Kleksan 6000 Anti-Xa Me/ 0.6 ml N2 Şpris
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.KLEKSAN, inyeksiya üçün məhlul
KLEKSAN tərkibi
KLEKSAN tərkibi, 1 şprisdə 20 mq, 40 mq, 60 mq, 80 mq və 100 mq natrium enoksaparin vardır. Həlledici: inyeksiya üçün sudur.
Kleksan, istifadəsinə göstərişlər
• Orta və yüksək riskli pasiyentlərdə cərrahi müdaxilələr zamanı, xüsusilə də ortopedik və ümumi cərrahi (onkoloji daxil olmaqla) müdaxilələr zamanı venoz trombozların və emboliyaların profilaktikası. • Kəskin terapevtik xəstəliklər nəticəsində yataq rejimində olan pasiyentlərdə, həmçinin, ağır infeksiyalar və revmatik xəstəliklər zamanı venoz trombozların və emboliyaların profilaktikası. • Ağciyər arteriyaların tromboemboliyası ilə müşayiət olunan və ya olunmayan dərin venalar trombozunun müalicəsi. • Hemodializ zamanı ekstrakorporal qan dövranı sistemində trombların profilaktikası. • ST seqmentinin qalxması ilə müşayiət olunmayan qeyri-stabil stenokardiyanın və miokard infarktının müalicəsi. • ST seqmentinin qalxması ilə müşayiət olunan kəskin miokard infarktının müalicəsi.
Əks göstərişlər
• Natrium enoksaparinə, heparinə və ya onun törəmələrinə qarşı yüksək həssaslıq. • Aktiv qanaxma və ya yüksək qanaxma riski ilə müşayiət olunan hallar. • Spinal və ya epidural anesteziya ilə eyni vaxtda istifadəsi. • Heparindən asılı immun trombositopeniya anamnezi. • 18 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə edilmir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik zamanı yalnız həkim təyinatı ilə və ciddi göstəriş olduqda istifadə olunmalıdır. Ana südünə keçməsinə dair məlumat olmadığı üçün, laktasiya dövründə ehtiyat tədbiri olaraq ana südü ilə qidalanmanın dayandırılması tövsiyə edilir.
İstifadə qaydası və dozası
Dərialtı inyeksiya şəklində tətbiq olunur. Cərrahi profilaktika üçün 20–40 mq gündə 1 dəfə. Tromboz müalicəsi üçün 1–1,5 mq/kq gündə 1–2 dəfə. ST qalxması ilə infarkt zamanı 30 mq venadaxili, ardınca dərialtı inyeksiya. Hemodializ zamanı seans başlanmazdan əvvəl şuntun arterial hissəsinə tətbiq olunur. Dozaj fərdi şəkildə, həkim təyinatı ilə müəyyən edilir.