FLEBOZİD, 300 mq+3 mq örtüklü tabletlər
FLEBOZİD tərkibi
Təsiredici maddələr:1 tabletin tərkibində 300 mq rokserutin, 3 mq karbazoxrom vardır.
İstifadəsinə göstərişlər
Venoz çatışmazlıq, kapilyarların kövrək olması.
Əks göstərişlər
Preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın istifadəsinin dölə və ya körpəyə olan təhlükəli təsiri istisna edilmir. Hamiləlik zamanı preparatın istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Buna görə də hamiləlik və laktasiya dövründə preparatın istifadəsi məsləhət deyil.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
FLEBOZİD istifadə qaydası və dozası
Tabletlər daxilə qəbul edilir. Gündə 1-2 tablet və ya həkim məsləhətinə uyğun olaraq qəbul edilir. 18 yaşdan aşağı uşaqlarda istifadə olunmamalıdır.