Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 75 mq asetilsalisil turşusu, 15,2 mq maqnezium
hidroksid vardır.
Preparatın istənilən komponentinə və digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP)
qarşı yüksək həssaslıq;
baş beyində qansızma;
qanaxmaya meyllik (K vitamini çatışmazlığı, trombositopeniya, hemorragik diatez);
salisilatların və QSİƏP-in qəbulu ilə induksiya olunana bronxial astma;
mədə-bağırsaq sisteminin eroziv-xoralı zədələnməsi (kəskinləşmə fazasında);
mədə-bağırsaq qanaxmaları;
ağır böyrək çatışmazlığı (kreatininin klirensi 10 ml/dəqiqədən az);
hamiləlik (I və III trimestri);
laktasiya dövrü;
qlükoza-6-fosfatdehidrogenaza defisiti;
metotreksatla eyni vaxtda istifadəsi (həftədə 15 mq-dan artıq);
18 yaşa qədər uşaqlar.
Hamiləlik
Hamiləliyin I trimestrində salisilatların yüksək dozada istifadəsi, dölün inkişafında qüsurların yüksək tezliyilə assosiasiya olunur. Hamiləliyin I trimestrində preparatın istifadəsi əks göstərişdir.
Hamiləliyin II trimestrində salisilatları, yalnız gözlənilən fayda və mümkün risk nisbəti ciddi
qiymətləndirildikdən sonra təyin etmək olar.
Hamiləliyin son trimestrində salisilatları yüksək dozası (300 mq/sutkada artıq) döğuş fəaliyyətinin tormozlanmasına, döldə arterial axının vaxtından əvvəl bağlanmasına, anada və döldə yüksək
qanaxmaya səbəb olur, doğuşdan bilavasitə əvvəl istifadəsi isə kəllədaxili qansızmaya, xüsusilə
yarımçıq doğulmuş uşaqlarda, gətirib çıxarır. Hamiləliyin III trimestrində preparatın istifadəsi əks
göstərişdir.
Laktasiya
Laktasiya dövründə preparatın istifadəsinin mümkün olub-olmamasına dair əldə olan klinik
məlumatlar kifayət qədər deyil. Laktasiya dövründə AST istifadəsindən əvvəl südəmər uşaqlar üçün preparatla terapiyanın potensial fayda və potensial risk nisbəti qiymətləndirilməlidir.
İstifadə qaydası
Preparat daxilə qəbul üçün nəzərdə tutulub.
Tabletlər bütöv şəkildə su ilə qəbul edilir. Ehtiyac olduqda, tableti yarıya bölmək, çeynəmək və ya
əvvəlcədən əzmək olar.
Dozalanma rejimi
Yüksək risk qrupu olan pasiyentlərdə tromboz və kəskin ürək çatışmazlığı kimi ürək-damar
xəstəliklərinin ilkin profilaktikası (məsələn, şəkərli diabet, hiperlipidemiya, arterial hipertenziya,
piylənmə, siqaretçəkmə, ahıl yaş dövrü)
İlk sutkalarda tərkibində 150 mq AST olan 1 tablet Asmada preparatı və ya tərkibində 75 mq AST
olan 2 tablet Asmada preparatı, daha sonra tərkibində 75 mq olan 1 Asmada preparatı sutkada 1 dəfə təyin edilir.
Miokardın təkrar infarktının və qan damarlarının trombozunun profilaktikası
Tərkibində 75-150 mq AST olan 1 tablet Asmada preparatı sutkada 1 dəfə təyin edilir.
Damarlarda cərrahi müdaxilədən sonra tromboemboliyanın profilaktikası (aortokoronar şuntlama,
dəridən translyuminal koronar angioplastika
Tərkibində 75-150 mq AST olan 1 Asmada preparatı sutkada 1 dəfə istifadə edilir.
Qeyri-stabil stenokardiya
Tərkibində 75-150 mq AST olan 1 Asmada preparatı sutkada 1 dəfə istifadə edilir.