Распроданный
Дайте мне знать, когда он прибудетTəsiredici maddə:1 tabletin tərkibində 50 mq etasizin vardır. Köməkçi maddələr: kartof nişastası, şəkər, metilsellüloza, kalsium stearat. Örtük: şəkər, polivinilpirrolidon (povidon), kalsium karbonat, maqnezium hidroksikarbonat, susuz silisium dioksid, “Karnaub” mumu; baya: xinolin sarısı (E104), günəş qürubu sarısı (E110), titan dioksid (E171).
İstifadəsinə göstərişlər:
Mədəciküstü və mədəcik ekstrasistoliyası, mədəciküstü və mədəcik taxikardiyası, qulaqcığın səyriməsi və titrəməsi.
Əks göstərişlər:
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- ürəyin əhəmiyyətli dərəcəli üzvi zədələnmələri:
• kəskin koronar sindrom;
• miokard infarktından 3 ay sonra kəskin miokard infarktı;
• sol mədəciyin miokardının ifadəolunmuş hipertrofiyası;
• ürək boşluğunun ifadəolunmuş dilatasiyası.
- Ürək funksiyasının əhəmiyyətli dərəcəli pozuntular:
• ağır ürək çatışmazlığı (NYHA təsnifatı üzrə III və IV funksional sinif);
• sol mədəciyin atım fraksiyasının azalması (exokardioqrafiyanın məlumatları)
. - Ürək ritminin ifadəolunmuş pozulması:
• II dərəcəli sinoatrial blokada (SA) və ya digər sinus arrest halları;
• II və III dərəcəli atrioventrikulyar (AV) blokada;
• mədəcikdaxili keçiriciliyin pozulması (His dəstəsinin ayaqlarının tam blokadası).
- Qaraciyər və/və ya böyrək funksiyasının ağır pozulması;
- laktasiya dövrü;
- 18 yaşa qədər uşaqlar;
- IC sinifinə aid olan digər antiaritmik vasitələrlə eyni vaxtda istifadəsi (məsələn, morasizin, propafenon);
- İA sinifinə aid olan antiaritmik vasitələrlə eyni vaxtda istifadəsi (xinidin, prokainamid, dizopiramid, aymalin);
- monoaminooksidazanın (MAO) inhibitorları ilə eyni vaxtda istifadəsi.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Etasizin® dar terapevtik genişliyə malikdir, bu səbəbə görə asanlıqla ağır intoksikasiya yarada bilər (xüsusilə digər antiaritmik vasitələrlə eyni vaxtda istifadə zamanı). Miokard infarktı ilə törədilən aritmiyanın müalicəsinə, miokard infarktının inkişafından 3 ay sonra ehtiyatla başlamaq lazımdır. Sinus düyününün zəifliyi sindromu, I dərəcəli AV blokada, His dəstəsinin ayaqcıqlarının natamam blokadası, qan dövranının ağır pozuntuları, qapalı bucaqlı qlaukoma, prostat vəzinin xoşxassəli hiperftrofiyası zamanı xüsusilə ehtiyatla təyin etmək lazımdır. Etasizin aritmogen təsir edə bilər, bu səbəbə görə preparatı təyin edərkən aşağıdakıları bilmək lazımdır: 1) preparatın əks göstərişlərini ciddi olaraq nəzərə almaq; 2) hipokaliemiyanı əvvəlcədən aşkar etmək və aradan qaldırmaq; 3) müalicəyə mümkün qədər stasionarda başlamağa üstünlük verilir. İlk dozanın və müalicənin 3- 5-ci günlərində təkrar dozanın qəbulundan sonra dinamikanın hesabatı üçün EKQ-yə nəzarət etmək və ya ürək fəaliyyətinin monitorinqini keçirmək lazımdır; 4) ektopik mədəcik komplekslərinin sürətlənməsi, blokada və ya bradikardiyanın yaranması, mədəcik komplekslərinin (QRS) 25%-dən artıq genişlənməsi, onların amplitudunun azalması, EKQ-də P dişciyinin davamlılığının 0,12 saniyədən artıq və ya QT intervalının > 500 ms olması zamanı müalicəni dərhal dayandırmaq lazımdır. QT intervalı > 400 ms olduqda preparatı ehtiyatla istifadə etmək lazımdır. Aritmogen təsiri bilavasitə dozadan asılı deyil. Aritmogen təsir riskinin azalması üçün Etasizin® preparatını az dozalarda beta-adrenoblokatorla eyni vaxtda istifadə etmək məsləhət görülür. Qaraciyər xəstəlikləri zamanı ehtiyatla təyin etmək lazımdır, belə ki, Etasizin® hepatotoksik təsir göstərə bilər. Müalicə dövründə müntəzəm olaraq pasiyentin vəziyyətini və ürək-damar sisteminin funksiyasını nəzarətdə saxlamaq vacibdir (EKQ, arterial təzyiq, exokardioqrafiya). Tabletlərin tərkibində saxaroza (şəkər) vardır. Preparatı fruktozaya qarşı dözümsüzlük, qlükoza/qalaktoza malabsorbsiyası və ya saxaraza/izomaltaza çatışmazlığı kimi nadir irsi xəstəliyi olan pasiyentlərə təyin etmək olmaz. Tabletlərin örtüyünün tərkibində günəş qürubu sarısı rəngləyicisi (E110) vardır ki, bu da allergik reaksiyalara səbəb ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövründə preparatın istifadəsi barədə klinik məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar preparatın birbaşa və ya dolayı yolla hamiləliyə, embrionun inkişafına və dölə mənfi təsirini göstərmir. Preparatı hamilə qadınlara təyin edildikdə, ananın ürək xəstəliyinin müalicə olunmayacağı və dölə olan potensial riskin qiymətləndirilməsi vacibdir. Etasizin ana südü ilə xaric olur, bu səbəbə görə laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Preparatın istifadəsi başgicəllənmə, görmənin pozulması kimi əlamətlərə səbəb ola bilər. Bu hallarda nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
Daxilə qəbul edilir. Tablet bütöv şəkildə, xeyli miqdar su ilə, qida qəbulundan asılı olmayaraq udulur. Doza və müalicənin müddəti həkim tərəfindən müəyyən edilir. Böyüklər Doza fərdi təyin edilir. Doza, adətən, gündə 2-3 dəfə 50 mq təşkil edir. Kifayət qədər klinik effekt olmadıqda, doza gündə 4 dəfə 50 mq-a qədər artırılır (mütləq EKQ nəzarəti altında). Dayanıqlı antiaritmik effekt alındıqdan sonra fərdi seçilmiş minimal effektiv dozalarda dəstəkləyici terapiya aparılır. Antiaritmik effekt, adətən, 1-2-ci gün inişaf edir. Müalicə kursunun müddəti aritmiyanın növündən, effektivliyindən və preparata qarşı dözümlükdən asılıdır. Bəzi pasiyentlərdə stabil antiaritmik effekt almaq üçün Etasizin® preparatı və beta-adrenoblokatorların kombinasiyası məsləhət görülür. Yaşlı pasiyentlərdə ehtiyatlı olmaq lazımdır, başlanğıc dozanı azaltmaq və dozanı ehtiyatla artırmaq vacibdir. Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın istifadəsi əks göstərişdir, belə ki, bu yaş qrupunda dərman vasitəsinin istifadəsinin təhlükəsizliyi və effektivliyi barədə kifayət qədər məlumat yoxdur. Qaraciyər funksiyası pozulmuş pasiyentlərdə uzun müddətli müalicə zamanı ehtiyatlı olmaq lazımdır, belə ki, hepatotoksik təsir mümkündür (qaraciyər funksiyasının ağır pozulması zamanı istifadəsi əks göstərişdir). Etasizin® preparatının qəbulu unudulduqda, dərhal ötürülən dozanı qəbul etmək lazımdır. Növbəti qəbulun vaxtı yaxınlaşdıqda, unudulan dozanı ötürmək və qəbulu adi qaydada davam etmək lazımdır. Ötürülən dozanı əvəz etmək üçün heç vaxt ikiqat doza qəbul etmək olmaz.