Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

EZEROS 10/20MG N28 TB

Məhsul Kodu : 111-52075
26,53 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

EZEROS, 10 mq/20 mq örtüklü tabletlər

EZEROS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq ezetimib, 20 mq rozuvastatin (kalsium duzu şəklində) vardır.

İstifadəsinə göstərişlər

EZEROS ® preparatı, xolesterin səviyyəsini, yalnız pəhriz vasitəsi ilə aşağı salmaq mümkün olmayan birincili hiperxolesterinemiyalı (Tip I Ia daxil, lakin heteriziqot ailəvi hiperxolesterinemiya olmayan) və qarışıq dislipidemiyalı (Tip I Ib) pasiyentlərdə istifadə olunur. Bu preparatın istifadə müddətində xolesterinin səviyyələrinin aşağı salınması istiqamətində pəhriz saxlamağı davam etdirmək lazımdır. Yalnız rozuvastatinin istifadəsi ilə aparılan müalicə xolesterin səviyyələrinə tələb olunan nəzarəti vermədikdə və ya pasiyent artıq eyni dozalarda rozuvastatindən və ezetimibdən istifadə etdiyi halda, həkim EZEROS ® preparatını təyin edə bilər. EZEROS ® preparatı bədən kütləsinin aşağı düşməsinə kömək etmir.

Əks göstərişlər

Pasiyentdə aşağıda göstərilən vəziyyətlər qeyd olunduqda, EZEROS ® preparatını istifadə etmək olmaz: − rozuvastatinə, ezetimibə və ya içlik vərəqənin “Tərkibi” bölməsində qeyd olunan köməkçi maddələrin hər hansı birinə qarşı allergiya; − qaraciyər xəstəlikləri; − ağır dərəcəli böyrək xəstəlikləri; − təkrarlanan və ya izah olunmayan əzələ ağrıları meydana çıxdıqda (miopatiya); − siklosporin adlandırılan dərman preparatından istifadə etdikdə (məsələn, orqanların transplantasiyasından sonra); − hamiləlik və ya laktasiya dövründə. Pasiyent, EZEROS ® preparatından istifadə etdiyi müddət ərzində hamilə olduğu halda, preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır. EZEROS ® preparatından istifadə edilən müddət ərzində qadınlar hamiləliyin baş verməsindən ç əkinməli və bu məqsədlə, müvafiq kontrasepsiya vasitələrindən istifadə etməlidirlər. Yuxarıda qeyd olunan vəziyyətlərdən hər hansı birinin meydana çıxması barədə (və ya pasiyent əksinə olmasına əmin olmadıqda) həkimi məlumatlandırmaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Pasiyent hamilə olduqda, hamilə olmasını ehtimal etdikdə və ya hamiləliyini planlaşdırdığı halda, EZEROS® preparatından istifadə etməməlidir. Pasiyentdə hamiləlik EZEROS® preparatından istifadə etdiyi müddət ərzində baş verdiyi halda, preparatın istifadəsini dərhal dayandırmaq və həkimə müraciət etmək tələb olunur. EZEROS® preparatının istifadəsi ilə aparılan müddət ərzində kontraseptiv vasitələrdən istifadə etmək vacibdir. Laktasiya dövrü Bu dərman preparatının ana südünə nüfuz edib-etməməsi barədə heç bir məlumatın olmadığını nəzərə alaraq, EZEROS® preparatını laktasiya dövründə istifadə etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

EZEROS® preparatının nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir göstərməsi gözlənilmir. Lakin, nəzərə almaq vacibdir ki, EZEROS® preparatından istifadə edən bəzi pasiyentlərdə başgicəllənmə inkişaf edə bilər. Başgicəllənmə meydana çıxdığı halda, nəqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməzdən əvvəl, həkimlə məsləhətləşmək lazımdır.

EZEROS istifadə qaydası və dozası

Bu dərman preparatını hər zaman həkimin və ya əczaçının təyinatına müvafiq istifadə etmək lazımdır. EZEROS® preparatından istifadə etdikdə, aşağı xolesterin tərkibli pəhriz saxlamaq və kifayət qədər fiziki fəaliyyətlə məşğul olmaq lazımdır. Böyüklər üçün tövsiyə olunan doza gündə 1 tablet təşkil edir. Bu dərman preparatını günün istənilən vaxtı, qida qəbulundan asılı olmayaraq, istifadə etmək olar.

Hər tableti su ilə birlikdə qəbul etmək lazımdır. Bu dərman preparatını hər gün, günün eyni vaxtında qəbul etmək vacibdir. EZEROS® preparatının istifadəsi, başlanğıc müalicə üçün yararlı deyil. EZEROS® preparatının pasiyent üçün tələb olunan dozada istifadəsi ilə müalicəni yalnız, rozuvastatinin və ya preparatın hər iki monokomponentinin müvafiq dozaları seçildikdən sonra başlamaq lazımdır.

Xolesterin səviyyələrinin müntəzəm nəzarəti Xolesterin səviyyələrini müəyyən etmək və tələb olunan xolesterin səviyyəsinin əldə olunmasını və saxlanılmasını təsdiq etmək məqsədi ilə, müntəzəm olaraq həkimə müraciət etmək lazımdır. EZEROS® preparatının istifadəsi ötürüldükdə Narahat olmaq lazım deyil və ötürülən dozanı qəbul etmək olmaz, planlaşdırılan növbəti dozanı öz vaxtında qəbul etmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək məqsədi ilə, preparatın ikiqat dozasını qəbul etmək olmaz. EZEROS® preparatının istifadəsinin dayandırılması EZEROS® preparatının istifadəsinin dayandırılması barədə həkimi məlumatlandırmaq lazımdır.

EZEROS® preparatının istifadəsi dayandırıldıqdan sonra, xolesterin səviyyələri təkrar yüksələ bilərlər. Göstərilən preparatın istifadəsi ilə əlaqəli suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Orta və şiddətli qaraciyər və ya böyrək çatışmazlığı zamanı istifadə olunmur. Uşaqlar və yeniyetmələr Uşaqlarda və yeniyetmələrdə (18 yaşdan aşağı) EZEROS® preparatının istifadəsi tövsiyə olunmur.

Prepared by  T-Soft E-Commerce.