Sevimlilərə əlavə edin
Paylaşın

Airovent 10 Mq N28 Tablet

Məhsul Kodu : 111-28007
İstehsalçı ölkə : Portuqaliya
0 Şərh Şərh
13,80 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Ayrovent, 10 mq örtüklü tabletlər

Ayrovent tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq montelukasta ekvivalent olan 10,39 mq  
natrium montelukast vardır.

Əks göstərişlər 

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Eksperimental tədqiqatlar dərman maddəsinin hamiləliyə, embrionun/dölün inkişafına hər hansı mənfi təsirinin olmadığını göstərir. 
Hamiləlik zamanı dərman maddəsinin tətbiq olunduğu klinik tədqiqatlardan onun malformasiyaya (məsələn ətrafların defekti) səbəb olduğu qeyd edilməmişdir.  
Montelukast hamiləlik dövründə yalnız istifadəsi zəruri olduqda təyin edilə bilər. 
Eksperimental tədqiqatlara görə montelukast süd vəziləri ilə ifraz olunur. Montelukastın insan südü ilə ifraz olunub-olunmaması ilə bağlı klinik tədqiqat aparılmayıb. Montelukast laktasiya dövründə yalnız istifadəsi zəruri olduqda təyin edilə bilər.

İstifadə qaydası və dozası 

Astmadan və mövsümi allergik rinitdən əziyyət çəkən 15 yaşdan yuxarı yeniyetmələr və böyüklər gündəlik doza olaraq hər axşam bir Airovent 10 mq örtüklü tablet qəbul etməlidirlər.  
Ümumi məsləhətlər. Airovent 10 mq astma tutmalarına nəzarəti təmin edən parametrlər üzrə müalicəvi təsiri bir gün ərzində baş verir. Montelukast yemək zamanı və ya acqarına qəbul edilə bilər. Pasiyentlər montelukastı astmanın şiddətləndiyi dövrlərdə qəbul etməklə yanaşı, eləcə də astmaya nəzarətin təmin olunduğu zaman qəbul etməlidirlər. Airovent 10 mq örtüklü tabletlər tərkibində aktiv inqrediyenti montlukast olan preparatlarla birlikdə istifadə edilməməlidir. 
Yaşlılarda böyrək çatışmazlığından, eləcə də yüngül yaxud orta dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə doza tənzimlənməsinin aparılması vacib deyil. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə preparatın istifadəsi ilə əlaqəli məlumatlar yoxdur. Kişi və qadın pasiyentlər üçün dozalar eynidir. 
Digər astmaəleyhinə müalicə maddələri ilə yanaşı istifadəsi 
Airovent 10 mq örtüklü tabletlər pasiyent üçün təyin edilmiş astmaəleyhinə kortikosteroid inhalyasiyaları ilə aparılan müalicədə və qısa müddətli təsirə malik B-aqonistlərin pasiyentlərə klinik nəzarəti təmin edə bilmədiyi zamanı əlavə maddə kimi istifadə edilə bilər. Montelukastla aparılan müalicə kortikosteroid inhalyasiyası ilə əvəz edilərkən, prepartın qəbulu tədricən dayandırılmalıdır. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28007

Oxşar Məhsullar

Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Atrovent 0, 25 Mq 20 ml Məhlul
6,73 AZN -%0
6,73AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
Brequal 50 Mkq/500 Mkq N60 Kapsul
56,65 AZN -%0
56,65AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce