Распроданный
Дайте мне знать, когда он прибудетTəsiredici maddə: 1 tabletin tərkibində 5 mq amplodipinə ekvivalent miqdarda amplodipin bezilat vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, susuz dikalsium fosfat, natrium nişastaqlikolyatı, maqnezium stearat.
İstifadəsinə göstərişlər:
• Arterial hipertoniya (həm monoterapiya şəklində, həm də başqa antihipertenziv vasitələrlə birgə); • Ürəyin işemik xəstəliyi: — xroniki stabil stenikardiyanın simptomatik müalicəsi (monoterapiya qismində olduğu kimi, eləcədə, antianginal vasitələrlə birlikdə). — stabil stenokardiya və angiospastik stenokardiya (Prinsmetal stenokardiyası) (həm monoterapiya şəklində, həm də digər antihipertenziv vasitələrlə birgə).
Əks göstərişlər:
Ağır arterial hipotenziya; — preparatın komponentlərinə qarşı yüksək həssaslıq; — dihidropiridinin digər törəmələrinə qarşı yüksək həssaslıq; — sol mədəcik traktının çıxışının obstruksiyası (ağır aortal stenoz daxil olmaqla); — şok, o cümlədən, kardiogen; — miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləliyin kateqoriyası C Hamiləlik zamanı və laktasiya dövründə amlodipinin istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir, buna görə də hamiləlik dövründə istifadəsi yalnız o halda mümkündür ki, ana üçün fayda döl və yenidoğulmuş üçün riskdən üstün olsun. Amlodipinin ana südü ilə xaric olması barədə məlumat yoxdur, buna görə də laktasiya dövründə preparatın qəbulunu və ya ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Arterial hipertenziya və stenokardiya zamanı preparatın orta başlanğıc dozası sutkada 1 dəfə 5 mq təşkil edir, pasiyentin fərdi reaksiyasından asılı olaraq, həmin dozanı 10 mq maksimal dozaya qədər artırmaq olar. Tabletləri sutkada 1 dəfə, kifayər qədər su ilə birlikdə daxilə qəbul etmək lazımdır. Tiazid diuretiklərlə, beta-adrenoblokatorlarla və ya AÇF inhibitorları ilə eyni zamanda istifadə edildikdə, amlodipinin dozalanma rejiminin dəyişdirilməsi tələb olunmur. Xüsusi pasiyent qrupları Qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Qaraciyər funksiyalarının yüngül və orta pozğunluqları qeyd olunan pasiyentlər üçün preparatın xüsusi dozaları müəyyən edilməmişdir və bu səbəbdən, həmin pasiyentlərin müalicəsini ehtiyat tədbirlərinə riayət edərək, ən aşağı dozadan başlamaq və gələcəkdə dozanı tədricən titrləmək lazımdır. Qaraciyər funksiyalarının ağır pozğunluqları zamanı amlodipinin farmakokinetikası öyrənilməmişdir. Qaraciyər funksiyalarının ağır pozğunluqları qeyd olunan pasiyentlərdə amlodipinlə müalicəni ən aşağı dozadan başlamaq və gələcəkdə dozanı tədricən titrləmək lazımdır. Böyrək funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlər Böyrək çatışmazlığı zamanı amlodipini adi dozalarda istifadə etmək tövsiyə olunur, lakin bu zaman, T1/2 göstəricisinin əhəmiyyətsiz yüksəlməsi ehtimalını nəzərə almaq vacibdir. Amlodipin dializ vasitəsi ilə xaric olunmur. Uşaqlar 6 yaşdan 17 yaşa qədər uşaqlarda tövsiyə olunan sutkalıq doza sutkada 1 dəfə 2,5-5 mq təşkil edir. Uşaqlarda daha yüksək dozaların istifadəsi ilə tədqiqatlar aparılmamışdır. Preparatın 2,5 mq dozalanmasını əldə etmək üçün, 5 mq dozalı tableti yarıya bölmək lazımdır. Preparatın 5,0 mq dozalanmasını əldə etmək üçün, 10 mq dozalı tableti yarıya bölmək lazımdır. Yaşı 6-dan aşağı olan uşaqlarda preparatın effektivliyi və təhlükəsizliyi tədqiq edilməmişdir. Yaşlı pasiyentlər üçün preparatı orta terapevtik dozalarda istifadə etmək tövsiyə olunur, dozaların dəyişdirilməsi tələb olunmur.