Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 kapsulun içərisində 200 mkq budesonid, 6 mkq formoterol fumarat dihidrat vardır.
Astma Banemol astmanın müntəzəm müalicəsi üçün istifadə edilir: − inhalyasion kortikosteroidlərlə müalicəyə adekvat cavab verməyən və ehtiyac olduqda qısamüddətli təsirə malik inhalyasion β2-adrenoreseptorların aqonistlərindən istifadə edən pasiyentlərdə və ya − inhalyasion kortikosteroidlərlə və uzunmüddətli təsirə malik β2-adrenoreseptorların aqonistləri ilə müalicəyə adekvat cavab verən pasiyentlərdə. Ağciyərin xroniki obstruktiv xəstəliyi (AXOX) Ağır AXOX olan pasiyentlərin simptomatik terapiyası və anamnezdə uzunmüddətli təsirə malik bronxolitiklərlə müntəzəm müalicəyə baxmayaraq, nəzərəçarpan simptomlar ilə təkrari kəskinləşmələr zamanı.
Preparatın tərkibindəki aktiv və köməkçi maddələrə qarşı yüksək həssaslıq.
Hamiləlik Hamilələrdə budesonid/formoterol kombinasiyada və ya budesonid və formoterol yanaşı istifadəsi haqda klinik məlumatlar yoxdur. Hamilələrdə budesonid/formoterol kombinasiyası ilə müalicə yalnız dərman vasitəsinin verə biləcəyi fayda və risklər nəzərə alınmaqla təyin edilə bilər. Laktasiya Budesonid ana südünə nüfuz edir. Buna baxmayarq, terapevtik dozalarda südəmər körpəyə təsiri müəyyən edilməyib.
Formoterolun ana südünə nüfuz edib-etməməsi barədə məlumat yoxdur. Süd verən analarda budesonid/formoterol kombinasiyası ilə müalicə yalnız dərman vasitəsinin verə biləcəyi fayda və risklər nəzərə alınmaqla təyin edilə bilər. Reproduktivlik Reproduktivliyə təsiri haqda məlumat yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edən pasiyentlər tərəfindən preparatın istifadə edilməsinə heç bir məhdudiyyət yoxdur.
Astma zamanı Banemolu 12-17 yaşında pasiyentlərdə ancaq həkim məsləhəti ilə istifadə etmək olar. Astma Banemol böyüklərdə inhalyasion kortikosterodlərə və ehtiyac olduqda qəbul edilən qısamüddətli təsirə malik β2-adrenoreseptorların aqonistlərinə adekvat cavab verməyən yüngül astma zamanı istifadə edilmir. Banemolun dozalanması fərdi olub, xəstəliyin ağırlığından asılıdır. Banemol ilə müalicəyə yanaşma 2 tipdir.
Dəstəkləyici müalicə: mütəmadı dəstəkləyici kimi Banemol və yanaşı sürətli təsir göstərən bronxodilatator (nəfəsalmanı yüngülləşdirən inhalyator) istifadə olunur. Dəstəkləyici və nəfəsalmanı yüngülləşdirici müalicə: Banemol dəstəkləyici kimi mütəmadi və həmçinin ehtiyac olduqda simptomları aradan qaldırmaq üçün (nəfəsalmanı yüngülləşdirən inhalyator kimi) istifadə olunur. Banemol ilə dəstəkləyici müalicə Pasiyentlərə sürətli təsir göstərən digər inhalyatorlarını daima üzərlərində saxlamaları məsləhət görülməlidir. Məsləhət görülən dozalar Böyüklər (18 yaş və yuxarı): 1 -2 inhalyasiya gündə 2 dəfə.
Bəzi pasiyentl ərdə dozanı maksimum 4 inhalyasiya olmaqla gündə 2 dəfəyə qədər artırmaq tələb oluna bilər. Sürətli təsir göstərən əlavə bronxodilatatorun istifadəsinin artması pasiyentin vəziyyətinin pisləşməsini göstərir və bu halda astmanın müalicəsini yenidən nəzərədən keçirmək tələb olunur. Banemol ilə dəstəkləyici və nəfəsalmanı yüngülləşdirici müalicə: Banemol dəstəkləyici kimi mütəmadi və həmçinin ehtiyac olduqda simptomları aradan qaldırmaq üçün (nəfəsalmanı yüngülləşdirən inhalyator kimi) istifadə olunur. Pasiyentlərə Banemolu daima üzərlərində gəzdirmələri məsləhət görülməlidir.
Banemol ilə dəstəkləyici və yüngülləşdirici müalicə əsasən aşağıdakı hallarda təyin olunur: − astmanın müalicəyə qeyri -adekvat cavabı və nəfəsalmanı yüngülləşdirən inhalyatora tez -tez ehtiyac olduqda − anamnezdə tibbi müdaxilə tələb edən astmanın kəskinləşməsi halları Banemoldan çox istifadə edən pasiyentlərdə dozadan asılı əlavə təsirlərin dəqiq monitorinqi aparılmalıdır. Məsləhət görülən dozalar: Böyüklər (18 yaş və yuxarı): Məsləhət görülən dəstəkləyici doza gündə 2 inhalyasiya təşkil edir, o cümlədən səhər 1 inhalyasiya və axşam 1 inhalyasiya və ya səhər ya da axşam 2 inhalyasiya qəbul etmək olar. Bəzi pasiyentlərdə gündə iki dəfə 2 inhalyasiya istifadə etmək tələb oluna bilər. Pasiyentlər ehtiyac olarsa simptomu aradan qaldırmaq üçün əlavə 1 inhalyasiya istifadə edə bilər.
Əgər simptomlar bir neçə dəqiqə ərzində aradan qalxmasa o zaman təkrar bir inhalyasiya etmək olar. Hər hansı ayrıca halda 6 inhalyasiyadan çox istifadə etmək olmaz. Ümumi olaraq gündə 8 inhalyasiyadan çox qəbul etməyə ehtiyac olmur. Buna baxmayaraq məhdud müddətdə gündə 12 inhaliyasiyaya qədər qəbul etmək olar.
Əgər pasiyent gündə 8 inhalyasiyadan çox qəbul edirsə, bu zaman həkimlə məsləhətləşməlidir. Bu halda həkimin təkrari müayinəsi və dəstəkləyici dozanın təkrarən müəyyən edilməsi tələb olunur. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) Məsləhət görülən dozalar Böyüklər (18 yaş və yuxarı): gündə 2 dəfə 2 inhalyasiya Yaşlı pasiyentlərdə (65 yaşdan yuxarı) Yaşlı pasiyentlər üçün dozalanmada xüsusi tələb yoxdur. Qaraciyər və böyrək xəstəlikəri olan pasiyentlərdə Budesonid və formoterol qatışığının qaraciyər və ya böyrək xəstəlikləri olan pasiyentlərdə istifadəsi üçün ayrıca müəyyən edilmiş dozalar yoxdur.
Pediatrik pasiyentlər AXOX zamanı Banemolun 17 yaşından kiçik yeniyetmələrdə və uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi haqda məlumat yoxdur. Preparatın 12 yaşından kiçik uşaqlarda istifadəsi məsləhət görülmür. İstifadə qaydası İstifadəsi üzrə təlimat: 1 – Başlığı (qapağı) çıxarın. 2 İnhalyatorun aşağı hissəsini bərk tut araq yuxarı (ağızlıq) hissəsini saat əqrəbinin əks istiqamətində fırladıb açın.
3 Flakondan bir kapsul çıxarıb inhalyatorun içinə (kapsul üçün hissəsinə) qoyun. Kapsulun flakondan çıxarılıb dərhal inhalyatora yerləşdirilməsi vacibdir. 4 5 İnhalyatorun yuxarı (ağızlıq) hissəsini fırladıb bağlayın. 6 İnhalyatoru vertikal vəziyy ətdə saxlayaraq hər iki düyməni tam axıra kimi bir dəfə basın (bu kapsulu dəlmək üçündür).
Düymələri buraxın. 7 Mümkün qədər çox nəfəs verin. 8 İnhalyatorun yuxarı (ağızl ıq) hissəsini ağzınıza salın, başınızı bir qədər arxaya əyin (təxminən 45°) və dodaqlarınızla inhalyatorun ağızlıq hissəsini tutun. Tez və mümkün qədər dərindən nəfəs alın.
Siz vibrasiya eşidəcəksiniz, bu, kapsulun fırlanması səsidir. Qeyd: Əgər kapsulun fırlanması səsi eşidilmirsə, ola bilsin ki, kapsul ilişib; bu halda inhalyatoru yenidən fırladıb açın, kapsulu çıxarıb proseduru yenidən təkrar edin. Düymələri təkrar -təkrar basmamağa çalışın, çunki kapsul yerindən boşala bilər. 9 İstifadə etdikdən sonra inhalyatoru açın, boş kapsulu çıxarıb tullayın.
İnhalyatoru bağlayın. Qeyd: Bu dərman vasitəsini istifadə etdikdən sonra dərhal ağzınızı su ilə yaxalayın və/və ya dişlərinizi yuyun. Təmizlənməsi Həftədə 1 dəfə quru parça ilə inhalyatorun başlığının çöl tərəfini silin. İnhalyatoru heç zaman yumayın, çünki onun tərkib hissələri nəmişliyə qarşı çox həssasdır.