Sevimlilərə əlavə edin
Paylaşın

Bronxovent 30MG/5 ml Sirop, 150 ml

Məhsul Kodu : 111-30098
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
6,32 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

BRONXOVENT, 30 mq/5 ml şərbət

BRONXOVENT tərkibi

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 30 mq ambroksol hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

BRONXOVENT aşağıdakı xəstəliklərdə bəlğəmin qatılığını azaltmaq üçün istifadə edilir: əsas simptomları həddindən artıq qatı selik və bəlğəm olan tənəffüs yollarının kəskin və xroniki xəstəlikləri, məsələn, bronxial astma, bronxit, bronxoektaziya. Preparat həmçinin burun və boğazın iltihabı zamanı seliyin qatılığının azalmasına səbəb olur. BRONXOVENT quru öskürəyi yüngülləşdirmir.

Əks göstərişlər

• Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; • 2 yaşa qədər uşaqlarda istifadəsi, yalnız həkim məsləhətilə mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik, laktasiya dövründə, hamiləliyin ehtimal olunması və ya hamiləliyin planlaşdırılması zamanı preparatdan istifadə etməzdən əvvəl bu barədə həkimə məlumat vermək lazımdır. Ambroksal dölün orqanizminə nüfuz edir. Hamiləlik dövründə preparatın istifadəsi məsləhət görülmür (xüsusilə hamiləliyin ilk üç ayında). Eksperimentlər göstərib ki, ambroksol ana südünə keçir, bu səbəbdən preparatı laktasiya dövründə qəbul etmək məsləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istənilən preparatın qəbulundan əvvəl həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə məlumat yoxdur.

BRONXOVENT istifadə qaydası və dozası

İstifadə qaydası Preparatı təlimata uyğun və ya həkim təyinatına əsasən qəbul etmək lazımdır. Preparatın istifadəsi qida qəbulundan asılı deyil. Şərbəti yeməkdən sonra və bir qədər su ilə qəbul etmək məsləhət görülür. Ambroksolla müalicə zamanı çoxlu maye qəbulu bəlğəmin parçalanmasına səbəb olur.

Məsləhət görülən dozalar Böyüklər Müalicənin ilk 2-3 günü ərzində gündə 3 dəfə 5 ml, sonra isə gündə 2 dəfə 5 ml qəbul edilir. Uşaqlar 0-2 yaş arası uşaqlar: gündə 2 dəfə 1, 25 ml. 2-5 yaş arası uşaqlar: gündə 3 dəfə 1, 25 ml. 6-12 yaş arası uşaqlar: gündə 2-3 dəfə 2, 5 ml.

Müalicənin əvvəlində dozalar bir qədər artırıla bilər. BRONXOVENT ilə müalicə müddəti həkiminiz tərəfindən təyin olunur. Həkimlə məsləhətləşmədən preparatı 4-5 gündən artıq istifadə etmək olmaz. Xüsusi qrup xəstələr Böyrək / Qaraciyər çatışmazlığı Böyrək və ya ağır qaraciyər çatışmazlığı olan xəstələrdə ambroksol siropu ehtiyatla istifadə olunmalıdır.

Preparatın qəbulu unudularsa Preparatın bir dozası ötürülərsə, onu imkan daxilində tez qəbul etmək lazımdır. Əgər növbəti dozanın vaxtı çatıbsa, ötürülən dozanı qəbul etmək olmaz. Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etmək olmaz, belə ki, bu, doza həddinin aşılması riskini artırır. Preparatın qəbulu dayandırılarsa Əgər BRONXOVENT in qəbulu nəzərdə tutulmuş vaxtdan əvvəl dayandırılarsa, bu arzuolunmaz halların yaranması ilə müşayiət olunmur.

Lakin, bu zaman xəstəliyin simptomlarının bərpa olunması və ya tənəffüs sistemində pozulmaların yaranması mümkündür. Preparatın qəbulu ilə bağlı hər hansı sual yaranarsa, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Preparatın keyfiyyətinin pozulmasını göstərən əlamətlər müşahidə edilərsə (məsələn rəngi dəyişərsə), onu qəbul etmək olmaz.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-30098

Oxşar Məhsullar

Acc 200MG N20 Efv Tb
7,61 AZN -%0
7,61AZN
Alteks 25MG 125 ml Srp
1,60 AZN -%0
1,60AZN
Ambroksol 15 Mq 5 ml Sirop
2,90 AZN -%0
2,90AZN
Ambroksol 30 Mq N20 Tablet
1,44 AZN -%0
1,44AZN
Ansimar 20 Mg 200 ml Sirop
10,50 AZN -%0
10,50AZN
Asetilo 600 Mg N20 Efv Tab
8,09 AZN -%0
8,09AZN
Asmartin 125 ml Sirop
8,78 AZN -%0
8,78AZN
Ass 200 N20 Paket
7,90 AZN -%0
7,90AZN
Ass Long 600 Mq N10 Fışıldayan Tb
6,65 AZN -%0
6,65AZN
Astel Sirop, 150 ml
30,40 AZN -%0
30,40AZN
Biyan 40 Mq 100 ml Sirop
1,10 AZN -%0
1,10AZN
Broksol 15 Mq 150 ml Sirop
5,59 AZN -%0
5,59AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce