Eksforj 10/160 N28 Tablet
Bitib
Stokda olanda mənə xəbər verin.Eksforj, 5 mq/160 mq, 10 mq/160 mq örtüklü tabletlər
Eksforj, beynəlxalq patentləşdirilməmiş adı: Amlodipine + Valsartan
Eksforj tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 5 mq və ya 10 mq amlodipinə ekvivalent olaraq 6.94 mq və ya 13.87 mq amlodipin bezilat, 160 mq valsartan vardır.
Eksforj, istifadəsinə göstərişlər
Essensial hipertoniyanın müalicəsi.
Əks göstərişlər
Tərkibindəki təsiredici və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq; ağır qaraciyər çatışmazlığı, biliar sirroz və ya xolestaz; şəkərli diabet və ya böyrək funksiyasının pozulması olan xəstələrdə aliskirenlə birlikdə istifadəsi; hamiləliyin ikinci və üçüncü trimestrləri; ciddi hipotenziya; kardiogen şok; sol mədəciyin çıxış yolunun obstruksiyası; hemodinamik qeyri-stabil ürək çatışmazlığı; irsi və ya əvvəlki AÇF istifadəsi ilə bağlı angionevrotik ödem.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Eksforj hamiləlik dövründə istifadəsi tövsiyə edilmir və hamiləlik zamanı dərhal dayandırılmalıdır. Laktasiya dövründə istifadəsi tövsiyə olunmur, çünki valsartanın ana südünə keçib-keçmədiyi məlum deyil. Amlodipin ana südünə keçir.
Pediatriyada istifadəsi
18 yaşa qədər uşaqlarda Eksforjun təhlükəsizliyi və effektivliyi barədə kifayət qədər məlumat olmadığı üçün istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Başgicəllənmə və zəiflik kimi hallar yarana bilər. Bu simptomlar müşahidə olunarsa, avtonəqliyyat vasitələrinin və potensial təhlükəli mexanizmlərin idarə olunmasından çəkinmək lazımdır.
Eksforj istifadə qaydası
Adətən gündə bir dəfə 5 mq/80 mq ilə başlanılır. Zərurət olduqda 10 mq/320 mq-a qədər artırıla bilər. Qida ilə və ya ayrı qəbul edilə bilər. Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. 18 yaşdan kiçik uşaqlarda istifadə olunmur.