Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kleksan 100 mq 0, 4 ml N2 spris

Məhsul Kodu : 111-05708
İstehsalçı ölkə: Fransa
15,80 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KLEKSAN, inyeksiya üçün məhlul

KLEKSAN tərkibi

KLEKSAN tərkibi, 1 şprisdə 20 mq, 40 mq, 60 mq, 80 mq və 100 mq natrium enoksaparin vardır. Həlledici: inyeksiya üçün sudur.

Kleksan, istifadəsinə göstərişlər

• Orta və yüksək riskli pasiyentlərdə cərrahi müdaxilələr zamanı venoz trombozların və emboliyaların profilaktikası. • Kəskin terapevtik xəstəliklər nəticəsində yataq rejimində olan pasiyentlərdə venoz trombozların və emboliyaların profilaktikası. • Dərin venalar trombozunun müalicəsi. • Hemodializ zamanı ekstrakorporal qan dövranı sistemində trombların profilaktikası. • Kəskin koronar sindrom hallarında müalicə.

Əks göstərişlər

• Natrium enoksaparinə, heparinə və ya törəmələrinə qarşı yüksək həssaslıq. • Aktiv qanaxma və ya yüksək qanaxma riski olan hallar. • Spinal və ya epidural anesteziya ilə eyni vaxtda istifadəsi. • Heparindən asılı immun trombositopeniya anamnezi. • 18 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə edilmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı yalnız həkim təyinatı ilə və ciddi göstəriş olduqda istifadə olunur. Laktasiya dövründə ehtiyat tədbiri olaraq ana südü ilə qidalanmanın dayandırılması tövsiyə edilir.

İstifadə qaydası və dozası

Əksər hallarda dərialtı inyeksiya şəklində istifadə olunur. Dozaj vəziyyətə görə dəyişir: venoz trombozların profilaktikası üçün 20–40 mq gündəlik, müalicə məqsədilə bədən çəkisinə uyğun 1 mq/kq gündə 1–2 dəfə. ST qalxması ilə müşayiət olunan miokard infarktı zamanı başlanğıc doza 30 mq venadaxili və ardınca dərialtı tətbiq olunur. Hemodializdə istifadə üçün hemodializ seansı başlanmazdan əvvəl venadaxili tətbiq edilir.

Prepared by  T-Soft E-Commerce.