Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq atorvastatinə ekvivalent miqdarda atorvastatin kalsium vardır.
Hiperxolesterinemiya Pəhrizə və digər qeyri-farmakoloji tədbirlərə uyğun reaksiya verməyən ilkin hiperxolesterinemiyalı, heteroziqot hiperxolesterinemiyalı və kombinə olunmuş (qarışıq) hiperlipidemiyalı böyüklərdə, yeniyetmələrdə və 10 yaşdan yuxarı uşaqlarda yüksəlmiş ümumi xolesterinin, ASLP-xolesterinin, apolipoprotein B-nin və triqliseridlərin səviyyəsinin azaldılması üçün pəhrizə əlavə qismində təyin edilir. Preparat YSLP-xolesterinin səviyyəsini artırır və ASLP/YSLP və ümumi xolesterin/YSLP nisbətlərini azaldır. Preparat həmçinin homoziqot ailəvi hiperxolesterinemiyalı böyüklərdə digər metodlar kifayət qədər cavab reaksiyasını təmin etmədikdə, ümumi xolesterinin, YSLP-xolesterinin və apolipoprotein B-nin yüksəlmiş səviyyəsinin azaldılması üçün pəhrizə və digər tədbirlərə əlavə olaraq təyin edilir. Ürək-damar hadisələrinin profilaktikası Qiymətləndirmələrə görə birinci ürək-damar hadisəsinin baş vermə riski yüksək olan xəstələrdə, digər risk amillərinin korreksiyasına əlavə kimi, ciddi ürək-damar hadisələrinin profilaktikası üçün nəzərdə tutulmuşdur.
• Hamiləlik və hamiləliyin planlaşdırılması, laktasiya dövrü • Əgər DISLIPTIN-ə və ya buna bənzər hipolidemik dərmanlara, yaxud onların tərkibindəki köməkçi maddələrə qarşı yüksək həssaslıq • Qaraciyər çatışmazlığı • Qaraciyərin funksional pozğunluğu
Dərmandan istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Əgər hamiləsinizsə və ya hamiləliyi planlaşdırırsınızsa, DİSLİPTİN -dən istifadə etməyin. Müalicə müddəti ərzində hamilə olduğunuzu öyrəndiyiniz halda, dərhal həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Laktasiya Dərmandan istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Körpənizi döşlə əmizdirirsinizsə, DİSLİPTİN -dən istifadə etməyin.
DİSLİPTİN -dən istifadə zamanı avtomobili və ya digər mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir gözlənilmir. Lakin əgər dərman avtomobili idarə etmək qabiliyyətinizə təsir edirsə, avtomobili idarə etməyin. Bu dərman vasitəsinin alətlərdən və mexanizmlərdən istifadə etmək qabiliyyətinizə təsir etdiyini düşünürsünüzsə, onlardan istifadə etməyin.
Düzgün istifadə və dozalanma üzrə təlimatlar / istifadə tezliyi • DİSLİPTİN -in adi başlanğıc dozası böyüklərdə və 10 yaşdan yuxarı uşaqlarda 10 mq-dır. • Dərmanı zəruri miqdarda qəbul etdiyiniz müəyyənləşənədək bu doza artırıla bilər. Həkiminiz dozanı 4 həftə və daha artıq intervallarla tənzimləyəcəkdir. DİSLİPTİN -in maksimal dozası böyüklərdə gündə bir dəfə 80mq, uşaqlarda gündə 1 dəfə 20 mq-dır.
• DİSLİPTİN -lə müalicəyə başlamazdan əvvəl, qanda xolesterinin miqdarını azaltmaq üçün standart pəhrizə başlanmalı və DİSLİPTİN -lə müalicə müddətində bu pəhriz davam etdirilməlidir. • Bu dərmanı hər zaman həkiminizin və ya əczaçınızın təyin etdiyi qaydada dəqiqliklə qəbul edin. Əmin olmadığınız halda həkiminizlə və ya əczaçınızla məsləhətləşin. İstifadə metodu və qaydası • DİSLİPTİN bir miqdar su ilə birlikdə tam şəkildə udulmalıdır.
• Dozalar günün istənilən vaxtında, qida qəbulundan asılı olmayaraq qəbul edilə bilər. • Buna baxmayaraq, preparatı hər gün eyni vaxta qəbul etməyə çalışın.