Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

CLOPIGAMMA 75MG N100 TB

Məhsul Kodu : 111-21673
İstehsalçı ölkə: Almaniya
68,75 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KLOPİQAMMA, 75 mq örtüklü tabletlər

KLOPİQAMMA tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 75 mq klopidoqrel vardır.

İstifadəsinə göstərişlər

Klopiqamma aşağıdakı hallarda qan lax talarının formalaşmasının qarşısını almaq və bu kəskin halların sayını azaltmaq üçün böyüklərə təyin edilir: − Arteriyaların sklerozlaşması (o cümlədən ateroskleroz adlanır) hallarında − Miokart infarktı (bir neçə gündən başlayaraq, 35 gün ərzində), insult (7-ci günündən başlayaraq, 6 ay ərzində) və ya periferik arterial xəstəliyi kimi halların olması − “Qeyri-stabil stenokardiya” və ya “miokard infarktı” (ürək tutması) kimi tanınan ağır sinə ağrısı olduqda. Bu vəziyyətin müalicəsi üçün həkim effektiv qan axınının bərpası üçün tıxanmış və ya daralmış arteriyaya stent qoya bilər. Həkim tərəfindən pasiyentə asetilsalisil turşusunun (ağrıları və qızdırmanı aradan qaldıran, həmçinin qan laxtalanmasının qarşısını alan bir çox dərman vasitələrinin tərkibində olan maddə) təyin edilməsi tövsiyə olunur. − Qısa müddət ərzində keçən insult (tranzitor işemik hücum kimi də tanınır) və ya yüngül dərəcədə işemik insult əlamətləri ilə qarşılaşdıqda.

İlk 24 saat ərzində həkiminiz tərəfindən asetilsalisil turşusu təyin edilə bilər − “Atriyal fibrilyasiya” adlanan qeyri -müntəzəm ürək döyüntüsü halı olduqda və yeni laxtaların qarşısını alan və mövcud laxtaların böyüməsinə mane o lan “oral antikoaqulyantlar” (K vitaminin antaqonistləri) kimi tanınan dərman vasitələrini qəbul edə bilmədikdə. Pasiyentə məlumat verilməlidir ki, "oral antikoaqulyantlar" bu halda asetilsalisil turşusu və ya Klopigamma və asetilsalisil turşusunun kombinasiyasından daha təsirlidir. Pasiyent "oral antikoaqulyantlar" qəbul edə bilmədikdə və onda ağır qanaxma riski olmadıqda həkim Klopigammanı və asetilsalisil turşusunu təyin etməlidir. Əks-göstərişlər Aşağıdakı hallarda Klopiqamma preparatını qəbul etmək əks göstərişdir • Klopidoqrelə və ya bu dərman preparatının hər hansı digər inqrediyentinə (bax: “Tərkibi”) qarşı allergiya.

• Hazırda mədə xorası və ya beyin daxili qanaxma kimi qanaxmaya səbəb olan xəstəliklərin olması. • Kəskin qaraciyər xəstəliyi. Bu şərtlərdən hər hansı birinin sizə aid olduğunu düşünürsünüzsə və ya ümumiyyətlə şübhələnirsinizsə, Klopiqamma preparatını qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə bu preparatın istifadəsi tövsiyə edilmir. Hamilə olduğunuz, hamilə olduğunuzu güman etdikdə və ya hamiləliyi planlaşdırdıqda, Klopiqamma preparatını qəbul etməzdən öncə həkiminiz lə və ya əczaçı ilə məsləhətləşin. Klopiqamma preparatını n qəbulu müddətində hamilə qaldığınız halda, dərhal həkiminizlə məsləhətləşin, çünki klopidoqrelin hamiləlik zamanı qəbul edilməsi tövsiyə olunmur. Bu preparatı qəbul etdiyiniz zaman uşağınızı ana südü ilə qidalandırmamalısınız.

Ana südü ilə qidalandırdığınız və ya ana südü ilə qidalandırmanı planlaşdırdığınız halda dərmanı qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin. İstənilən dərman preparatını qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Klopiqamma preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya cüzi təsir göstərir.

KLOPİQAMMA istifadə qaydası və dozası

Bu preparatı həmişə dəqiqliklə həkiminizin və ya əczaçının dediyi qaydada qəbul edin. Əmin olmadığınız halda həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Klopiqamma preparatının adi gündəlik dozası 75 mq-dır, qida ilə birlikdə və ya qidasız oral və hər gün eyni vaxtda qəbul edilir. Klopiqamma preparatını həkiminiz sizə təyin edən müddət ərzində qəbul etməlisiniz.

Böyüklər və yaşlılar Miokard infarktı (bir neçə günündən başlayaraq 35 gün ərzində), işemik insult (7 -ci günündən başlayaraq 6 ay ərzində) və ya periferik arteriyaların xəstəliyi zamanı: Klopiqamma sutkada 1 dəfə 75 mq dozada təyin olunur. ST seqmentinin qalxması olmadan kəskin koronar sindrom (qeyri -stabil stenokardiya, Q dişciyi olmadan qeyri-stabil stenokardiya) Klopidoqrel ilə müalicəyə 300 mq və ya 600 mq (75 mq 4 və ya 8 tablet) yükləyici dozanın birdəfəlik qəbulu ilə başlanmalı, sonra isə onun 75 mq dozada gündə 1 dəfə qəbulu ilə davam etdirilməlidir. Perkutan koronar müdaxiləyə məruz qalmış 75 yaşdan kiçik xəstələrdə 600 mq yükləmə dozası nəzərdə tutula bilər. Klopidoqrel ilə yanaşı 75 -325 mq dozada gündə 1 dəfə AST qəbul edilməlidir.

Asetilsalisil turşusunun dozasının artırılması qanaxmanın yaranma riskini artırdığı üçün 100 mq-dan artıq qəbul edilməməlidir. ST seqmentinin qalxması il ə kəskin koronar sindrom (KKS): müalicə tövsiyə edilən günd əlik 75 mq (bird əfəli) dozada (300 mq yükl əmə dozada) Klopiqamma v ə asetilsalisil turşusu v ə trombolitiklərlə və ya tombolitikl ərsiz başlanılmalıdır. 75 yaşdan yuxarı x əstələrin Klopiqamma ilə müalicəsini yükl əmə dozası olmadan başlamaq lazımdır. Qarışıq terapiyaya simptomlar yarandıqdan sonra mümkün qədər tez başlanılır və ən azı 4 həftə ərzində davam etdirilir.

Əgər sizdə qısa müddət ərzində keçən insult (həmçinin tranzitor işemik hücum adlanır) və ya yüngül dərəcəli işemik insultun simptomları müşahidə olunubsa, həkiminiz sizə bir dəfə müalicənin başlanğıcında 300 mq Klopiqamma (75 mq -lıq 4 tablet) təyin edə bilər. O zaman tövsiyə olunan doza yuxarıda göstərilən asetilsalisilli turşu su ilə birlikdə 3 həftə ərzində gündə bir 75 mq -lıq Klopiqamma tabletidir. Həkim daha sonra ayrı -ayrılıqda Klopiqamma tabletini və ya asetilsalisilli turşusunu təyin edəcək. Qulaqcıqların fibrilyasiyası (səyirici aritmiya) Klopidoqrel gündə bir dəfə 75 mq dozada qəbul etmək lazımdır.

Klopidoqrel ilə kombinasiyada asetilsalisil turşusunun qəbuluna başlamaq və sonra davam etdirmək lazımdır (75-100 mq/gün). Klopiqammanın qida və içkilərlə birlikdə istifadəsi Klopiqamma qida ilə birlikdə və ya qidasız qəbul edilə bilər. Klopiqamma preparatını qəbul etməyi unutduğunuz halda Klopiqamma preparatın dozasını qəbul etməyi unutduğunuz halda həmişəki vaxtdan etibarən 12 saat ərzində, dərhal qəbul edin və növbəti tableti adi vaxtında qəbul edin. 12 saatdan artıq unutduğunuz halda, sadəcə həmişəki vaxtda birdəfəlik dozanı qəbul edin.

Unutduğunuz hər dozanı bərpa etmək üçün ikiqat doza qəbul etməyin. Klopiqamma preparatını qəbul etməyi dayandırdıqda Həkiminiz Sizə tövsiyə edənədək müalicəni dayandırmayın. Dayandırmazdan öncə həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın. Bu preparatın istifadə olunması ilə əlaqədar hər hansı sualınız yarandığı halda, həkiminizdən və ya əczaçıdan soruşun.

Prepared by  T-Soft E-Commerce.