat nəzarət edilə bilən pasiyentlərdə əvəzedici terapiya kimi göstərilir.
Amlodipin ilə əlaqəli - Ağır hipotenziya, - sol mədəcikdən qan axınına maneənin olması (ağır aorta stenozu), - şok (kardiogen şok daxil olmaqla), - miokard infarktından sonra hemodinamik cəhətdən qeyri-stabil ürək çatışmazlığı. Bisoprolol ilə əlaqəli - Kəskin ürək çatışmazlığı və ya inotrop preparatların venadaxili yeridilməsini tələb edən ürək çatışmazlığı epizodları, - kardiogen şok, - ikinci və ya üçüncü dərəcəli AV-blokadası (elektrokardiostimulyator olmadan), - sinus düyününün zəifliyi sindromu, - sinoatrial blokada, - klinik nəzərə çarpan bradikardiya, - klinik nəzərə çarpan arterial hipotenziya, - ağır bronxial astma, - periferik arteriyaların okklyuziv xəstəliklərinin ağır formaları və Reyno sindromunun ağır forması, - müalicə olunmamış feoxromositoma (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın), - metabolik asidoz. Alotendin preparatı ilə əlaqəli - təsiredici maddələrə (bisoprolol, amlodipin), dihidropiridin törəmələrinə və/və ya preparatın tərkibində olan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq.
Hamiləlik Bisoprolol hamiləlik və/və ya döl/yenidoğulmuş körpəyə mənfi təsir göstərə bilən farmakoloji təsirlərə malikdir. Ümumiyyətlə, β -adrenoblokatorlar plasentar perfuziyanı azaldır ki, bu da böyümənin geriləməsi, uşaqlıqdaxili ölüm, spontan abort və vaxtından əvvəl do ğuşa səbəb olur. Döldə və yenidoğulmuşlarda əlavə təsirlər (məsələn, hipoqlikemiya və bradikardiya) müşahidə oluna bilər. β-blokatorlarla müalicə zəruri olduqda, selektiv β1-adrenoblokatorlara üstünlük verilir.
İnsanlarda hamiləlik zamanı amlodipinin təhlükəsizliyi müəyyən edilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda amlodipinin yüksək dozalarının istifadəsi zamanı reproduktiv toksiklik müşahidə edilmişdir. Hamiləlik dövründə ciddi göstəriş olmadıqda, Alotendin preparatının istifadəsi tövsiyə edi lmir. Alotendin ilə müalicə zəruri hesab edildikdə, uşaqlıq -plasentar qan dövranı və dölün böyüməsi diqqətlə izlənilməlidir.
Hamiləliyə və ya dölə mənfi təsiri olduğu halında, alternativ müalicə nəzərdən keçirilməlidir. Yenidoğulmuşlar diqqətlə izlənilməli dir. Hipoqlikemiya və brad ikardiya simptomları, adətən, ilk 3 gün ərzində gözlənilir. Laktasiya Amlodipin insan ana südü ilə xaric olu nur.
Ananın qəbul etdiyi dozanın təxminən 3 -7%-i (kvartillərarası interval, maksimum 15%) uşağın orqanizminə daxil olur. Bisoprololun insan ana südü ilə xaric edilməsi məlum deyil. Bu səbəbdən laktasiya zamanı Alotendin preparatının istifadəsi tövsiyə edilmir. Fertillik Kombinəolunmuş preparatın insan fertilliyinə təsiri barədə məlumat yoxdur.
Kalsium kanallarının blokatorları ilə müalicə olunan bəzi pasiyent lərdə spermatozoidlərin başlarında geridönən biokimyəvi dəyişikliklər müşahidə edilm işdir. Amlodipinin fertilliyə mümkün təsirini qiymətləndirmək üçün klinik məlumatlar kifayət deyil. Eksperimental məlumatlar göstərir ki, bisoprolol heyvanların məhsuldarlığına və reproduktiv qabi liyyətinə təsir göstərmir. Nəşr olunmu ş bir eksperimental tədqiqatda amlodipinin erkək siçovulların məhsuldarlığına təsiri təsvir edilmişdir.
Amlodipin nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə cüzi təsir göstərə bilər. Amlodipin qəbul edən pasiyentlərdə başgicəllənmə, baş ağrısı, yorğunluq və ya ürəkbulanma yarandıqda, onlarda reaksiya qabiliyyəti pozula bilər. Ürəyin işemik xəstəliyi olan pasiyentlərin iştirakı ilə aparılan tədqiqatda bisoprolol nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətini zəiflətməmişdir. Bununla belə, bu preparata fərdi reaksiyaların dəyişkənliyini nəzərə alaraq, nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyəti pozula bilər.
Bu təsir ən çox müalicənin başlanğıcında, müalicə dəyişdikdə və eyni zamanda alkoqolun istifadəsi zamanı qeyd olunur.
Alotendin preparatı tövsiyə olunan sabit birləşmələrdə olan dozalarda monokomponent preparatların eyni vaxtda istifadəsi zamanı yüksək qan təzyiqi və ya koronar arteriya patologiyası adekvat nəzarət oluna bilən pasiyentlərdə göstərilir. Dozalanma rejimi Tövsiyə olunan gündəlik doza müəyyən dozada bir tablet təşkil edir. Müalicəni qəfil dayandırmaq olmaz, çünki bu, klinik vəziyyətin müvəqqəti pisləşməsinə səbəb ola bilər. Xüsusilə ürəyin işemik xəstəliyi olan pasiyentlərdə müalicəni kəskin dayandırmaq olmaz.
Dozanın tədricən azaldılması tövsiyə olunur. Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlər Qaraciyər funksiyasının pozğunluğu halında amlodipinin xaricolması azala bilər. Amlodipinin dozası ilə bağlı dəqiq tövsiyələr yoxdur, bu səbəbdən bu cür pasiyentlərdə preparat ehtiyatla istifadə edilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Ağır qaraciyər çatışmazlığı halında, bisoprololun gündəlik dozası 10 mq-dan çox olmamalıdır.
Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər Yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur. Amlodipin hemodializlə xaric olunmur. Ağır böyrək çatışmazlığı halında (kreatinin klirensi 20 ml/dəq-dən az), bisoprololun gündəlik dozası 10 mq-dan çox olmamalıdır. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərə preparatın adi dozaları təyin oluna bilər, lakin dozalar ehtiyatla artırılmalıdır.
18 yaşdan kiçik uşaqlar və yeniyetmələr 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə Alotendin preparatının təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Bu cür məlumatlar mövcüd deyil. İstifadə qaydası Tabletlər daxilə qəbul olunur. Alotendin tabletlərini səhər, qida qəbulundan asılı olmayaraq, çeynəmədən qəbul etmək tövsiyə olunur.