Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Benipin 8 Mg N30 tablet

Məhsul Kodu : 111-22238
İstehsalçı ölkə: Türkiye
26,93 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BENİPİN, 4 mq; 8 mq örtüklü tabletlər.

Benipin tərkibi 

Təsiredici maddə:4 mq doza: 1 tabletin tərkibində 4 mq benidipin hidroxlorid vardır. 8 mq doza: 1 tabletin tərkibində 8 mq benidipin hidroxlorid vardır. Köməkçi maddələr: laktoza monohidrat, povidon K30, prejelatinləşdirilmiş nişasta, maqnezium stearat. Örtük: titan dioksid, laktoza monohidrat, HPMS 2910/hipromelloza 15 mPas, makroqol/PEG 4000, HPMS 2910/hipromelloza 3mPas, HPMC 2910/hipromelloza 50mPas, sarı dəmir oksidi.

İstifadəsinə göstərişlər:
 Preparatın təsiredici maddəsi benidipin hidroxlorid, qan təzyiqini aşağı salan preparatlara aiddir və aşağıdakı hallarda istifadə olunur:

− hipertenziya (yüksək təzyiq),

 − böyrək parenximatoz hipertenziyası (böyrək problemləri nəticəsində yaranan yüksək təzyiq),

 − stenokardiya (ürək qan damarlarının daralması / tıxanması nəticəsində yaranan sinə ağrısı).

Əks göstərişlər:

 − Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq

 − Kardiogen şok (ürəyin nasos funksiyasının azalması səbəbindən, toxumalara kifayət qədər qan axınının olmaması). Preparat kardiogen şokun əsas səbəblərini ağırlaşdıra bilər.

 − Hamiləlik.

 − Qalaktozaya qarşı dözümsüzlük, Lapp laktoza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlər.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:

 Aşağıdakı hallarda preparat ehtiyatla istifadə edilməlidir:

 − çox aşağı təzyiq,

 − ağır qaraciyər disfunksiyası,

 − yaşlı pasiyentlərdə. Kalsium kanallarının blokatorları ilə müalicə birdən dayandırıldıqda simptomlar daha da pisləşə bilər. Benipin ilə müalicənin müvəqqəti dayandırılması tələb olunduqda, doza tədricən azaldılmalı və pasiyent ciddi müşahidə altında olmalıdır. Həkimlə məsləhətləşmədən Benipin preparatı ilə müalicəni dayandırmayın. Qan təzyiqi çox aşağı olduqda, həkim preparatın dozasını azalda bilər və ya müalicəni dayandıra bilər. Davamlı ambulator peritoneal dializ zamanı, Benipin dializ məhlulunun görünüşünü dəyişə bilər, onu ağ və bulanıq edə bilər. Bu vəziyyətdə, peritonit və digər hallar arasında differensial diaqnoz qoymaq lazımdır. Benipin preparatının qida və içkilərlə birlikdə istifadəsi Qreypfrut şirəsi qaraciyərdə preparatın metabolizmini azaldır, bu səbəbdən qanda Benipinin konsentrasiyası artır və bu da öz növbəsində qan təzyiqinin həddən artıq azalmasına səbəb ola bilər. Köməkçi maddələr haqqında xüsusi məlumat Preparatının tərkibində laktoza vardır, bu səbəbdən hər hansı şəkərə qarşı dözümsüzlüyü olan pasiyentlərə, preparatı qəbul etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi:
 Hamiləlik Preparatı qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Preparat hamiləlik dövründə istifadə edilməməlidir. Laktasiya Preparatı qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Laktasiya dövründə preparat yalnız zəruri hesab edildikdə, istifadə edilə bilər. Ana südü ilə qidalanmanın uşağa faydasını və Benipin terapiyasının faydasını nəzərə alaraq ana südü ilə qidalandırmanın dayandırılması və ya preparatla müalicənin dayandırılması barədə qərarı həkim verəcək.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri:
 Preparatın antihipertenziv təsiri başgicəllənmə və s. kimi əlavə təsirlərinin yaranmasına səbəb ola bilər, nəqliyyat idarə etmə və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olduqda ehtiyatlı olmaq lazımdır.

Benipin istifadə qaydası, dozası


 Hipertenziya (yüksək təzyiq) və böyrək parenximal hipertenziyası (böyrək problemləri nəticəsində yaranan yüksək təzyiq): Böyüklərə adətən yarım və ya bir tablet Benipin, səhər yeməyindən sonra gündə bir dəfə təyin olunur. Bu doza kifayət deyilsə, həkim pasiyentin yaşı və simptomlarının ağırlığından asılı olaraq, dozanı gündə 2 tabletə (8 mq-a qədər) qədər artıra bilər. Ağır hipertenziya halında (yüksək təzyiq) gündə bir dəfə səhər yeməyindən sonra 1-2 tablet (4-8 mq-a qədər) Benipin təyin olunur. Stenokardiya (ürək qan damarlarının daralması/tıxanması nəticəsində yaranan sinə ağrısı): Böyüklərə adətən səhər yeməyi və axşam yeməyindən sonra gündə 2 dəfə 1 tablet (4 mq) Benipin təyin olunur. Həkim, pasiyentin yaşı və simptomlarının ağırlığına görə dozaya düzəliş edə bilər. Preparatın qəbulu − Benipin yalnız peroral istifadə üçündür. − Tablet hər gün bir az su ilə eyni vaxtda qəbul edilməlidir. Müxtəlif yaş qrupları Uşaqlar: uşaqlarda istifadəsi barədə məlumat yoxdur Yaşlılar: yaşlılarda dozanın tənzimlənməsi barədə məlumat yoxdur. Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək çatışmazlığı olan pasiyentlərdə preparatın istifadəsi haqqında məlumat yoxdur. Qaraciyər çatışmazlığı olan pasiyentlər Qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparat ehtiyatla və həkim nəzarəti altında istifadə olunmalıdır. Benipin preparatının təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, həkimə və ya əczaçıya bu barədə məlumat verin. Benipin preparatının istifadəsi unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Benipin ilə müalicə dayandırılarsa Preparatı qəbul etməyi dayandırdıqda, xəstəliyin əlamətləri daha da pisləşə bilər. Benipin ilə müalicənin müvəqqəti dayandırılması tələb olunduqda, preparatın dozası tədricən azaldılmalıdır və pasiyent həkimin ciddi nəzarəti altında olmalıdır. Həkiminizlə məsləhətləşmədən preparatın qəbulunu dayandırmaq olmaz. Bu dərmanın istifadəsi ilə bağlı hər hansı bir sualınız varsa, həkim və ya əczaçıyla əlaqə saxlayın.

Prepared by  T-Soft E-Commerce.