Sevimlilərə əlavə edin
Paylaşın

Fiziotens 0, 2 Mq 14 Tablet

Məhsul Kodu : 111-06093
İstehsalçı ölkə : Fransa
1 Şərh Şərh
7,37 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

FİZİOTENZ®, örtüklü tabletlər

Fiziotenz tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 0,2 mq və ya 0,4 mq moksonidin vardır. Köməkçi maddələr: laktoza monohidrat, povidon K25, krospovidon, maqnezium stearat. Örtüyü:     hipromelloza, etilsellüloza, makroqol 6000, talk, qırmızı dəmir  oksidi (E 172), titan dioksid (E 171).

İstifadəsinə göstərişlər:

 Arterial hipertenziyanın müalicəsi.

Əks göstərişlər:

 - Təsiredici maddəyə və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentə qarşı yüksək həssaslıq; - sinus düyününün zəifliyi sindromu; - bradikardiya (sakitlik vəziyyətində nəbz dəqiqədə < 50 vurğu); - II-ci və ya III-cü dərəcəli atrioventrikulyar blokada; - ürək çatışmazlığı; - hamiləlik və laktasiya dövrü; - uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik dövrü Moksonidinin hamilə qadınlarda istifadəsi barədə müvafiq məlumatlar yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar, preparatın embriotoksiklik effektlərini nümayiş etdirmişdir. İnsanlara potensial riski məlum deyil. Aşkar zəruri hallar istisna olmaqla, moksonidini hamiləlik dövründə istifadə etmək olmaz. Laktasiya dövrü Moksonidin ana südünə nüfuz etdiyi üçün, preparatı laktasiya dövründə istifadə etmək olmaz. Moksonidinlə müalicəyə mütləq tələbat olduğu halda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.

Fiziotenz istifadə qaydası, dozası

 Moksonidini qida qəbulundan asılı olmayaraq, daxilə istifadə etmək lazımdır. Preparatın standart başlanğıc dozası sutkada 0,2 mq təşkil edir; maksimal sutkalıq doza 0,6 mq-dır – iki dəfəyə qəbul olunur. Maksimal birdəfəlik doza 0,4 mq-dır. Pasiyentin reaksiyasından asılı olaraq, preparatın sutkalıq dozasını fərdi qaydada korreksiya etmək lazımdır. Orta və ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün moksonidinin sutkalıq başlanğıc dozası sutkada 0,2 mq təşkil edir. Orta dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə, zəruri hallarda və preparat pasiyent tərəfindən yaxşı keçirildikdə, moksonidinin dozasını sutkada 0,4 mq-a qədər, ağır dərəcəli böyrək çatışmazlığında isə 0,3 mq-a qədər artırmaq olar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Hemodializ proseduraları qəbul edən pasiyentlər üçün preparatın başlanğıc dozası sutkada 0,2 mq təşkil edir. Zəruri hallarda və preparat pasiyent tərəfindən yaxşı keçirildikdə, dozanı sutkada 0,4 mq-a qədər artırmaq olar. Preparatın təhlükəsizliyi və effektivliyi barədə məlumatların olmadığı üçün, moksonidini 18 yaşa qədər uşaqlara və yeniyetmələrə istifadə etmək tövsiyə edilmir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06093

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce