Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 paketdə 2,86 q karbosisteinin lizin duzu monohidrat (2,7 q karbosisteinin lizin duzuna ekvivalent) vardır.
FLUİFORT paketində S-metil karbosisteinin lizin duzu vardır, hansı ki, selik maddəsini durulaşdırmaq və həll etmək qabiliyyətinə malikdir. FLUİFORT tənəffüs traktının yuxarı və aşağı bölmələrinin kəskin xəstəliklərində və burun, boğaz, qulaq xəstəliklərinin müalicəsində seliyin yüksək və ya zəif qatılığında effektivdir.
FLUİFORT aşağıdakı hallarda istifadə olunmur: - Fluifort-un təsiredici və ya hər hansı köməkçi maddəsiinə qarşı yüksək həssaslıq - Mədə və 12- barmaq bağırsağın xora xəstəliyi - Hamiləlik və laktasiya dövrü - Uşaqlar. - Fenilketonuriya. Aşağıdakı hallarda ehtiyatlı olmaq lazımdır: - Bəzi şəkərlərin qeyri -mənimsənilməsi. Bu preparatın istifadəsindən öncə həkimlə məsləhətləşmək lazımdır.
- FLUİFORT paketin tərkibinə mannitol daxildir, buna görə diabet zamanı istifadə oluna bilər.
Hər bir preparatın qəbulundan öncə həkimlə və ya əczaçı ilə məsləhətləşin. FLUİFORT hamiləlik və laktasiya dövründə istifadə olunmur.
FLUİFORT-dan istifadə zamanı nəqliyyat vasitələrini idarə etmək olar.
FLUİFORT yalnız həkimin göstərişləri üzrə qəbul olunmalıdır. Əgər, Sizdə nəyəsə şübhə olarsa həkimlə və ya əczaçı ilə məsləhətləşin. Adi dozalanma aşağıda göstərilir: Böyüklər 1 paket gündə 1 dəfə və ya həkimin göstərişinə müvafiq olaraq. Paketin möhtəviyyatını ½ stəkan suda həll edib, yaxşı qarışdırın.
Uşaqlar FLUİFORT® uşaqlarda istifadə olunmur. Uşaqlarda Fluifort® şirə istifadə edilir. Qaraciyər və böyrək xəstəlikləri olan xəstələr Preparat adi dozalarda qəbul olunur. Şəkərli diabeti olan xəstələr FLUİFORT® şəkərli diabeti olan xəstələrdə istifadə edilə bilər: Fluifort uzunmüddətli istifadə oluna bilər; belə hallarda həkimin tövsiyələrinə riayət edin.
FLUİFORT-un qida və içkilərlə qəbulu FLUİFORT-un qida və içkilərlə qəbulu üçün xüsusi təlimat yoxdur. Əgər, Siz FLUİFORT®-un qəbulunu unutmusunuzsa Əgər, Siz bir qəbulu qaçırmısız və preparatın növbəti qəbulunun vaxtı yaxınlaşıbsa, yalnız bir dozanı qəbul edib müalicə kursunu qablaşdırmada qeyd olunmuş göstərişlərə müvafiq davam edin. Qaçırılmış dozanı əvəz etmək üçün ikiqat doza qəbulu etməyin. Bir neçə qəbulu unutduqda həkim və ya əczaçıya bu haqda məlumat verin.
Onlar FLUİFORT ilə yeni kursun başlanmasını Sizə məsləhət görə bilər. Əgər, Siz FLUİFORT®-un qəbulunu dayandırmısınızsa FLUİFORT® PAKET-in qəbulunu həkimin göstərişi olmadan ləğv etmək məsləhət görülmür. Əgər, Sizdə bu preparatın istifadəsi üzrə hər hansı bir sual olarsa, həkimə və ya əczaçıya müraciət edin.