Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq asetazolamid vardır.
Qlaukoma: - xroniki açıq bucaqlı; - ikincili; - qapalı lıbucaqlı (gözdaxili təzyiqin enməsi məqsədilə qısamüddətli əməliyyatdan əvvəlki müalicə). Ödem: - ürək çatışmazlığı zamanı; - dərman vasitələrilə törənən. Epilepsiya Digər qıcolma əleyhinə preparatlarla kombinasiyada: - uşaqlarda petit mal (kiçik qıcolma tutması); - grand mal (böyük qıcolma tutması); - qarışıq formaları.
Preparatın istənilən komponentinə və ya sulfonamidlərə qarşı yüksək həssaslıq. Asetazolamid pasiyentin qanında natriumun və (ya) kaliumun səviyyəsinin azaldığı qeyd edildikdə, böyrək və qaraciyər çatışmazlığında, böyrəküstü vəzinin çatışmazlığında və hipoxloremik asidozda əks göstərişdir. Asetazolamidi qaraciyərin sirrozu olan pasiyentlərdə istifadə etmək olmaz, belə ki, bu qaraciyər ensefalopatiyası riskini artıra bilər. Asetazolamidin davamlı istifadəsi xroniki dekompensasiyalı qapalı /bucaqlı qlaukoma olan pasiyentlərdə əks göstərişdir, belə ki, göz kamerasının küncünün tam bağlanması zamanı qlaukomanın gedişinin pisləşməsi gözdaxili təzyiqin azalması ilə gizlənə bilər.
İstənilən dərman vasitəsinin istifadəsindən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Hamiləlik Asetazolamid plasentar baryerdən keçir. Preparatı hamilə qadınlarda istifadə etmək məsləhət görülmür, xüsusilə I trimestrdə. Laktasiya Asetazolamid az miqdarda ana südü ilə xaric olur.
Südəmər körpələrdə əlavə təsirlərin təzahürü riskilə əlaqədar preparatın ləğv edilməsi və ya ana südü ilə qidalandırmanın dayandırılması barədə qərar vermək lazımdır.
Asetazolamidin doza həddinin aşılması diurezin artmasına səbəb olmur, lakin yuxululuğun və paresteziyanın yaranma tezliyini artıra bilər. Nadir hallarda yorğunluq, başgicəllənmə və ataksiya halları barədə məlumat verilmişdir. Qaraciyər sirrozu ilə törənən ödem olan bəzi pasiyentlərdə dezoriyentasiya vəziyyəti qeyd edilir. Belə klinik hallar ciddi nəzarət altında olmalıdır.
Keçib gedən yaxıngörmə halları qeyd edilmişdir. Bu simptomlar həmişə doza azaldıqdan və ya preparat ləğv edildikdən sonra itir. Müalicə dövründə pasiyentlər nəqliyyat vasitəsi və mexanizmləri idarə etməməlidirlər.
Preparatın adətən tövsiyə edilən dozalanmalarına aşağıda göstərilənlər aiddir Qlaukoma Preparatın dozası gözdaxili təzyiqin səviyyəsindən asılı olaraq, fərdi qaydada müəyyən edilir. Böyüklərə adətən tövsiyə edilən dozalanmalar aşağıda göstərilmişdir Açıq-bucaqlı qlaukoma – sutkada 1 dəfədən 4 dəfəyə qədər 250 mq (1 tablet). Preparatın 1000 mqdan (4 tabletdən) yüksək dozaları müalicənin effektivliyini artırmır. İkincili qlaukoma – hər 4 saatdan bir 250 mq (1 tablet).
Bəzi pasiyentlərdə preparatın effektivliyi sutkada 2 dəfə 250 mq (1 tablet) dozanın istifadəsi zamanı (qısamüddətli müalicə aparıldıqda) müşahidə olunur. Kəskin qlaukoma tutmaları – sutkada 4 dəfə 250 mq (1 tablet). Ürək-damar çatışmazlığı zamanı və dərman preparatlarının istifadəsi nəticəsində meydana çıxan ödemlər Müalicənin əvvəlində sutkada 1 dəfə səhər 250 mq-dan 375 mq-a qədər (1-1½ tablet) təyin edilir. Optimal diuretik effekt preparatın günaşırı və ya iki gündən bir istifadəsi zamanı əldə edilir.
Asetazolamidin istifadəsi müddətində ürək çatışmazlığının müalicəsi, məsələn, üskükotu qlikozidlərinin istifadəsi, aşağı duz tərkibli pəhrizin saxlanılması və kalium çatışmazlığının bərpası davam etdirilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Epilepsiya Böyüklər və uşaqlar Preparat adətən bədən kütləsinin hər kq-na 8 mq-dan 30 mq-a qədər hesabı ilə sutkada 1-4 dəfə bərabər dozalarda təyin edilir. Optimal sutkalıq doza 375-1000 mq (1½-4 tablet) təşkil edir. Asetazolamidi qıcolma əleyhinə digər preparatlarla eyni zamanda istifadə etdikdə, müalicənin əvvəlində sutkada 1 dəfə 250 mq (1 tablet) dozada təyin edilir və zərurət yarandıqca, preparatın dozası tədricən artırılır.
Uşaqlara preparat sutkada 750 mq-dan yüksək dozalarda təyin edilməməlidir. İstifadə qaydası Preparat daxilə istifadə üçün nəzərdə tutulmuşdur.