Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DISINON 125MG 2ML N10 AMP

Məhsul Kodu : 111-03945
İstehsalçı ölkə: Sloveniya
9,66 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DİSİNON, 250 mq/2 ml  inyeksiya üçün məhlul

Disinon tərkibi

 Təsiredici maddə:   2 ml məhlulun tərkibində 250 mq (1 ml məhlulun tərkibində 125 mq)   etamzilat vardır.   Köməkçi maddələr: natrium metabisulfit (E223), natrium hidrokarbonat, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

 Bütün mürəkkəb cərrahi əməliyyatlar və ya yaxşı vaskulyarizasiya olunmuş toxumalar üzərində əməliyyatlar zamanı əməliyyatdan öncə-, əməliyyatdaxili  və ya sonrakı kapilyar qanaxmaların profilaktikası: otolarinqologiyada, mamalıq və ginekologiyada, urologiyada, stomatologiyada, oftalmologiyada və ya plastik və bərpaedici cərrahiyyədə.  Müxtəlif mənşəli və lokalizasiyalı kapilyar qanaxmaların müalicəsi. Vaxtındanəvvəl doğulmuş körpələrdə periventrikulyar qanaxmaların profilaktikası.

Əks göstərişlər:

 Kəskin porfiriya. Bronxial astma, sulfitlərə qarşı təsdiq edilmiş yüksək həssaslıq.  Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamilə qadınlarda preparatın istifadəsinə dair klinik məlumatlar məhduddur.  Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyə dair birbaşa və ya dolayı zərərli təsirini göstərməmişdir. Ehtiyat tədbiri kimi etamzilatın hamiləlik dövründə istifadəsindən qaçmaq lazımdır. Preparatın ana südünə keçmə qabiliyyəti barədə məlumat olmadığı ilə əlaqədar müalicə zamanı ana südü ilə qidalandırma məsləhət görülmür. Əgər əmizdirmə davam edirsə, preparatın istifadəsi ləğv edilməlidir.

Disinon istifadə qaydası, dozası

 Böyüklər və yeniyetmələr Əməliyyatdan əvvəl: cərrahi müdaxilədən 1 saat əvvəl 1-2 ampul venadaxili və ya əzələdaxili. Əməliyyat zamanı: 1-2 ampul, ehtiyac olduqda təkrar yeritmə mümkündür. Əməliyyatdan sonra: 1-2 ampul, qanaxmaların riski saxlanarsa hər 4-6 saatdan bir təkrar edilir. Təxirəsalınmaz hallarda və vəziyyətin ağırlığından asılı olaraq: 1-2 ampul  venadaxili və ya əzələdaxili, qanaxma riski ləğv olunanadək hər 4-6 saatdan bir təkrar etmək. Yerli istifadəsi: ampulun içindəki məhlulla isladılmış salfet qan axan nahiyə üzərinə qoyulur və ya dişin çəkilməsindən sonra əmələ gələn boşluğa yerləşdirilir. Ehtiyac olduqda applikasiya təkrarlanır. Parenteral və ya daxilə qəbulu ilə kombinasiyası mümkündür.  Uşaqlar Böyüklər üçün nəzərdə tutulan dozaların yarısı. Yenidoğulmuşlar Doğulduqdan sonra ilk 2 saat ərzində əzələdaxili inyeksiya şəklində 1kq bədən kütləsinə 10mq (0,1ml=12,5mq), sonra isə 4 gün ərzində hər 6 saatdan bir istifadə edilir. Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə klinik müayinələr keçirilməyib. Buna görə belə xəstələrə inyeksiya üçün Disinon məhlulu təyin edildikdə ehtiyatlı olmaq lazımdır. İnyeksiya üçün məhlul tərkibində natrium hidrokarbonat və ya laktat olan məhlullarla uyuşmur. Disinon məhlulunu digər dərmanlarla birlikdə bir şprisdə qarışdırmaq olmaz. Fizioloji məhlul ilə preparatı qarışdırdıqda onu dərhal istifadə etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.