Sevimlilərə əlavə edin
Paylaşın

Arifon Retard 1, 5 Mq N30 Tablet

Məhsul Kodu : 111-05730
İstehsalçı ölkə : Fransa
1 Şərh Şərh
8,70 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

ARİFON  RETARD, uzun müddətli təsirə malik örtüklü tabletlər 

Arifon Retard tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 1,5 mq indapamid vardır. Köməkçi maddələr: susuz kolloidal silisium dioksid, hipromelloza, laktoza monohidrat,  maqnezium stearat, povidon. Örtük:   qliserin, hipromelloza, makroqol 6000, maqnezium stearat, titan dioksid.

İstifadəsinə göstərişlər:

 Yüksək qan təzyiqi (essensial hipertenziya).

Əks göstərişlər:

  İndapamidə, istənilən digər sulfonamidə və ya Arifon Retardın istənilən komponentinə qarşı allergiya (“Tərkibi” bölməsində sadalanan); ağır böyrək xəstəliyi; qaraciyərin ağır dərəcəli xəstəliyi və ya qaraciyər ensefalopatiyası (baş beyinin degenerativ xəstəliyi); qanda kaliumun səviyyəsinin həddindən artıq aşağı olması.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləsinizsə və ya südəmər uşağınız varsa, hamilə olduğunuzu düşünürsünüzsə, yaxud hamiləliyi planlaşdırırsınızsa, bu preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin.   Hamiləlik dövründə bu preparatın qəbulu tövsiyə edilmir. Hamiləlik planlaşdırılırsa, yaxud artıq təsdiq olunubsa, tez bir müddətdə alternativ müalicə növünün seçilməsi məsləhət görülür. Həmçinin, hamiləlik planlaşdırıldığı halda müalicə həkiminiz bundan xəbərdar olmalıdır. Dərmanın aktiv maddəsi ana südünə ifraz olunur. Körpə əmizdirən qadınlar bu preparatdan istifadə etməməlidir.

Arifon Retard istifadə qaydası, dozası

  Gündə 1 tablet daxilə qəbul edilir (səhərlər qəbul olunması daha məsləhətdir). Preparat qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər. Tabletlər bütöv halda udulmalı, üstündən bir stəkan su içilməlidir. Tabletləri xırdalamayın və çeynəməyin. Arterial hipertenziyaya qarşı dərmanların qəbulu adətən ömür böyu davam etdirilir. Arifon Retard preparatının qəbulunu unutduqda Preparatın bir dozasını qəbul etməyi unutmusunuzsa, növbəti dozanı həmişəki vaxtında qəbul edin. Unudulmuş dozanı kompensə etmək üçün ikiqat doza qəbul etməyin. Arifon Retard preparatının qəbulunu dayandırdıqda Adətən, hipotenziv müalicə ömür boyu davam etdiyi üçün Siz preparatın qəbulunu dayandırmazdan əvvəl öz həkiminizlə məsləhətləşməlisiniz.  Preparatın qəbulu ilə əlaqədar əlavə suallar yaranarsa, müalicə həkiminizə, yaxud əczaçınıza müraciət edin. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05730

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce