Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

AMBROLITIN 15MG/5ML 100ML SRP

Məhsul Kodu : 111-25636
İstehsalçı ölkə: Bolqaristan
3,26 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

AMBROLİTİN, 15 mq/5 ml şərbət

AMBROLİTİN tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 15 mq ambroksol hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Tənəffüs yollarında qatı bəlğəmin əmələ gəlməsi ilə təzahür edən t ənəffüs sisteminin kəskin və xroniki xəstəliklər ində bəlğəmin xaric olması nı asanlaşdırmaq və öskür əyi yüngülləşdirmək məqsədilə istifadə edilir.

Əks göstərişlər

Şərbətin təsiredici maddəsin ə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı allergiya (yüksək həssazlıq).

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstənilən dərman preparatını qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Hamiləlik vaxtı bu dərman pr eparatının istifadəsinin təhlü kəsizliyi sübut edilməmişdir, o na görə hamiləlik vaxtı onun tətbiqi tövsiyə edilmir, xüsusilə birinci üç ay ərzində. Ambrolitin ana südünə keçir. Baxmayaraq ki, südəmər uşağa mənfi təsiri gözlənilmir, laktasiya dövründə dərman preparatının istifadəsi tövsiyə edilmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Ambrolitin preparatının nəqliyyat vasitələrini idarəetmə və maşınlarla işləmə qabiliyyətinə mənfi təsiri haqqında məlumat yoxdur.

AMBROLİTİN istifadə qaydası və dozası

Həmişə Ambrolitin preparatını həkiminizin təyinatına dəqiq şəkildə əməl etməklə qəbul edin. Nəyəsə əmin olmadıqda, həkiminizdən soruşun. Şərbət yemək vaxtı daxilə qəbul edilir. Adi doza: Böyüklər və 12 yaş dan böyük uşaqlar: birinci 2-3 gün – gündə 3 dəfə 10 ml, sonradan dozanı azaltmaq olar – gündə 2 dəfə 10 ml.

Uşaqlar - 6 yaşdan 12 yaşa qədər – gündə 2-3 dəfə 5 ml. - 2 yaşdan 6 yaşa qədər – gündə 3 dəfə 2,5 ml. - 2 yaşdan aşağı – gündə 2 dəfə 2,5 ml. Ambrolitin şərbəti 2 yaşdan aşağı olan uşaqlarda həkimlə və ya əczaçı ilə məsləhətləşdikdən sonra istifadə etmək olar.

Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə doza böyüklər üçün olan dozadan fərqlənmir. Qaraciyər və böyrək xəstəlikləri olan pasiyentlər Bu kateqoriyadan olan pasiyentlərdə böyüklər üçün tövsiyə olunan dozanın ½-i istifadə edilir. Həkimin məsləhəti olmadan dərman preparatını 5 gündən artıq istifadə etməyin. Ambrolitin preparatının qəbulunu unutduqda Bir dozanın qəbulunu buraxdıqda onu mümkün qədər tez qəbul edin.

Növbəti dozanı qəbul etmək üçün vaxt demək olar ki, çatdıqda, onu adi doza kimi qəbul edin. Buraxılan dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul etməyin. Dərman preparatının qəbulunu müalicə həkiminizin təyinatı üzrə davam etdirin. Bu dərman preparatının qəbulu ilə bağlı istənilən əlavə suallar meydana çıxdıqda, həkiminizə və ya əczaçıya müraciət etməyiniz xahiş olunur.

Prepared by  T-Soft E-Commerce.