Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

GRILAKS 75MG N28 TB

Məhsul Kodu : 111-17849
İstehsalçı ölkə: Türkiye
9,97 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

QRİLAKS, 75 mq örtüklü tabletlər

QRİLAKS tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 97, 875 mq klopidoqrel bisulfat (75 mq klopidoqrelə ekvivalentdir) vardır.

İstifadəsinə göstərişlər

Preparat aterotromboz hallarının azalması məqsədi ilə aşağıdakı hallarda istifadə olunur: Yaxınlarda keçirilmiş miokard infarktı Yaxınlarda keçirilmiş işemik insult Periferik arteriyaların xəstəlikləri Kəskin koronar sindromu Vaskulyar hadisələrin profilaktikası (miokard infarkti, işemik insult, damar ölümü).

Əks göstərişlər

Preparata və yaxud preparatın hər hansı digər komponentinə qarşı hiperhəssaslıq. Kəskin patoloji qanaxmalar (mədə xorası, kəllədaxili qansızma). Kəskin qaraciyər çatışmazlığı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası - B. Hamiləlik zamanı preparatın istifadəsinə və təhlükəsizliyinə dair adekvat və ciddi nəzarət olunan klinik tədqiqatlar keçirilmədiyindən klopidoqrelin hamiləlik dövründə istifadəsi məsləhət görülmür. Laktasiya dövründə klopidoqrelin südlə xaric olunması haqqında heç bir məlumat olmadığından, preparatın qəbulu zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

QRİLAKS istifadə qaydası və dozası

Həkim məsləhəti olmadan preparat istifadə edilmir. Preparat gündə 1 dəfə 75 mq birdəfəlik dozada istifadə olunur. Preparat qida qəbulundan asılı olmayaraq daxilə, hər gün eyni vaxtda qəbul olunur.

Prepared by  T-Soft E-Commerce.