Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100% quru maddə hesabı ilə 20 mq (30 damcı) nifedipin vardır.
Arterial hipertenziya (hipertonik krizlərin müalicəsi məqsədilə)
Nifedipinə və köməkçi maddələrə məlum hiperhəssaslığı olan hallarda, hamiləlik (20 həftəyə qədər) və laktasiya dövründə olan qadınlarda, kardiogen şok, rifampisinlə kombinasiya halında (fermentlərin induksiyası nəticəsində plazmada nifedipinin effektiv səviyyəsinə çatmaq qeyri-mümkün olduğuna görə), yüksək dərəcəli aortal stenozlarda, qeyri-stabil stenokardiyada, kəskin miokard infarktında (ilk 4 həftədə), ileostoma və ya kolostomalı xəstələrdə preparatın istifadəsi əks göstərişdir.
Hamiləliyin 20-ci həftəsinə qədər nifedipinin istifadəsi əks-göstərişdir. Hamilə qadınların iştirakı ilə yaxşı nəzarət olunan tədqiqatlar əsasında nifedipinin effektivliyi və təhlükəsizliyinə dair məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar orqanogenez vaxtı və sonrakı dövrdə yeridilmə zamanı bir sıra embriotoksik, plasentotoksik və fetotoksik təsirlər olduğunu göstərmişdir. Mövcud klinik sübutlar əsasında prenatal risk müəyyən edilməmişdir.
Buna baxmayaraq, bir sıra hallarda perinatal asfiksiya, keysəriyyə kəsiyi ilə doğuşlar, eləcə də vaxtından əvvəl doğuşlar və bətndaxili inkişafın ləngiməsi haqqında məlumatlara rast gəlinir. Bu məlumatların hipertenziyanın nəticəsi, onun müalicəsi və ya preparatın spesifik təsiri olması hələlik tam məlum deyildir. Əldə olan məlumatlar preparatın dölə və ya yenidoğulmuşa ciddi yanaşı təsirini istisna etmək üçün kifayət deyildir. Bunu nəzərə alaraq, hamiləliyin 20-ci həftəsindən sonra preparatın istənilən formada istifadəsi zamanı onun fayda/risk nisbəti diqqətlə qiymətləndidilməli və preparatla müalicə məsələsi o halda davam etdirilməlidir ki, bütün mümkün digər müalicə taktikaları effektsiz olsun.
Nifedipinin istifadəsi zamanı venadaxili maqnezium sulfatdan da istifadə olunan hallarda arterial təzyiqin səviyyəsinə ciddi nəzarət olunmalıdır, belə ki, arteral təzyiqin əhəmiyyətli dərəcədə enməsi anaya və dölə mənfi təsir göstərə bilər. Nifedipin hamiləlik zamanı əks göstərişdir. Nifedipin ana südünə keçir, buna görə də preparatın istifadəsi zamanı döşlə qidalandırma dayandırılmalıdır.
Konkret xəstədən asılı olaraq, preparata qarşı reaksiya fərqlənə bilər və nəqliyyət vasitələrini digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətini poza bilər. Bu, xüsusilə müalicənin başlanğıcına aiddir.
Farmadipin təcili yardım preparatı kimi hipertonik krizlərin müalicəsi məqsədilə istifadə olunur. Preparatı bu dərman formasında kurs müalicə kimi qəbul etmək məsləhət görülmür. Antihipertenziv terapiya kursunun aparılması lazım olan hallarda preparatı və dərman formasını həkim seçməlidir. Arterial təzyiqin qəflətən yüksəldiyi halda böyüklər üçün ilkin doza 3-5 damcı təşkil edir (2 mq - 3,35 mq), yaşlı və qoca xəstələr üçün 3 damcıdan artıq olmayaraq (2 mq) dil altına qoymaq və ya suxarı, yaxud qənd üstünə damızdırmaqla ağızda mümkün qədər çox saxlamaq lazımdır.
Effektivliyi lazımi qədər olmadıqda dozanı klinik cəhətdən əhəmiyyətli effektə qədər artırmaq olar. Gələcəkdə arterial təzyiqin yüksəldiyi hallarda məhz bu dozaya istinad etmək lazımdır. Ehtiyac olduqda (AT 190/100 mm.c.s.-dan - 220/110 mm.c.s.-na qədər) bəzi hallarda birdəfəlik dozanı xəstənin AT-nin fərdi dəyişikliklrini nəzərə alaraq 10-15 damcıya qədər (6,7 mq-10 damcı) tədricən artırmaq olar. Bəzi xəstələrin Farmadipin-ə qarşı fərdi həssaslığı nəzərə alınmalıdır.
Belə hallarda doza fərdi təyin edilir, 3 damcıdan başlayaraq klinik effektə çatmaq üçün tədricən 2-3 damcı (1.34 mq-2 damcı) artırılır. Preparatın ilkin doza həddinin aşılması arterial təzyiqin kəskin azalmasma səbəb ola bilər! Uşaqlarda Preparat uşaqların (18 yaşa qədər) müalicəsi üçün istifadə olunmur.