Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

BIOESCIN 1MG 5ML N10 AMP

Məhsul Kodu : 111-27710
İstehsalçı ölkə: Yunanistan
18,01 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

BİOESSİN, inyeksiya üçün məhlul

BİOESSİN tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,12 mq L-lizin, 0,88 mq essin vardır.

İstifadəsinə göstərişlər

- İstənilən lokalizasiyalı posttravmatik, intraoperasion və əməliyyatdan sonrakı ödem: baş beyin və onurğa beyninin ağır ödemi, o cümlədən, kəllədaxili qansızma, kəllədaxili təzyiqin yüksəlməsi və ödem-qabarma təzahürü ilə; - baş beyin qan dövranının xroniki pozuntusu və vegetativ damar distoniyası zamanı likvor-venoz pozuntu; - dayaq-hərəkət aparatı da daxil olmaqla yumşaq toxumaların qanla təchizatının lokal pozulması və ağrı sindromu ilə müşayiət edilən ödemi; - onurğanın, bədənin, ətrafların ödemli-ağrılı sindromu; - ödemli-iltihabi sindromla müşayiət edilən kəskin tromboflebit zamanı aşağı ətrafların venoz qan dövranının ağır pozuntusu.

Əks göstərişlər

- Böyrək funksiyasının ağır pozuntusu; - qaraciyər funksiyasının ağır pozuntusu; - qanaxma; - hamiləlik; - laktasiya dövrü; - 18 yaşa qədər uşaqlar; - preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi nəqliyyat və mexanizmləri idarə etmək qabiliyyətinə təsir edə bilər, lakin istifadəsi göstəriş olan zaman bu faktor, adətən, əhəmiyyət kəsb etmir.

BİOESSİN istifadə qaydası və dozası

Preparat v/d asta-asta (a/d yeridilməsinə yol verilmir) 5-10 ml sutkalıq dozada yeridilir. V/d damcı üsulu ilə yeridilməsi məsləhət görülür. Preparatın infuzion məhlulunu hazırlayan zaman onu 15-50 ml 0,9%-li natrium xlorid məhlulunda həll etmək lazımdır. Pasiyentin həyatına təhlükə olan hallarda (kəskin kəllə-beyin travması, baş və onurğa beyninin ödem - qabarma təzahürü ilə intraoperasion və əməliyyatdan sonrakı ödem, yumşaq toxumanın və dayaq-hərəkət aparatının iri miqyaslı travması nəticəsində böyük ölçülü ödem) sutkalıq doza 20 ml-ə qədər artırılır (sutkada 2 dəfə 10 ml).

Böyüklər üçün maksimal sutkalıq doza 25 ml-dir. Preparatın istifadə müddəti terapiyanın effektivliyindən asılı olaraq 2-8 həftə təşkil edir. Uşaqlarda birdəfəlik doza yaşdan asılıdır və aşağıdakı qayda ilə yeridilir: 3-5 yaş - bədən çəkisinə görə 0,22 mq; 5-10 yaş - bədən çəkisinə görə 0,18 mq; 10 yaş və yuxarı - bədən çəkisinə görə 0,12 mq yeridilir. Preparat sutkada 2 dəfə yeridilir.

Kursun müddəti pasiyentin vəziyyətindən və terapiyanın effektivliyindən asılı olaraq 2-8 gündür.

Prepared by  T-Soft E-Commerce.