Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Amprilan 10 mq N30 tablet

Məhsul Kodu : 111-04243
İstehsalçı ölkə: Sloveniya
7,68 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

AMPRİLAN, 1,25 mq, 2,5 mq, 5 mq vəya10 mq      

Amprilan tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 1,25 mq, 2,5 mq, 5 mq və ya 10 mq ramipril vardır. Köməkçi maddələr: natrium-hidrokarbonat, laktoza monohidrat, natrium kroskarmelloza,  jelatinləşdirilmiş nişasta, natrium stearilfumarat, 2,5 mq doza üçün - sarı  dəmir oksidi (E172), 5 mq doza üçün - qırmızı dəmir oksidi (E172), sarı dəmir oksidi (E172).

İstifadəsinə göstərişlər:

  Arterial hipertenziya - Ürək-damar profilaktikası: aşağıda göstərilən xəstəliklərdən əziyyət çəkən xəstələrdə ürək-damar xəstəlikləri və ölüm hallarının azalması: -  aterotrombotik ürək-damar xəstəlikləri (anamnezdə ürəyin işemik xəstəliyi, insult və ya periferik damar xəstəlikləri) və ya -  ürək-damar risk amillərinin ən azı biri ilə müşayiət olunan şəkərli diabet - Diabetik nefropatiya və xroniki diffuz böyrək xəstəlikləri (preklinik və klinik mərhələlər) fonunda nefropatiya, o cümlədən aşkar proteinuriya ilə xoriniki qlomerulonefrit; - Xroniki böyrək çatışmazlığı -  diabetik yumaqcıq nefropatiyasının başlanğıc mərhələsi zamanı (mikroalbuminuriyanın mövcudluğu ilə xarakterizə olunan) -  ürək-damar risk amillərinin biri ilə müşayiət olunan diabetik yumaqcıq nefropatiyası zamanı (makroproteinuriyanın mövcudluğu ilə xarakterizə olunan) -  qeyri-diabetik yumaqcıq nefropatiyası zamanı (≥ 3 q/gün makroproteinuriyanın mövcudluğu ilə xarakterizə olunan) - Xroniki ürək çatışmazlığı - Kəskin miokard infarktından (KMİ) sonra ikincili profilaktika: miokard infarktının kəskin mərhələsində ürək çatışmazlığının klinik əlamətləri olan xəstələrdə ölüm hallarının azalması (KMİ sonra >48 saat).

Əks göstərişlər:

  Ramiprilə, preparatın hər hansı digər inqrediyentinə və ya digər AÇF inhibitorlarına qarşı yüksək həssaslıq - Anamnezdə angionevrotik ödem - Qanın mənfi doldurulmuş səthlə kontaktına gətirib çıxaran ekstrakorporal müalicə - Böyrək arteriyalarının hemodinamik əhəmiyyətli ikitərəfli stenozu, tək böyrək arteriyasının stenozu - Hamiləliyin ikinci və üçüncü trimestrləri - Hipotenziyalı və ya qeyri-stabil hemodinamikalı xəstələr - Amprilanın aliskiren tərkibli preparatlarla eyni zamanda istifadəsi şəkərli diabet və ya orta/ağır dərəcəli böyrək çatışmazlığı (YFS < 60 ml/dəq/1,73 m2) olan xəstələr üçün əks göstərişlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik qəbul edən xəstələrdə, Amprilan® preparatının hamiləliyin birinci trimestri zamanı istifadəsi tövsiyə olunmur, hamiləliyin ikinci və üçüncü trimestrləri zamanı isə əks göstərişdir. Hamiləlik zamanı AÇF inhibitorları ilə müalicə dayandırılmalıdır və zəruri olduqda alternativ terapiya başladılmalıdır. Angiotenzinçevirici fermentin / angiotenzin II reseptorlarının antaqonistlərinin (AIIRA) ikinci və üçüncü trimestrlərdə inhibə edilməsi, məlum olduğu kimi, insanlarda fetotoksikliyə (böyrək funksiyasının pozulması, oliqohidramnion, kəllənin sümükləşməsinin ləngiməsi) və yenidoğulmuşlarda toksikliyə (böyrək çatışmazlığı, hipotoniya, hiperkaliemiya) səbəb olur. Anaları AÇF inhibitorları qəbul edən körpələrdə hipotoniya, oliquriya və hiperkaliemiya halları diqqətlə müşahidə edilməlidir. Xəstə Amprilan® preparatı qəbul etidiyi müddət ərzində hamilə qaldıqda, preparatın qəbulu mümkün qədər tez müddətdə dayandırılmalıdır və xəstə, istifadəsi zamanı körpə üçün daha az risk yaradacaq digər preparatlara keçirilməlidir. Laktasiya dövrü Laktasiya dövründə ramiprilin istifadəsinə dair kifayət qədər məlumatın olmaması səbəbindən Amprilan® qəbulu laktasiya dövründə tövsiyə olunmur. Laktasiya dövründə Amprilan® preparatı ilə müalizə zəruridirsə, ana südü ilə qidalandırma dayandırılmalıdır.

Amprilan istifadə qaydası, dozası

 Preparat daxilə qəbul edilir. Tableti çeynəmədən, xırdalamadan, hər gün eyni vaxtda kifayət qədər maye ilə birlikdə bütöv şəkildə udmaq tövsiyə olunur. Preparat qida qəbulundan asılı olmayaraq qəbul edilir.

Prepared by  T-Soft E-Commerce.