Sevimlilərə əlavə edin
Paylaşın

Bromgeksin 8 Mg N50 Tablet

Məhsul Kodu : 111-21770
İstehsalçı ölkə : Belarus
0 Şərh Şərh
1,32 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

BROMHEKSİN, 8 mq tabletlər

BROMHEKSİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 8 mq bromheksin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Bəlğəmin əmələ gəlməsi və nəqlolunması pozğunluqları ilə müşayiət olunan kəskin və xroniki bronx-ağciyər xəstəliklərinin sekretolitik müalicəsi.

Əks göstərişlər

Bromheksinə və/və ya dərman preparatının tərkibində olan hər hansı köməkçi komponentə, o cümlədən, laktozaya və saxarozaya qarşı yüksək həssaslıq, mədə və 12-barmaq bağırsaq xora xəstəliyinin kəskinləşmə mərhələsi, hamiləlik dövrü (I trimestr), laktasiya dövrü, uşaqlar (3 yaşa qədər).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bromheksin plasentar baryerdən keçmə qabiliyyətinə malikdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın fertilliyə, hamiləliyin gedişinə, dölün/embrionun inkişafına birbaşa və ya dolayı neqativ təsiri müəyyən edilməmişdir. Lakin, hamilə qadınlarda bromheksinin istifadə təcrübəsinin məhdud olduğunu nəzərə alaraq, dərman preparatını hamiləliyin birinci trimestri müddətində istifadə etmək tövsiyə edilmir; hamiləliyin ikinci-üçüncü trimestrlərində preparatın istifadəsi, fayda və ehtimal edilən riskləri hərtərəfli qiymətləndirdikdən sonra mümkündür. Bromheksinin ana südü ilə xaricolmasını nəzərə alaraq, laktasiya dövründə preparatın istifadəsi tövsiyə olunmur.

Bromheksinin fertilliyə təsirinin öyrənilməsi istiqamətində heç bir tədqiqat aparılmayıb. Mövcud preklinik tədqiqatlar, bromheksindən istifadə etdikdə, doğum faizinin dəyişməməsini göstərir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bromheksinin, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə neqativ təsiri barədə heç bir məlumat yoxdur.

BROMHEKSİN istifadə qaydası və dozası

Tabletləri daxilə, yeməkdən sonra, çox miqdar maye ilə birlikdə qəbul etmək lazımdır. Bromheksin preparatının növbəti dozasının qəbulu ötürüldüyü halda, onu mümkün qədər tez, lakin, növbəti dozanın qəbuluna 2 saat qalmışdan gec olmamaqla, qəbul etmək lazımdır. Daha sonra, Bromheksin preparatının növbəti dozasını təyin olunan cədvələ uyğun, preparatın adətən qəbul edilən vaxtını və dozasını dəyişməyərək, qəbul etmək lazımdır. Böyüklərə və 14 yaşdan yuxarı yeniyetmələrə sutkada 3 dəfə 1-2 tablet (8-16 mq) təyin olunur.

6 yaşdan 14 yaşa qədər uşaqlara və yeniyetmələrə və həmçinin, bədən kütləsi 50 kq-dan aşağı olan şəxslərə preparat, sutkada 3 dəfə 1 tablet (8 mq) təyin olunur. 6 yaşa qədər uşaqlar üçün, preparatın daha aşağı dozalı dərman formalarını istifadə etmək lazımdır. 6 yaşa qədər uşaqlara bromheksini, yalnız həkim məsləhətindən sonra və daha aşağı dozalı dərman formaları şəklində istifadə etmək olar. Preparatın terapevtik təsiri, müalicənin 4-6-cı günlərində meydana çıxa bilər.

Müalicə kursu 4 gündən 28 günə qədərdir (göstərişlərdən və xəstəliyin gedişindən asılı olaraq, fərdi müəyyən olunur). Həkim təyinatı olmadıqda, dərman preparatını 4-5 gündən artıq olmamaqla, istifadə etmək olar. Bromheksin preparatı ilə 6 gün ərzində aparılan müalicə müddətində pasiyentin vəziyyəti yaxşılaşmadığı halda, həkimə müraciət etmək lazımdır. Böyrək çatışmazlığından və ya qaraciyər finksiyalarının pozğunluğundan əziyyət çəkən pasiyentlərə preparatı aşağı dozalarda təyin etmək və ya preparatın qəbulu arasında vaxt intervalını uzatmaq lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-21770

Oxşar Məhsullar

Acc 200MG N20 Efv Tb
7,61 AZN -%0
7,61AZN
Alteks 25MG 125 ml Srp
1,60 AZN -%0
1,60AZN
Ambroksol 15 Mq 5 ml Sirop
2,90 AZN -%0
2,90AZN
Ambroksol 30 Mq N20 Tablet
1,44 AZN -%0
1,44AZN
Ansimar 20 Mg 200 ml Sirop
10,50 AZN -%0
10,50AZN
Asetilo 600 Mg N20 Efv Tab
8,09 AZN -%0
8,09AZN
Asmartin 125 ml Sirop
8,78 AZN -%0
8,78AZN
Ass 200 N20 Paket
7,90 AZN -%0
7,90AZN
Ass Long 600 Mq N10 Fışıldayan Tb
6,65 AZN -%0
6,65AZN
Astel Sirop, 150 ml
30,40 AZN -%0
30,40AZN
Biyan 40 Mq 100 ml Sirop
1,10 AZN -%0
1,10AZN
Broksol 15 Mq 150 ml Sirop
5,59 AZN -%0
5,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce