Sevimlilərə əlavə edin
Paylaşın

Amlipin 5/5 Mq N30 Tablet

Məhsul Kodu : 111-00209
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
13,26 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Amlipin, örtüklü tabletlər

Amlipin tərkibi

Amlipin tərkibi, 1 tabletin tərkibində 5 mq amlodipin (amlodipin bezilat şəklində), 5 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır. Köməkçi maddələr: nişasta 1500, susuz kalsium hidrofosfat, laktoza monohidrat, hidroksipropilsellüloza, natrium nişasta qlikolyatı, maqnezium stearat. Örtük: Opadri II 85F250057 qırmızı (hissəvi hidroliz olunmuş polivinil spirti, makroqol, titan dioksid, talk, ponso 4R, günəş qürubu sarısı FCF, tartrazin, qara dəmir oksidi).

Amlipin, istifadəsinə göstərişlər

Böyüklərdə essensial arterial hipertenziyanın müalicəsi. Amlipin böyüklərdə arterial təzyiqin adekvat nəzarətini təmin edən dozalarda amlodipin və lizinoprilin eyni vaxtda qəbuluna alternativ olaraq göstəriş hesab olunur.

Əks göstərişlər

Lizinopril ilə əlaqəli: lizinoprilə və ya hər-hansı digər AÇF inhibitoruna qarşı hiperhəssaslıq; anamnezində AÇF inhibitorlarının qəbulu fonunda angionevrotik ödem; irsi və ya idiopatik angionevrotik ödem; şəkərli diabeti və ya böyrək çatışmazlığı olan pasiyentlərdə AÇF inhibitorlarının aliskiren tərkibli dərman preparatları ilə eyni vaxtda qəbulu. Amlodipin ilə əlaqəli: amlodipinə və ya digər dihidropiridin törəmələrinə qarşı hiperhəssaslıq; ağır arterial hipotenziya; şok (o cümlədən, kardiogen); sol mədəciyin çıxış traktının obstruksiyası (məsələn, ağır dərəcəli aortal stenoz); kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı. Amlipin ilə əlaqəli: ayrı-ayrı komponentlərin istifadəsilə əlaqəli bütün əks göstərişlər; köməkçi maddələrə qarşı hiperhəssaslıq; hamiləliyin planlaşdırılması, hamiləlik və laktasiya dövrləri; 18 yaşa qədər uşaqlar və yeniyetmələr.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı Amlipini istifadə etmək olmaz. Hamiləlik təsdiq olunarsa dərhal qəbul dayandırılmalı, lazım gələrsə alternativ müalicəyə başlanmalıdır. Laktasiya dövründə də istifadə tövsiyə olunmur. Lizinoprilin, amlodipinin və digər AÇF inhibitorlarının hamiləlik və südvermə dövründə istifadəsi ilə bağlı məlumatlar ehtiyatlı olmağı tələb edir. Amlodipin ana südü ilə ifraz olunur, lakin təsiri məlum deyil. Uşaqlarda təhlükəsizliyi və effektivliyi müəyyən olunmayıb.

Amlipin, istifadə qaydası

Amlipin tabletləri qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir. Tövsiyə edilən doza gündə 1 tablet, maksimal gündəlik doza da 1 tabletdir. Xəstənin ehtiyacına uyğun dozalar ayrı-ayrılıqda təyin olunmalı və lazım olduqda tərkib dəyişdirilməlidir. Böyrək və qaraciyər funksiyası pozulmuş, yaşlı və bədən çəkisi az olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Uşaqlarda istifadə olunmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00209

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce