Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq montelukasta ekvivalent olan 5,2 mq montelukast natrium vardır.
Preparatın hər hansı tərkib hissəsinə qarşı yüksək həssaslığı olan şəxslər üçün əks-göstərişdir.
Ümumi tövsiyə
Hamiləlik kateqoriyası: B.
Uşaq doğma potensialı olan qadınlar/Kontrasepsiya
Uşaq doğma potensialı olan qadınlarda preparatın reproduktivlik qabiliyyətinə təsiri baxımından yetərli məlumatlar yoxdur.
Hamiləlik: heyvanlar üzərində aparılmış tədqiqatlar preparatın hamiləliyə/embrionun/dölün inkişafına hər hansı zərərli təsirini nümayiş etdirməmişdir.
Hamiləliyə dair mövcud məlumat bazalarının məhdud məlumatları preparatın istifadə edildiyi müddət ərzində barəsində nadir hallarda məlumat verilmiş inkişaf qüsurları (məsələn, ətrafların qüsurları) ilə montelukast arasında səbəb-nəticə əlaqəsini nümayiş etdirməmişdir. Hamiləlik dövründə BROMONT yalnız mütləq zərurət olduğu halda istifadə edilə bilər.
Laktasiya: siçovullar üzərində aparılmış tədqiqatlar montelukastın südlə ifraz olunduğunu göstərmişdir. İnsanlarda montelukastın ana südü ilə ifraz olunub-olunmadığı məlum deyil. Laktasiya dövründə BROMONT yalnız mütləq zərurət olduğu halda istifadə edilə bilər.
Fertillik: dişi siçovullar üzərində aparılmış fertillik tədqiqatlarında, montelukastın 200 mq/kq peroral dozasının (hesablanmış təsir gücü böyüklərdə tövsiyə edilən maksimal gündəlik peroral dozanın AUC göstəricisindən təxminən 70 dəfə yüksək olmuşdur) verilməsi zamanı fertillik və nəsilvermə göstəricilərində azalma müşahidə edilmişdir. Montelukastın 100 mq/kq peroral dozasının (hesablanmış təsir gücü böyüklərdə tövsiyə edilən maksimal gündəlik peroral dozanın AUC göstəricisindən təxminən 20 dəfə yüksək olmuşdur) verilməsi zamanı dişilərdə fertillik və nəsilvermə göstəricilərinə heç bir təsir müşahidə edilməmişdir. Montelukastın 800 mq/kq-dək peroral dozasının
(hesablanmış təsir gücü böyüklərdə tövsiyə edilən maksimal gündəlik peroral dozanın AUC göstəricisindən təxminən 160 dəfə yüksək olmuşdur) verilməsi zamanı erkək fərdlərdə fertillik və nəsilvermə göstəricilərinə heç bir təsir müşahidə edilməmişdir.
Montelukastın insanlarda fertilliyə təsiri ilə bağlı yetərli məlumatlar mövcud deyildir.
6-14 yaşlı uşaqlarda doza gündə bir dəfə 5 mq-dır.
6-14 yaşlı uşaqlarda davamlı astma BROMONT gündə bir dəfə axşamlar qəbul edilməlidir.
Allergik rinit
6-14 yaşlı pediatrik xəstələrdə mövsümi allergik rinit və ilboyu allergik rinit
Allergik rinitlər zamanı BROMONT gündə bir dəfə qəbul edilməlidir. Preparatın qəbul edilmə vaxtı xəstənin tələbatlarına uyğun olaraq fərdi qaydada təyin edilə bilər.
6-14 yaşlı pediatrik xəstələrdə astma və allergik rinit
Həm astması, həm də allergik riniti olan xəstələr gündə yalnız bir dəfə 5 mq-lıq tableti axşamlar qəbul etməlidirlər. BROMONT preparatının astmanın əlamətlərinə terapevtik təsiri bir gün ərzində başlayır. BROMONT yeməkdən əvvəl və ya sonra qəbul edilə bilər. Xəstələrə tövsiyə edilməlidir ki, astma nəzarət altına alındıqdan sonra da, astmanın əlamətləri şiddətləndikdə BROMONT qəbul etsinlər.
Xüsusi əhali qrupları üçün əlavə məlumat:
Böyrək çatışmazlığı: böyrək çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur.
Qaraciyər çatışmazlığı: yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsi tələb olunmur. Ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə bu preparatın istifadəsi barədə məlumatlar mövcud deyildir.
Pediatrik populyasiya: 6-14 yaş arası astmalı pediatrik xəstələrdə montelukastın təhlükəsizliyi və effektivliyi yetərli və yaxşı nəzarət olunan tədqiqatlarda nümayiş etdirilmişdir. Bu yaş qrupunda preparatın effektivlik və təhlükəsizlik profili böyüklərdəki ilə bənzərdir.
Yaşlılar: montelukastla aparılan klinik tədqiqatlara cəlb edilmiş şəxslərin 3,5%-ni 65 yaş və daha böyük olan xəstələr və 0,4%-ni 75 yaş və daha böyük olan xəstələr təşkil etmişdir. Bu cür xəstələrlə daha gənc xəstələr arasında təhlükəsizlik və effektivlik baxımından heç bir ümumi fərq müşahidə olunmamışdır və digər təcrübələrdə yaşlı və gənc xəstələrin cavab reaksiyalarındakı fərq barədə heç bir məlumat verilməmişdir. Buna baxmayaraq, bəzi yaşlı xəstələrdə həssaslığın yüksəlməsi istisna
edilə bilməz.
BROMONT ilə müalicə astmaəleyhinə digər müalicələrlə birlikdə: İnhalyasion kortikosteroidlər:
İnhalyasion kortikosteroidlərlə və/və ya β-aqonistlərlə yetərli klinik nəzarətin təmin edilə bilmədiyi xəstələrdə, zərurət olduqda, BROMONT əlavə müalicə qismində istifadə edilə bilər. Zərurət olduqda, inhalyasion kortikosteroidlərin dozası tədricən azaldılaraq dayandırıla bilər. Lakin heç bir halda, steroidlərin qəbulu birdən-birə dayandırılaraq BROMONT ilə müalicəyə başlanmamalıdır.