Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Amlovas 5 mq N30 tablet

Məhsul Kodu : 111-01768
İstehsalçı ölkə: Ruminiya
2,54 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

AMLOVAS, 5 mq, 10 mq tabletlər

Amlovas tərkibi

 Amlovas 5 mq tabletlər Təsiredici maddə:  1 tabletin tərkibində 6,94 mq amlodipin bezilata ekvivalent olan 5 mq amlodipin  vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza və susuz kolloidal silisium dioksid, mannitol, natrium  nişasta qlikolyatı, qliserol dibehenat, maqnezium stearat. Amlovas 10 mq tabletlər Təsiredici maddə:  1 tabletin tərkibində 13,88 mq amlodipin bezilata ekvivalent olan 10 mq  amlodipin vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza və susuz kolloidal silisium dioksid, mannitol, natrium  nişasta qlikolyatı, qliserol dibehenat, maqnezium stearat.

İstifadəsinə göstərişlər:

  arterial hipertenziya; - xroniki stabil stenokardiya; - vazospastik stenokardiya (variant stenokardiya və ya Prinzmetal stenokardiyası).

Əks göstərişlər:

  dihidropiridin törəmələrinə, amlodipinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq; - ağır  dərəcəli arterial hipotenziya; - şok (kardiogen şok da daxil olmaqla); - sol mədəciyin çıxacağının obstruksiyası (aorta dəliyinin ağır dərəcəli stenozu); - kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı (ilk 28 gün).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Hamiləlik dövründə amlodipinin istifadəsi ilə əlaqəli adekvat və yaxşı idarə olunan tədqiqatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlarda yüksək dozada reproduktiv toksiklik müşahidə olunmuşdur. Hamiləlik dövründə amlodipinin istifadəsi yalnız daha təhlükəsiz alternativ olmadıqda və xəstəliyin özü ana və döl üçün daha çox risk daşıdığı hallarda tövsiyə olunur. Laktasiya Amlodipinin ana südü ilə xaric olub-olmaması məlum deyildir. Ana südü ilə qidalandırılmanın davam etdirilməsi/dayandırılması haqqında qərar ana südü ilə qidalanmanın körpəyə olan faydaları və ana üçün müalicənin faydaları nəzərə alınmaqla qəbul edilməlidir. Fertillik Kalsium kanallarının blokatorları ilə müalicə olunan bəzi pasiyentlərdə spermatozoid başcığında geriyə dönən biokimyəvi dəyişikliklər olması haqqında məlumatlar vardır. Amlodipinin fertilliyə mümkün təsiri barədə klinik məlumatlar kifayət qədər deyildir. Siçanlar üzərində aparılan tədqiqatda kişi fertilliyinə əlavə təsirlər qeydə alınmışdır.

Amlovas istifadə qaydası, dozası

 Arterial hipertenziya və stenokardiya zamanı orta başlanğıc doza gündə 1 dəfə 5 mq təşkil edir, xəstənin fərdi reaksiyasından asılı olaraq gündəlik dozanı 10 mq olan maksimal dozaya qədər artırmaq olar. Tabletlər kifayət miqdarda su ilə, qida qəbulundan asılı olmayaraq daxilə qəbul olunur. Hipertenziyalı pasiyentlərdə amlodipin tiazid diuretiki, alfa-blokator, beta-blokator və ya AÇF inhibitoru ilə birlikdə istifadə edilmişdir. Stenokardiya zamanı amlodipin monoterapiya şəklində və ya nitratlar və/və ya beta-blokatorların adekvat dozaları ilə müalicəyə davamlı stenokardiya olan pasiyentlərdə digər antianginal preparatlarla birlikdə istifadə edilə bilər. Amlovas eyni zamanda tiazid diuretikləri, beta-adrenoblokatorlar və ya AÇF inhibitorları ilə təyin edildikdə dozalanma rejiminin dəyişilməsi tələb olunmur. Yaşlı pasiyentlərdə adi dozalanma rejimi məsləhət görülür, lakin preparatın dozasının artırılması ehtiyyatla aparılmalıdır. Qaraciyər çatışmazlığı Qaraciyər çatışmazlığının yüngül və orta ağır dərəcələri olan pasiyentlərdə dozalanma tövsiyələri təyin olunmamışdır; buna görə də, dozanın seçilməsi ehtiyyatla aparılmalı və dozalanmanın ən aşağı diapazon sərhədindən başlanmalıdır. Amlodipinin farmakokinetikası ağır qaraciyər çatışmazlığı zamanı öyrənilməmişdir. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərə amlodipin ən aşağı dozada verilməli və yavaş-yavaş titrlənməlidir. Böyrək çatışmazlığı Qan plazmasında amlodipinin konsentrasiyasının dəyişməsi böyrək çatışmazlığının ağırlıq dərəcəsi ilə əlaqədar deyildir, buna görə də, adi doza tövsiyə olunur. Amlodipin dializ yolu ilə xaric olmur. 6 yaşdan 17 yaşa qədər hipertenziyalı uşaqlar və yeniyetmələr 6 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələrdə hipertenziyanın müalicəsi üçün başlanğıc doza gündə 1 dəfə olmaqla 2.5 mq amlodipin təşkil edir, hansı ki, əgər gözlənilən anhipertenziv təsir 4 həftədən sonra əldə olunmazsa, doza gündə 1 dəfə olmaqla 5 mq-a qədər artırıla bilər. Gündəlik 5 mq-dan artıq olan dozalar uşaqlar və yeniyetmələrdə öyrənilməmişdir.

Prepared by  T-Soft E-Commerce.