Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Klopi-denk 75 mq N30 tablet

Məhsul Kodu : 111-26357
İstehsalçı ölkə: Almaniya
17,87 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Klopi-denk 75, örtüklü tabletlər

Klopi-denk tərkibi

Təsiredici maddə:   1  tabletin tərkibində 75 mq klopidoqrel (klopidoqrel bezilat) vardır. 

Əks göstərişlər 

− Klopidoqrelə və ya preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq, 
− mədə xorası və ya kəllədaxili qansızma kimi kəskin qanaxma halları,  
− ağır qaraciyər xəstəlikləri. 
Yuxarıda sadalananlar sizə aiddirsə və ya şübhəniz varsa, Klopi-Denk 75 preparatını qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi məsləhət görülmür. 
Hamiləlik 
Əgər siz hamiləsiniz, yaxud hamilə ola biləcəyinizi ehtimal edirsiniz və ya hamiləliyi 
planlaşdırırsınız, bu dərman preparatını qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə 
məsləhətləşin. Müalicə zamanı hamilə olduğunuzu bilsəniz dərhal həkim və ya əczaçı ilə 
məsləhətləşin. 
Laktasiya 
Preparatla müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır. 
Əgər körpəni ana südü ilə qidalandırırsınızsa və ya planlaşdırırsınızsa, bu dərman preparatını 
qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. 
Hər hansı bir dərman preparatını qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin.

İstifadə qaydası və dozası 

Preparatı həmişə həkiminizin tövsiyə etdiyi kimi istifadə edin. Əmin olmadığınız halda həkimə 
və ya əczaçıya müraciət edin. 
Ağır sinə ağrısı (qeyri-stabil stenokardiya və ya ürək tutması) zamanı, həkim müalicənin 
başlanğıcında bir dəfə 300 mq (75 mq-dan 4 tablet) təyin edə bilər. Sonra preparatın adi dozası 
gündə bir dəfə eyni vaxtda 1 tablet, qida qəbulundan asılı olmayaraq təyin olunur. 
Klopi-Denk 75  həkimin təyin etdiyi müddət ərzində qəbul olunmalıdır.  
Klopi-Denk 75 preparatının istifadəsi unudularsa 
Klopi-Denk 75 preparatının qəbulu unudulduqda, 12 saat ərzində tableti qəbul edin və növbəti 
dozanın qəbulunu öz vaxtında davam edin. 
12 saatdan çox vaxt keçdikdə, preparatın növbəti dozasını öz vaxtında qəbul edin. Unudulmuş 
dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. 
Klopi-Denk 75 preparatı ilə müalicə dayandırılarsa 
Həkimlə məsləhətləşmədən preparatın qəbulunu dayandırmaq olmaz. Bu dərman preparatının 
istifadəsi ilə bağlı suallarınız yarandıqda, həkim və ya əczaçı ilə məsləhətləşin.  

Prepared by  T-Soft E-Commerce.