Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 72,50 mkq (50 mkq Salmeterola ekvivalent) salmetorol ksinafoat, 100 mkq flutikazon propionat vardır.
BREQUALın komponentlərinin hər hansı birinə qarşı yüksək həssaslıq.
Ümumi tövsiyə
Hamiləlik kateqoriyası C-dir.
Doğuş potensialı olan qadınlar/Kontrasepsiya
Doğuş potensialı olan qadınlarda doğuşa təsiri haqqında kifayət qədər məlumat yoxdur.
Hamiləlik
Hamilə qadınlarda istifadəsinə dair kifayət qədər məlumat yoxdur.
Hamiləliyə və/və ya embrional/fetal inkişafa və/və ya doğuşa və/və ya doğuşdan sonrakı inkişafa təsirləri ilə bağlı heyvan tədqiqatları nəticəsizdir. İnsanlar üçün potensial risk bilinmir.
Hamilə qadınlardan alınan məlumatlar (1000 -dən çox hamiləlik) salmeterol və flutikazon propionatın malformasiyasını və ya fetus/yenidoğulmuşa toksiki təsir göstərmir. Heyvan tədqiqatlarıda, β2 adrenoreseptor aqonistləri və qlükokortikosteroidlərin tətbiqindən sonra reproduktiv toksiklik qeydə alınmışdır.
Dərman yalnız anaya gözlənilən fayda, fetus üçün potensial riskdən çox olduqda isifadə oluna bilər. Hamilə qadınlarda flutikazon propionatın astmaya nəzarəti təmin edən ən aşağı təsirli dozası istifadə olunmalıdır.
Laktasiya dövrü
Salmeterol ve flutikazon propionat və metabolitlərinin insan südünə keçməsi barədə məlumat yoxdur. Tədqiqatlar salmeterol ve flutikazon propionat ve metabolitlərinin siçanlarn südünə keçdiyini göstərir. Süd verən yenidoğulmuş və körpələrdə risk nəzərə alınmalıdır. Uşağın əmizdirilməsi ilə müalicənin anaya faydaları qiymətləndirilərək BREQUAL istifadəsinə və ya müalicənin kəsilməsinə qərar verilməlidir.
Fertillik
İnsanlarda istifadəsinə dair hər hansı məlumat yoxdur. Lakin heyvanlar üzərində aparılan tədqiqatlar salmeterol və flutikazonun fertilliyə təsiri olmadığını göstərir.
BREQUAL, yalnız inhalyasiya üçündür.
Pasiyentlərə simptomlar olmasa da, optimal effekt əldə etmək üçün preparatı mütəmadi olaraq istifadə edilməsi barədə məlumat verilməlidir.
Pasiyentlər mütəmadi olaraq həkim tərəfindən nəzərdən keçirilməlidirlər və onlarda BREQUAL preparatının təsirinin optimal qalması təsdiqlənməli və yalnız həkim tövsiyəsi ilə dəyişə bilər.
Alternativ olaraq, uzun müddətli təsir göstərən β2 aqonistlərinə ehtiyac olan xəstələrdə, həkimin təyinatına əsasən, xəstəliyə nəzarət etmək üçün kifayət qədər hesab edildikdə, BREQUAL gündə bir dəfə titr edilə bilər. Xəstədə gecə simptomları varsa və gündə bir dəfə dozalanırsa, doza gecə verilməlidir; Xəstədə ümumiyyətlə gündüz saatlarında yaranan simptomlar varsa, doza səhər verilməlidir.
Astma
Doza simptomlara effektiv nəzarətin saxlandığı ən aşağı dozaya qədər titrlənməlidir.
Simptomlara nəzarətin BREQUALın gündə iki dəfə təyin olunması ilə saxlanıldığı halda ən aşağı effektiv doza ilə bağlı titrləmədə BREQUAL gündə yalnız bir dəfə təyin oluna bilər. Xəstələrə tərkibində onların xəstəliklərinin ağırlığına uyğun miqdarda flutikazon propionatın olduğu BREQUAL dozası verilməlidir. Əgər xəstəyə yalnız inhalyasiya olunan kortikosteroid müalicəsi ilə natamam olaraq nəzarət olunarsa, BREQUAL preparatın tərkibində olan kortikosteroidin miqdarına ekvivalent doza ilə kortikosteroidin əvəz olunması astmaya nəzarətin yaxşılaşması ilə nəticələnə bilər. Əgər yalnız inhalyasiya olunan kortikosteroid müalicəsi qəbul edən pasiyentlərdə astmaya olan nəzarət normal şəkildədirsə, onda BREQUAL ilə əvəz olunma kortikosteroid dozasında azalmaya imkan verər.
Tövsiyə olunan doza:
12 yaşdan yuxarı yeniyetmələr və böyüklər:
Gündə 2 dəfə 1 inhalyasiya (50 mikroqram salmeterol və 100 mikroqram flutikazon propionat) və ya günde 2 dəfə 1 inhalyasiya (50 mikroqram salmeterol ve 250 mikroqram flutikazon propionat) və ya günde 2 dəfə 1 inhalyasiya (50 mikroqram salmeterol ve 500 mikroqram flutikazon propionat).
Tez-tez nəzarət olunmalı, orta dərəcəli davamlı astması olan yetkin və yeniyetmələrdə (xəstənin gündəlik simptomlarına, gündəlik vəziyyətdən çıxmaq üçün istifadə etdiyi dərmana və orta ya da kəskin tənəffüs yolunda məhdudlaşmalara görə müəyyən olunur) qısa müddətli BREQUAL tətbiqi ilkin müalicə kimi qəbul edilə bilər. Bu hallarda, tövsiyə olunan ilkin doza gündə iki dəfə iki inhalyasiya olmaqla 50 mikroqram salmeterol ve 100 mikroqram flutikazon propionatdır.
Astmaya nəzarət təmin olunduqda, müalicə təkrar gözdən keçirilməlo və xəstələrin, özbaşına inhalyasiyon kortikosteroid istifadə etməsi üçün dozanın azaldılması nəzərə alınmalıdır. Müalicə zamanı doza azaldılarkən xəstələr mütəmadi olaraq izlənilməlidir.
Bir və ya iki xəstəlik şiddeti kriteri eksik olduğunda, başlangıç tedavisi olarak tek başına inhale flutikazon propiyonat kullanımına kıyasla net bir yarar gösterilmemiştir. Genel olarak inhale kortikosteroidler hastaların büyük çoğunluğunda birinci basamak tedavi olmaya devam etmektedir. BREQUAL’in hafif astımın ilk tedavisinde kullanımı amaçlanmamaktadır.
BREQUAL 50 mikrogram /100 mikrogram dozları, şiddetli astımı olan çocuklarda ve
erişkinlerde kullanıma uygun değildir; şiddetli astım hastalarında herhangi bir sabit
kombinasyonun kullanılmasından önce uygun inhale kortikosteroid dozunun gösterilmesi önemlidir.
Bir və ya iki xəstəliyin şiddət kriteriyası olmadıqda ilkin terapiya olaraq inhalyasiyon flutikazon propionatın təkbaşına istifadəsi ilə müqayisədə heç bir konkret fayda göstərilməmişdir.
Ümumiyyətlə, xəstələrin böyük əksəriyyətində inhalyasiyon kortikosteroidlər birinci dərəcəli müalicə olmağa davam edir.
BREQUAL, yüngül gedişli astmanın ilkin müalicəsi üçün nəzərdə tutulmamışdır.
BREQUAL 50 mikroqram/100 mikroqram dozası ağır astması olan uşaqlarda və böyüklərdə istifadə üçün uyğun deyil; ağır astma xəstələrində bu kombinasiyadan istifadə etməzdən əvvəl inhalyasiyon kortikosteroidin uyğun dozasının göstərilməsi vacibdir.
AXOX (Ağciyərin Xroniki Obstruktiv Xəstəliyi)
Yetkinlərdə tövsiyə olunan doza gündə 2 dəfə 1 inhalyasiya 50/250 mikroqram -50/500 mikroqram salmeterol/flutikazon propionatdır.
İstifadə qaydası
BREQUAL, yalnız inhalyasiya üçündür.
Xəstələrə inhalyasiyadan düzgün istifadə qaydaları barədə məlumat verilməlidir. İnhalasiya zamanı, xəstə seçimidən asılı olaraq ayaqüstə və ya dik oturaq halda olmalıdır.
Xüsusi populyasiya
Böyrək çatışmazlığı
Böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Qaraciyər çatışmazlığı
Qaraciyər çatışmazlığı olan xəstələrdə BREQUAL istifadəsinə dair xüsusi məlumat yoxdur.
Pediatrik populyasiyada istifadəsi
4 -12 yaş arası uşaqlarda:
Gündə 2 dəfə 1 inhalyasiya (50 mikroqram salmeterol ve 100 mikroqram flutikazon propionat).
4 yaşından kiçik uşaqlarda BREQUALın istifadəsinə dair məlumat yoxdur.
Geriatrik populyasiyada istifadəsi
Yaşlılarda dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Dərman tullantılarının atılması və digər xüsusi tədbirlər
İstifadə edilməmiş dərman və ya tullantı qaydalara uyğun olaraq atılmalıdır.
BREQUAL ağciyərlərə inhalyasiya olunan toz xaric edir.
İnhalyatorun istifadəsi həkim və əczaçı tərəfindən xəstəyə göstərilməlidir.
Kapsulları ağız yolu ilə qəbul etmək və udmaq olmaz, yalnız inhaliyasiya yolu ilə inhalyator vasitəsilə istifadəsi barədə xəstə məlumatlandırılmalıdır. Jelatin kapsulun parçalanaraq inhalasiyadan sonra ağız ve boğaza kiçik jelatin hissəciklərinin dağılabilmə ehtimalı xəstəyə deyilməlidir. Kapsulu bir dəfədən çox deşməməklə bu ehtimal minimuma endirilir.
İnhalyatorun qoruyucu qapağı çıxarılaraq açılır və istifadəyə hazır vəziyyətə gətirilir. Ağızlıq ağıza yerləşdirilməli və dodaqlar ətrafını tutacaq şəkildə bağlanmalıdır . Daha sonra doza inhalyasiya oluna bilər və qoruyucu qapaq yenidən bağlanılmalıdır.
İnhalyatorun istifadəsinə dair təlimat
1. İnhalyatorun qapağını çəkib çıxarın.
2. İnhalyatorun aşağı hissəsini bir əlinizlə tutun və digər əlinizlə ağızlığı ox istiqamətinə
çevirərək açın.
3. İnhalyatorun içərisindəki boşluğa bir kapsul qoyun. İstifadədən dərhal əvvəl kapsulu
qablaşdırmadan çıxarın.
4. Ağızlığı çevirərək bağlayın.
5. İnhalyatoru dik tutun, kənarındakı düymələri yalnız bir dəfə basın və buraxın. Kapsul hər iki tərəfdən deşiləcək. Nəfəs alarkən ağzınıza kiçik miqdarda jelatin hissəcikləri daxil ola bilər. Jelatin hissəcikləri zərərsizdir və qəbul edildikdən sonra həzm edilir. Kiçik jelatin hissəciklərinin yaranmasının qarşısını almaq üçün , blister paketdən çıxarıldıqdan sonra kapsul dərhal istifadə edilməli və düymələrə yalnız bir dəfə basıldıqdan dərhal sonra istifadə olunmalıdır.
6. Güclü şəkildə nəfəsinizi verin.
7. Ağızlığı ağzınıza qoyun və başınızı bir qədər arxaya əyin. Dodaqlarınızı ağızlığın
ətrafında sıx bağlayın və bacardığınız qədər dərin nəfəs alın.
8. İnhalyatoru ağzınızdan çıxarın və narahat olmayana qədər mümkün qədər uzun müddət nəfəsinizi tutun. Sonra normal nəfəs alın. İnhalyatoru yenidən açın və kapsulun içərisində toz olub - olmadığını yoxlayın. Kapsulda toz qalarsa, 6, 7 və 8 –də göstərilənləri təkrarlayın.
9. Daha sonra ağzınızı su ilə yaxalayın və tüpürün.
10. İstifadədən sonra boş kapsulu atın və ağızlığı bağlayın.
Unutmayın!
İnhalyatoru quru saxlayın.
İstifadə edilmədikdə qapalı saxlayın.
İnhalyatorun içinə heç vaxt nəfəs verməyin.
Dərmanı qəbul etməyə hazır olduğunuz zaman inhalyatorun qolunu itələyin.
Təyin olunmuş dozadan artıq qəbul etməyin.