Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində 40 mq olmesartan medoksomil, 5 mq
amlodipinə ekvivalent 6,944 mq amlodipin besilat, 12,5 mq hidroxlo- rotiazid vardır.
Aşağıdakı hallarda İMPERİUM -un istifadəsi əks göstərişdir.
Əgər,
Olmesartan medoksomil, amlodipinə və ya kalsium kanallarının blokatorlarının xüsusi bir
qrupuna (dihidropiridinlər), hidroxlorotiazidə və ya hidroxlorotiazidə bənzər maddələrə
(sulfonamidlər), yaxud bu dərmanın digər komponentlərindən hər hansı birinə qarşı yüksək
həssaslığınız varsa.
Ciddi böyrək problemləriniz varsa.
Şəkər xəstəliyiniz və ya böyrəklərinizin funksional pozğunluğu olmaqla birlikdə, eyni zamanda
qan təzyiqini aşağı salan aliskiren tərkibli bir dərmanla müalicə alırsınızsa
Qanınızda kaliumun, natriumun səviyyəsi aşağıdırsa, kalsiumun səviyyəsi yuxarıdırsa və ya sidik
turşusunun (podaqra və böyrək daşı əlamətləri ilə) səviyyəsi yüksəkdirsə və onlar müalicə
edildikdə yaxşılaşmırsa.
Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).
Ağır qaraciyər probleminiz varsa, öd ifrazınız pozulmuşdursa və ya öd kisəsindən öd axını
pozulmuşdursa (məsələn, öd daşlarına görə) və ya əgər Sizdə sarılıq (dərinin və gözlərin
saralması) varsa
Aşağı qan təzyiqi, aşağı nəbz, sürətli ürək döyüntüsü və ya şok (ürəklə bağlı problemlərə görə
kardiogen şok daxil olmaqla) kimi səbəblərdən toxumalarda qan təchizatınn azalması əlamətləri
varsa
Qan təzyiqiniz çox aşağıdırsa.
Ürəyinizdən qan axını yavaş və ya tutuludursa (aorta stenozu). Bu, ürəyinizdən qan daşıyan
damar və ya qapağın daralması halında baş verə bilər.
İnfarktdan (kəskin miokard infarktı) sonra hemodinamik cəhətdən qeyri-stabil ürək çatışmazlığı
ürəyin vurğu həcmində azalma varsa. Ürəyin vurğu həcminin aşağı olması təngnəfəslik hiss
etmənizə və ya ayaqlarınızda və topuğunuzda ödemə səbəb ola bilər.
Şəkərli diabet xəstəsisinizsə və ya böyrək çatışmazlığınız varsa (YFS <60 ml /dəq / 1,73 m2) və
yanaşı olaraq aliskiren istifadə edirsinizsə.
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əgər hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı plan
laşdırırsınızsa, bu barədə həkiminizə məlumat verin. Həkiminiz adətən hamilə qalmanızdan
əvvəl və ya hamilə olduğunuzu bildiyiniz zaman Sizə İMPERİUM qəbul etməyi dayandırmağı
məsləhət görəcək və İMPERİUM əvəzinə başqa bir dərman istifadə etməyi məsləhət görəcəkdir.
İMPERİUM, hamiləliyin ilk mərhələlərində tövsiyə edilmir və hamiləlik 3 aydan çoxdursa,
qəbul edilməməlidir, çünki hamiləliyin 3-cü ayından sonra istifadə olunarsa, dölə ciddi zərər
verə bilər.
İMPERİUM ilə müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya
əczaçı ilə məsləhətləşin.
Laktasiya
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Uşaq əmizdirirsinizsə və ya əmizdirməyə başlamaq istəyirsinizsə, bunu həkiminizə bildirin.
Uşaq əmizdirən analar üçün İMPERİUM tövsiyə olunmur və əgər uşağınızı əmizdirmək
istəyirsinizsə, xüsusilə uşağınız yenidoğulmuş və ya vaxtındanəvvəl doğulmuşdursa, həkiminiz
Sizin üçün başqa bir müalicə seçə bilər.
İMPERİUM-u həmişə həkiminizin Sizə söylədiyi şəkildə istifadə edin. Əgər əmin deyilsinizsə,
həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. İMPERİUM -un gündəlik istifadə dozası gündə bir
tabletdir.
İstifadə qaydası
Tabletlər ac və ya tox qarına qəbul edilə bilər. Tableti bir qədər maye ilə udun (məsələn, bir
stəkan su). Tableti çeynəmək olmaz. Tableti qreypfrutla birlikdə qəbul etməyin.
İMPERİUM-un qida və içkilərlə istifadəsi
İMPERİUM ac və ya tox qarına qəbul edilə bilər.
İMPERİUM istifadə edən insanlar qreypfrut şirəsi və ya qreypfurt istifadə etməməlidirlər. Belə
ki, qreypfrut şirəsi və ya qreypfrut amlodipinin qanda səviyyəsini yüksəltməklə, İMPERİUM-un
qan təzyiqini azaldıcı təsirinin gözlənilməz artmasına səbəb ola bilər. İMPERİUM qəbul
edərkən alkoqolla bağlı ehtiyatlı olun, çünki bəzi insanlar yanaşı olaraq alkoqol qəbul edərkən
vertiqo da daxil olmaqla başgicəllənmə hiss edirlər. Bu hal Sizdə baş verərsə, alkoqol qəbul
etməyin. Əgər mümkünsə gündəlik dozanızı hər gün eyni zamanda qəbul edin, məsələn, səhər yeməyi vaxtı.
Müxtəlif yaş qrupları
Uşaqlarda istifadəsi
İMPERİUM-un18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə olunmur.
Yaşlılarda istifadəsi
Əgər yaşınız 65 yaşdan yuxarıdırsa, qan təzyiqinizin həddindən artıq dərəcədə aşağı
düşmədiyinə əmin olmaq üçün həkiminiz hər doza artımı zamanı qan təzyiqinizi müntəzəm
olaraq yoxlayacaqdır.
Böyrək çatışmazlığı
Yüngül və orta dərəcəli böyrək çatışmazlığı (KK 30-60 ml/dəqiqə) olan pasiyentlərdə 40 mq-lıq
olmesartan medoksomilin istifadəsi məhduddur. Bu qrup pasiyentlərdə olmesartan medoksomilin
məsləhət görülən dozası 20 mq-dır.
Qaraciyər çatışmazlığı
Yüngül qaraciyər çatışmazlığı zamanı preparat ehtiyatla istifadə edilməlidir. Orta dərəcəli
qaraciyər çatışmazlığı olan pasuyentlərdə olmesartan medoksomilin maksimal gündəlik dozası
20 mq-dan artıq olmamalıdır.
Ağır dərəcəli qaraciyər çatışmazlığı zamanı preparatın istifadəsi əks göstərişdir.
Qara irqdən olan xəstələr
Qara irqdən olan xəstələrdə bəzi oxşar dərmanlar kimi, İMERİUM -un qan təzyiqini aşağı salıcı
təsiri daha zəif ola bilər.
İMPERİUM-u istifadə etməyi unutsanız
Gündəlik almalı olduğunuz dozanı almağı unutsanız, ertəsi gün normal dərman dozanızı qəbul
edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin.
İMPERİUM ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər
Həkiminizin tövsiyəsi olmadan İMPERİUM-u istifadə etməyi dayandırmayın.
Bu dərmanın istifadəsi ilə bağlı başqa suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət
edin. Əgər İMPERİUM-un təsirinin çox güçlü və ya zəif olduğuna dair bir müşahidənizz varsa
həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.