Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

AZEM 60MG N30 TAB

Məhsul Kodu : 111-28723
İstehsalçı ölkə: Albaniya
4,30 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

AZEM, tabletlər

AZEM tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 60 mq diltiazem hidroxlorid var.

İstifadəsinə göstərişlər

• Stenokardiyanın müalicəsi və profilaktikası; • Yüngül və orta dərəcəli hipertenziyanın müalicəsi; Yaşlı pasiyentlərdə və ya böyrək və ya qaraciyər çatışmazlığı olan insanlarda dozanın azaldılması tələb oluna bilər.

Əks göstərişlər

• Diltiazem hidroxloridə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq; • “Sinus düyününün zəifliyi” sindromu; • II və III dərəcəli AV blokada (işlək kardiostimulyatoru olan pasiyentlər istisna olmaqla); • Ağır bradikardiya (ürək döyüntülərinin sayı dəqiqədə 50-dən az olduqda); • Ağciyər durğunluğu ilə sol mədəcik çatışmazlığı; • Kardiogen şok; • WPW və Lown-Ganoga-Levin sindromu zamanı səyirici aritmiya; • Arterial hipotenziya; • II B və III dərəcəli xroniki ürək çatışmazlığı; • Kəskin ürək çatışmazlığı. Kəskin miokard infarktı və ağciyər durğunluğu; • Hemodinamik əhəmiyyətli aortal stenoz; • Qaraciyər və böyrəklərin funksiyalarının pozulması; • Hamiləlik və laktasiya dövrləri, reproduktiv yaşda olan qadınlar; • Dantrolen infuziyası ilə eyni vaxtda istifadə; • Porfiriya.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya (ana südü ilə qidalanma) dövrlərində istifadəsi əks göstərişdir. Hamiləlik dövrü C kateqoriyası. Reproduksiya tədqiqatları siçanlar, siçovullar və dovşanlar üzərində aparılmışdır. Eksperimental tədqiqatlarda diltiazemin teratogen təsiri müəyyən edilmişdir.

Laktasiya dövrü Diltiazem ana südü ilə xaric olunur. Diltiazemdən istifadə zəruri olarsa, körpələrin qidalanması üçün alternativ üsul tətbiq edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Diltiazeminin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə bağlı heç bir araşdırma aparılmamışdır. Lakin nəzərə alınmalıdır ki, preparatın qəbulu zamanı bəzən asteniya, yorğunluq və başgicəllənmə kimi əlavə təsirlər müşahidə oluna bilər.

AZEM istifadə qaydası və dozası

Böyüklər Stenokardiya zamanı adi dozalanma: 30 mq gündə 3 dəfə. Lakin xəstənin reaksiyası fərqli ola bilər və ayrı - ayrı pasiyentlərdə dozalanma əhəmiyyətli dərəcədə dəyişə bilər. Lazım gələrsə, gündəlik doza 360 mq- a qədər artırıla bilər (ayrı -ayrı dozalara bölməklə). Arterial hipertenziyada başlanğıc doza gündə 2 dəfə olmaqla 60-dan 120 mq-a qədərdir, lazım gələrsə gündəlik doza maksimum 360 mq-a qədər artırılır.

Yaşlılar, qaraciyər və ya böyrək çatışmazlığı olan pasiyentlər Tövsiyə olunan başlanğıc doza 1 tabletdən (60 mq) gündə 2 dəfə. Bu qrup pasiyentlərin ürək döyünmələrinin sayı müntəzəm olaraq ölçülməlidir və əgər ürək döyünmələrinin sayı dəq -də 50 vurğudan az olarsa, doza artırılmamalıdır. Uşaqlar Uşaqlarda istifadəsi tövsiyə edilmir.

Prepared by  T-Soft E-Commerce.