Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində 40 mq olmesartan medoksomil, 10 mq amlodi-
pinə ekvivalent 13,88 mq amlodipin bezilat, 25 mq hidroxlorotiazid
vardır.
Aşağıdakı hallarda İMPERİUM XL-in istifadəsi əks göstərişdir.
Əgər,
Olmesartan medoksomil, amlodipinə və ya kalsium kanallarının blokatorlarının xüsusi bir
qrupuna (dihidropiridinlər), hidroxlorotiazidə və ya hidroxlorotiazidə bənzər maddələrə
(sulfonamidlər), yaxud bu dərmanın digər komponentlərindən hər hansı birinə qarşı yüksək
həssaslığınız varsa.
Ciddi böyrək problemləriniz varsa.
Şəkər xəstəliyiniz və ya böyrəklərinizin funksional pozğunluğu olmaqla birlikdə, eyni
zamanda qan təzyiqini aşağı salan aliskiren tərkibli bir dərmanla müalicə alırsınızsa
Qanınızda kaliumun, natriumun səviyyəsi aşağıdırsa, kalsiumun səviyyəsi yuxarıdırsa və ya
sidik turşusunun (podaqra və böyrək daşı əlamətləri ilə) səviyyəsi yüksəkdirsə və onlar
müalicə edildikdə yaxşılaşmırsa.
Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).
Ağır qaraciyər probleminiz varsa, öd ifrazınız pozulmuşdursa və ya öd kisəsindən öd axını
pozulmuşdursa (məsələn, öd daşlarına görə) və ya əgər Sizdə sarılıq (dərinin və gözlərin
saralması) varsa
Aşağı qan təzyiqi, aşağı nəbz, sürətli ürək döyüntüsü və ya şok (ürəklə bağlı problemlərə
görə kardiogen şok daxil olmaqla) kimi səbəblərdən toxumalarda qan təchizatınn azalması
əlamətləri varsa
Qan təzyiqiniz çox aşağıdırsa.
Ürəyinizdən qan axını yavaş və ya tutuludursa (aorta stenozu). Bu, ürəyinizdən qan daşıyan
damar və ya qapağın daralması halında baş verə bilər.
İnfarktdan (kəskin miokard infarktı) sonra hemodinamik cəhətdən qeyri-stabil ürək
çatışmazlığı ürəyin vurğu həcmində azalma varsa. Ürəyin vurğu həcminin aşağı olması
təngnəfəslik hiss etmənizə və ya ayaqlarınızda və topuğunuzda ödemə səbəb ola bilər.
Şəkərli diabet xəstəsisinizsə və ya böyrək çatışmazlığınız varsa (YFS <60 ml /dəq / 1,73 m2)
və yanaşı olaraq aliskiren istifadə edirsinizsə.
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əgər hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı plan
laşdırırsınızsa, bu barədə həkiminizə məlumat verin. Həkiminiz adətən hamilə qalmanızdan
əvvəl və ya hamilə olduğunuzu bildiyiniz zaman Sizə İMPERİUM XL qəbul etməyi
dayandırmağı məsləhət görəcək və İMPERİUM XL əvəzinə başqa bir dərman istifadə etməyi
məsləhət görəcəkdir. İMPERİUM XL, hamiləliyin ilk mərhələlərində tövsiyə edilmir və
hamiləlik 3 aydan çoxdursa, qəbul edilməməlidir, çünki hamiləliyin 3-cü ayından sonra
istifadə olunarsa, dölə ciddi zərər verə bilər.
İMPERİUM XL ilə müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və
ya əczaçı ilə məsləhətləşin.
Laktasiya
Dərmanı istifadə etməyə başlamazdan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Uşaq əmizdirirsinizsə və ya əmizdirməyə başlamaq istəyirsinizsə, bunu həkiminizə bildirin.
Uşaq əmizdirən analar üçün İMPERİUM XL tövsiyə olunmur və əgər uşağınızı əmizdirmək
istəyirsinizsə, xüsusilə uşağınız yenidoğulmuş və ya vaxtındanəvvəl doğulmuşdursa,
həkiminiz Sizin üçün başqa bir müalicə seçə bilər.
Əgər hamiləsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdı
rırsınızsa, bu dərmanı istifadə etməyə başlamazdan öncə bu barədə həkiminizə və ya tibb ba
cısına məlumat verin.
İMPERİUM XL-i həmişə həkiminizin Sizə söylədiyi şəkildə istifadə edin. Əgər əmin
deyilsinizsə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. İMPERİUM XL-in gündəlik istifadə
dozası gündə bir tabletdir.
Maksimal məsləhət görülən doza 1 tabletdir.
İstifadə qaydası
Tabletlər ac və ya tox qarına qəbul edilə bilər. Tableti bir qədər maye ilə udun (məsələn, bir
stəkan su). Tableti çeynəmək olmaz. Tableti qreypfrutla birlikdə qəbul etməyin.
Əgər mümkünsə gündəlik dozanızı hər gün eyni zamanda qəbul edin, məsələn, səhər yeməyi
vaxtı.
Müxtəlif yaş qrupları
Uşaqlarda istifadəsi
İMPERİUM XL-in 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadəsi tövsiyə olunmur.
Yaşlılarda istifadəsi
Əgər yaşınız 65 yaşdan yuxarıdırsa, qan təzyiqinizin həddindən artıq dərəcədə aşağı
düşmədiyinə əmin olmaq üçün həkiminiz hər doza artımı zamanı qan təzyiqinizi müntəzəm
olaraq yoxlayacaqdır. Yaşlılar maksimal məsləhət görülən dozanı İMPERİUM XL-i gündə 1
tablet qəbul etdikdə, ehtiyatlı olmalıdırlar.
Böyrək çatışmazlığı
Yüngül və orta dərəcəli böyrək çatışmazlığı (KK 30-60 ml/dəqiqə) olan pasiyentlərdə 40 mq
lıq olmesartan medoksomilin istifadəsi məhduddur. Bu qrup pasiyentlərdə olmesartan
medoksomilin məsləhət görülən dozası 20 mq-dır.
Qaraciyər çatışmazlığı
Yüngül qaraciyər çatışmazlığı zamanı preparat ehtiyatla istifadə edilməlidir. Orta dərəcəli
qaraciyər çatışmazlığı olan pasuyentlərdə olmesartan medoksomilin maksimal gündəlik
dozası 20 mq-dan artıq olmamalıdır.
Ağır dərəcəli qaraciyər çatışmazlığı zamanı preparatın istifadəsi əks göstərişdir.
Qara irqdən olan xəstələr
Qara irqdən olan xəstələrdə bəzi oxşar dərmanlar kimi, İMERİUM XL-in qan təzyiqini aşağı
salıcı təsiri zəif ola bilər.
İMPERİUM XL-in qida və içkilərlə istifadəsi
İMPERİUM XL ac və ya tox qarına qəbul edilə bilər.
İMPERİUM XL istifadə edən insanlar qreypfrut şirəsi və ya qreypfurt istifadə etməməlidirlər.
Belə ki, qreypfrut şirəsi və ya qreypfrutun amlodipin təsiredici maddəsinin qanda səviyyəsini
yüksəltməklə, İMPERİUM XL-in qan təzyiqini azaldıcı təsirinin gözlənilməz artmasına səbəb
ola bilər. İMPERİUM XL qəbul edərkən alkoqolla bağlı ehtiyatlı olun, çünki bəzi insanlar
yanaşı olaraq alkoqol qəbul edərkən vertiqo da daxil olmaqla başgicəllənmə hiss edirlər. Bu
hal Sizdə baş verərsə, alkoqol qəbul etməyin.
İMPERİUM XL-i istifadə etməyi unutsanız
Gündəlik almalı olduğunuz dozanı almağı unutsanız, ertəsi gün normal dərman dozanızı qəbul
edin.
Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə etməyin.
İMPERİUM XL ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər
Həkiminizin tövsiyəsi olmadan İMPERİUM XL-i istifadə etməyi dayandırmayın.
Bu dərmanın istifadəsi ilə bağlı başqa suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət
edin.
Əgər İMPERİUM XL-in təsirinin çox güçlü və ya zəif olduğuna dair bir müşahidənizz varsa
həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.