Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda bakteriyaların 7 mq və ya 3,5 mq liofilizəolunmuş lizatı vardır. Köməkçi maddələr: susuz propilqallat, susuz natrium qlutamat, mannitol, maqnezium stearat, jelatinləşdirilmiş nişasta. Jelatin kapsulların tərkibi: indiqotin (E132), titan dioksid (E171), jelatin.
İstifadəsinə göstərişlər:
Tənəffüs yollarının bütün infeksion xəstəliklərində əlavə müalicə kimi. Profilaktika məqsədilə yuxarı və aşağı tənəffüs yollarının residivləşən infeksiyalarında (xroniki bronxit, tonzillit, faringit, laringit, rinit, sinusit, otit) təyin olunur.
Əks göstərişlər:
− Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. − Hamiləlik − Laktasiya dövrü
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə dərman vasitəsi istifadə etməməlidir.
Səhər ac qarınadaxilə qəbul edilir. 12 yaşdan böyük uşaqlar və böyüklərdə Tənəffüs traktının infeksiyalarının profilaktik müalicə kursu 1 bərk kapsul (7 mq böyüklər üçün) hər gün acqarına, ayda 10 ardıcıl gün ərzində davamlı olaraq 3 ay müddətində qəbul edilir. İmkan olduqda hər ayın eyni günü müalicəyə başlamaq və 20-günlük interval saxlamaq lazımdır. Tənəffüs yollarının infeksion xəstəliklərinin kəskin dövründə Bronxo-Munal gündə 1 kapsul 10-30 ardıcıl gün müddətində qəbul edilir. Sonrakı 2 ay ərzində 10 ardıcıl gün 1 kapsul qəbul etmək olar, kurslar arası 20-günlük interval saxlamaq şərti ilə. Antibiotikoterapiyaya göstəriş olduqda, Bronxo-Munal antibiotik ilə birgə qəbul olunur. 6 aydan 12 yaşa qədər uşaqlarda Tənəffüs yollarının infeksiyalarının profilaktik müalicə kursu üçün: Ayda 10 ardıcıl gün ərzində gündə bir dəfə ac qarına bir bərk kapsul/saşe (3,5 mq uşaqlar üçün) davamlı olaraq 3 ay müddətində. İmkan olduqda hər ayın eyni günü müalicəyə başlamaq və 20- günlük interval saxlamaq lazımdır. Tənəffüs yollarının infeksion xəstəliklərinin kəskin dövründə Bronxo-Munal P gündə 1 kapsul 10-30 ardıcıl gün müddətində qəbul edirlər. Sonrakı 2 ay ərzində 10 ardıcıl gün 1 kapsul qəbul etmək olar, kurslar arası 20-günlük interval saxlamaq şərti ilə. Antibiotikoterapiyaya göstəriş olduqda, Bronxo-Munal P antibiotik ilə birgə qəbul olunur. Kapsulu uda bilməyən uşaqlara (məs., 5 yaşına qədər uşaqlar), kapsulu açaraq, saşe qablaşmada olduğu kimi onun möhtəviyyatını adekvat miqdarda su, meyvə suyu, süd/uşaq qidasına əlavə etmək lazımdır. Məhlulu hazırladıqdan bir neçə dəqiqə sonra tam olaraq qədul etmək və qəbul etməmişdən əvvəl hər zaman qarışdırmaq lazımdır.