Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 450 mq diosmin, 50 mq hesperidindən ibarət 500 mq mikronlaşdırılmış flavonoidlər vardır.
Böyüklərdə aşağı ətrafların xroniki venoz çatışmazlığı zamanı aşağıdakı əlamətlərin müalicəsi: ağır ayaqlar və ödem, ağrı, aşağı ətraflarda gecə qıcolmaları. Kəskin hemorroidal kriz zamanı simptomatik müalicə.
Preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq.
Forven plyusun hamilələrdə istifadəsi ilə bağlı klinik tədqiqatlar mövcud deyildir. Heyvanlar üzərində aparılmış kiniki tədqiqatlar preparatın reproduktiv toksikliyi barədə məlumat verməmişdir. Ehtiyat tədbiri olaraq preparatı hamilələrdə istifadə etməmək tövsiyə olunur. Laktasiya Forven plyusun ana südünə keçməsi ilə bağlı məlumat yoxdur.
Ona görə preparatı laktasiya zamanı qəbul etmək məsləhət görülmür. Reproduktiv toksikliyin öyrənilməsinə dair klinik tədqiqatlar preparatın erkək və dişi siçanlarda fertilliyə təsir etmədiyini göstərir. Preparatın fertilliyə təsiri ilə bağlı klinik tədqiqatlar yoxdur.
Preparatın istifadəsinin avtomobil və digər mexanizmlərdən istifadəyə təsiri ilə bağlı klinik tədqiqatlar yoxdur.
Xroniki venoz çatışmazlıq 1 tablet gündə 2 dəfə olmaqla yemək zamanı daxilə qəbul edilir (səhər və axşam). Kəskin hemorroidal kriz İlk 4 gün ərzində təyin olunan gündəlik doza 6 tablet, məsələn, 3 tablet gündə 2 dəfə təşkil edir. Sonrakı 3 gün ərzində tövsiyə olunan gündəlik doza 4 tabletdir, yəni 2 tablet gündə 2 dəfə olmaqla qəbul edilir. Dəstəkləyici müalicə məqsədilə 1 tablet gün ərzində 1 dəfə olmaqla təyin edilir.
Bu göstərişdə preparat qısamüddətli istifadə üçün nəzərdə tutulmuşdur. Uşaqlarda Forven plyusun uşaqlarda və 18 yaşdan kiçik yeniyetmələrdə istifadəsinin effektivliyi və təhlükəsizliyi klinik tədqiqatlarda müəyyən edilməmişdir. Bu səbəbdən preparatın uşaqlarda istifadəsi məsləhət deyildir. Qaraciyər və böyrək çatışmazlığı Preparatın qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi ilə bağlı təhlükəsizliyi və effektivliyi tədqiq olunmamışdır.
İndiyə qədər bu qrup xəstələrdə dozanın dəyişməsinin vacibliyinə dair məlumat verilməmişdir. Yaşlılarda Dozanın dəyişilməsi tələb olunmur.