Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kaliya Orotat 500 mq N10 tablet (Ukr)

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-06582
İstehsalçı ölkə: Ukrayna
2,33 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KALİUM, OROTAT tabletlər

KALİUM tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 100% quru maddə hesabı ilə 500 mq kalium orotat vardır.

İstifadəsinə göstərişlər

Kalium orotat aşağıdakı kompleks müalicələrin tərkibində istifadə olunur:

• Kəskin və xroniki intoksikasiyaların törətdiyi qaraciyər və öd yollarının xəstəlikləri (assitlə gedən qaraciyər sirrozu istisna olmaqla);

• Miokardın distrofiyası;

• Miokard infarktı;

• II-III dərəcəli xroniki ürək çatışmazlığı;

• Aritmiyalar (ekstrasistoliya);

• Uşaqlarda alimentar və alimentar-infeksion hipotrofiyalar;

• Proqressivləşən əzələ distrofiyası;

• Anemiyalar;

• Qalaktozemiya;

• Dermatozlar. Həmçinin ağır fiziki işlərdən sonra və ağır xəstəliklərdən sonrakı bərpa dövründə də istifadə olunur.

Əks göstərişlər

• Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;

• Assitlə müşayət olunan qaraciyər sirrozu;

• Kəskin və xroniki böyrək çatışmazlığı;

• Limfoqranulomatoz;

• Qanyaradıcı orqanların bədxassəli xəstəlikləri;

• Hiperkaliemiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinə o vaxt icazə verilir ki, ana üçün güman olunan fayda döl üçün potensial riskdən yüksək olsun. Preparatdan istifadə edərkən ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə edərkən reaksiya sürətinə təsir göstərmir.

KALİUM istifadə qaydası və dozası

Kalium orotat yeməkdən 1 saat əvvəl və ya yeməkdən 4 saat sonra daxilə qəbul edilir. Tabletlər çeynənmədən, 150-200 ml su ilə udulur. Böyüklərə 250-500 mq dozada gündə 2-3 dəfə. Gündəlik doza 500-1500 mq təşkil edir. Ayrı- ayrı hallarda terapevtik effektin artırılması lazım olduqda, böyüklər üçün doza 3000 mq-a qədər artırılır. Müalicə kursu 3-5 həftədir. Lazım olan hallarda müalicə kursu 1 aydan sonra təkrarlana bilər.

5 yaşdan yuxarı uşaqlarda kalium orotat gündə 10-20 mq/kq dozada təyin edilir. Qeyd edilən gündəlik doza 2-3 qəbul üçün bərabər bölünür. Uşaqlar 5 yaşa qədər olan uşaqlara məsləhət görülmür.

Prepared by  T-Soft E-Commerce.