İrdapin 150 Mq /10 Mq N28 Tablet
Bitib
Stokda olanda mənə xəbər verin.IRDAPIN, 150 mq/5 mq, 150 mq/10 mq, 300 mq/10 mq örtüklü tabletlər
Irdapin, beynəlxalq patentləşdirilməmiş adı: Irbesartan/Amlodipine.
IRDAPIN tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində irbesartan və amlodipin bezilat müxtəlif dozajlarda: 150 mq/5 mq, 150 mq/10 mq, 300 mq/10 mq.
IRDAPIN, istifadəsinə göstərişlər
Essensial hipertenziyanın müalicəsində, irbesartan və ya amlodipin ilə təzyiqə nəzarət mümkün olmayan xəstələrdə istifadə olunur.
Əks göstərişlər
Irbesartan, amlodipin və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq; hamiləlik; laktasiya; ağır hipotoniya; kardiogen şok; aorta stenozu; şəkərli diabet və ya böyrək çatışmazlığı olan xəstələrdə aliskiren ilə birgə istifadə; 18 yaşdan aşağı şəxslər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı istifadəsi əks göstərişdir. Amlodipin və irbesartan ana südünə keçə bilər, bu səbəbdən laktasiya dövründə istifadə olunmamalıdır.
IRDAPIN, istifadə qaydası
Tabletlər gündə bir dəfə, qida ilə və ya qidasız qəbul olunur. Doza xəstənin vəziyyətinə uyğun olaraq 150/5 mq-dan başlayaraq artırıla bilər. Maksimal tövsiyə olunan doza: 300 mq/10 mq gündə bir dəfə.
Əlavə təsirləri
Tez-tez: başgicəllənmə, ortostatik hipotenziya, ürəkbulanma, yorğunluq, əzələ ağrısı, ödem, baş ağrısı.
Bəzən: qızarma, taxikardiya, öskürək, qarın ağrısı, ishal, depressiya, artralgiya, mialgiya.
Nadir: anemiya, angioödem, hiperkaliemiya, leykositoklastik vaskulit, trombositopeniya, hepatit, sarılıq, fotosensitivlik, vaskulit.
Məlum deyil: hiperkaliemiya, hipoqlikemiya, disgevziya, angina, miokard infarktı, anafilaktik şok, nefropatiya.